Oruc mədəniyyəti

Oruc mədəniyyətiOruc səbr deməkdir. Ramazan səbr ayıdır. Təfsirlərdə yazılıb ki, "Səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin!

Bu, ağır iş olsa da, (Allaha) itaət edənlər üçün ağır deyildir" (Bəqərə, 45) ayəsindəki səbr – oruca işarədir. Oruc tutan şəxs bütünlükdə – həm fiziki, həm də mənəvi mənada səbr içində olmalıdır. O, gün doğandan gün batana kimi yemək-içməkdən, hətta öyrəşdiyi siqaret kimi vərdişlərdən uzaq durmalı, adi günlərdə ona halal olan həyat yoldaşı ilə məhrəm münasibətdən iftardan qabaq və imsakdan sonra çəkinməlidir. Bunlar oruclu şəxsin öz üzərinə götürdüyü fiziki öhdəliklərin ən əsaslarıdır. Amma məsələ yalnız bununla bitmir. Bütün bədən üzvlərinin, onların əməl və hərəkətlərinin, hətta niyyətlərin də üzərində nəzarət qurmaq – Allah-təalanın öz oruclu bəndəsini görmək istədiyi həqiqi məqam bax budur.

Rəvayət edirlər ki, bir gün Həzrət Mühəmməd Peyğəmbər (s) Cabir ibn Abdullah Ənsariyə buyurdu: "Ey Cabir! Hər kim Ramazan ayında gündüzlər oruc tutsa, gecələrin bir hissəsini oyaq qalıb ibadət etsə, mədəsini və cinsiyyət üzvünü günahdan qorusa, gözünü harama baxmaqdan çəkindirsə, bu aydan çıxdığı kimi, günahlardan da çıxar (təmizlənər)". Cabir dedi: "Sənə fəda olum, bu nə yaxşı hədisdir!". Peyğəmbər ona belə cavab verdi: "Amma bu savaba yetməyin şərtləri də necə çətindir!" (Şeyx Küleyni. Əl-Kafi, IV, 87).

Imam Cəfər Sadiq (ə) isə öz səhabəsinə buyururdu ki, oruc tutduğun zaman qulağına, gözünə, bədəndəki hər tükünə, dərinə də oruc tutdur və "oruc tutduğun günləri oruclu olmadığın günlərlə eyni etmə" (bax: yux. mənbə).

Nədir bütün bədən üzvlərinin orucu?

Dilin orucu. Yalan danışmamaq, söyüş söyməmək, öz din qardaşının ətini çeynəməyə bərabər olan qeybətdən çəkinmək, ürək sındırmamaq, mənasız mübahisələrə girişməmək, cahil insanların vurduğu söz yaralarını sükutla cavablandırmaq, mənasız zarafatlardan, şit-bayağı söhbətlərdən uzaq durmaq, Allahın bəxş etdiyi kəlam nemətini haqsız yerə xərcləməmək, başqalarının zehninə əziyyət verəcək dərəcədə uzunçuluq etməmək.

Gözün orucu. Allahın haram buyurduqlarına – naməhrəm bədənlərə baxmamaq, haram əməlləri razılıqla seyr etməmək, imkan varsa gözün qarşısında baş verən günahlara etiraz bildirmək, iş karyerasından qorxaraq hətta haram işlərə şahidlik etməyə də razılıq verən adamların tayı olmamaq.

Qulağın orucu. Qeybət etmədiyin kimi, qeybətə qulaq da asmamaq; hətta imkan dairəsində qeybət söhbətinin kəsilməsinə ya da mövzunun dəyişilməsinə nail olmaq. Insanı Allahdan uzaqladıran, nəfsin vəhşi istəklərini oyadan avazları dinləməmək, camaatın sirrini başqalarına faş etmək xatirinə qulaq casusluğu etməmək.

Dərinin orucu. Şəhvəti oyadan naməhrəm təmasdan, haram öpüşdən uzaq olmaq. Başqalarının haram baxışını özünə doğru cəlb etmək xatirinə geyilən açıq-saçıq libaslardan imtina etmək.

Əlin orucu. Allahın haram buyurduğu hər bir günaha yox deməyə çalışmaq. Öz əllərini rüşvət alıb-verməkdən, tərəzi arxasında durarkən çəkidə aldatmaqdan uzaq saxlamaq. Hətta camaatı azğınlığa sürükləyən fikirləri əlində tutduğun qələmlə yazıya çevirmək düşüncəsindən, şəxsi incikliyə arxalanıb bir insanın həyatını xilas edə biləcək sənədə imza atmamaq niyyətindən təmizlənmək.

Ayağın orucu. Haram işlərin arxasınca getməmək, ailən nəvazişə, qayğıya ehtiyaclı olduğu halda, "baş qatmaq" xatirinə küçələrdə, parklarda ayaq döyməmək.

Cinsiyyət üzvünün orucu. Oruc vaxtı hətta öz halal həyat yoldaşından da uzaq durmağın əmr edildiyi halda, öz şəhvətini haramlarla tətmin etmək duyğusundan xilas olmaq, öz bədənini günahlarla sakitləşdirmək niyyətini beyindən uzaqlaşdırmaq, öz nəfsini iradənlə cilovlaya bilmək.

Mənasız mübahisələrdən uzaq olun

Oruc kin-küdurətin, mənfi emosiyaların, qəzəb və hiddətin üzə çıxmasına qarşı bir qalxandır. Oruc həmişə psixoloji tarazlıq, mənəvi aramlıq içində olmaq deməkdir. Müqəddəslərimiz "Oruclu şəxsə xas olan vüqarı əldən vermə" tövsiyəsi ilə məhz bunu ifadə etmək istəyirdilər. Oruc insana əzəmət, böyüklük, izzət bəxş etməlidir. Öz vüqarını itirməməyin ən yaxşı yolu isə mənasız mübahisələrdən, xırdaçılıqdan uzaq olmaqdır. Nadan insanların səviyyəsinə enən, onlarla ağız-ağıza verib qalmaqal törədən adam hər şeydən əvvəl öz heysiyyətini və hörmətini itirər. Hədislərdə dönə-dönə təkid edilir ki, oruc tutan adam yersiz dava-dalaşdan, höcətkənlikdən bacardıqca uzaq durmalıdır. Həzrət Mühəmməd Peyğəmbər (s) buyurmuşdur: "Hansı bəndəni söysələr və o: "Mən orucluyam. Sənə salam olsun. Sən məni söysən də, mən səni söyməyəcəyəm" – desə, uca Allah buyurar: "Bu bəndəm o biri bəndəmin zülmündən oruc vasitəsilə yardım istədi. Mən də onu cəhənnəm əzabından xilas edərəm" (Şeyx Küleyni. Əl-Kafi, IV, 88; Şeyx Səduq. Mən la yəhzuruhul-fəqih, II, 109). Oxşar bir hədisdə buyurulur ki, Peyğəmbər hücuma və ya söyüşə məruz qalmış şəxsin iki dəfə "mən orucluyam" sözlərini təkrarlamasını tövsiyə edirdi (Səhihül-Buxari, Kitabüs-sovm, II bab, hədis 1894).

Allah-təala Insanı özünə xəlifə (canişin) kimi yaradıb. Islam müqəddəslərinin həyatı Islam məktəbində dərs alan bizlərə ən mükəmməl əxlaq nümunələrini öyrədir. Oruc tutan şəxs bunun əvəzində Allahdan mərhəmət, savab, bağışlanma umursa, orucun yalnız zahiri ehkamını deyil, batini mənasını da qorumalıdır. "Oruc mənə görə tutulur, savabını da mən özüm verəcəyəm" hədisi-qüdsisinə layiq ola bilmək üçün bu ibadəti bütün kamilliyi ilə icra etməyə çalışmalıyıq. Yoxsa bir hədisdə deyildiyi kimi, nə çoxdur elə oruc tutanlar ki, onlara qalan yalnız aclıq olur və nə çoxdur gecə namazı qılanlar ki, onlara qalan yalnız yuxusuzluq olur.

Oruclu insanlara hörmət edin

Ramazan ayında yalnız oruc tutanlar deyil, üzrlü və ya üzrsüz səbəbdən bunu edə bilməyənlər də bəzi qaydalara riayət etsələr yaxşı olar. Orucluğun isti yay fəslinə təsadüf etdiyi günlərdə küçədə hamının gözü qarşısında sərin su içən, yemək yeyən insanlar bir anlıq onların yanındakı şəxsin oruclu ola biləcəyini düşünsünlər. Tövsiyəmiz budur ki, yeyib-içməyi hamının gözü qarşısında, ictimai yerlərdə deyil, bunun üçün ayrılmış qapalı məkanlarda həyata keçirsinlər. Xüsusilə, bəzi idarələrdə rast gəldiyimiz kimi, nahar fasiləsi zamanı işçilərin iş otağında yeməsi, çay və su içməsi onlarla eyni otaqda oturan oruclu adama mənfi psixoloji təsir göstərir. Arzumuz budur ki, Ramazan ayında insanlar bir-birinə qarşı xüsusi ehtiramla, sayğı ilə davransınlar. Könül qırmaqdan, qəlb incitməkdən çəkinsinlər.

Unutmayaq ki, hədislərdə orucluğu Allahın ziyafəti adlandırıblar. Allahın ziyafətində hörmətsizlik etmək qəbuledilməzdir. Və unutmayaq ki, hər kəs bu ziyafətin qaydalarına necə əməl etməsindən asılı olaraq savab qazanacaq.

Ailə və Uşaq     Baxılıb: 2197   Tarix: 03 iyul 2014
f Paylaş

Oxşar xəbərlər

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

İkili skrininq testi ilə DAUN SİNDROMU riskini öyrənmək mümkündür?

İkili skrininq testi ilə hamiləlikdə risk faktorunun qarşısını alın. İkili skrininq testi hamiləliyin 11-14-cü həftələri arasında tətbiq edilən bir testdir. Bu test daun sindromu üçün riskli bir vəziyyətin olub-olmadığın

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

Qadınları orqazma çatdıran 7 seks pozası

Seks həyatına bir az rəng qatmaq və daha çox həzzli hala gətirmək üçün hal-hazırda tətbiq olunan mövqeləri bir az modifikasiya etmək lazımdır. Budur, qadınların orqazma çatmalarını asanlaşdıran 7 seks pozası… Ən sadə sevişm

.

3 aylıq körpənin inkişafı

3 aylıq körpə, yeni doğulan körpə ilə müqayisədə, daha fəal və çevik olur. bildirir ki, körpənin nəzərə çarpacaq dərəcədə, ətrafda baş verənlərə reaksiyası dəyişir. Şəxsi davranış xüsusiyyətləri yaranır. İnkişafı düzgün qiymətləndirmə

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

1. Oxucu sualı: Salam həkim. Bu yaxınlarda toyum olacaq. Həm ailə quracağım kəs, həm də mən ekiz uşaqlarımızın olmasını istəyirik. Bunun üçün nə isə məsləhətiniz varmı? Ümumiyyətlə, ekiz uşaqların doğulması nədən aslıdır?

turlar.az

hamilelikde qidalanma gözəllik məhsulları kosmetika mehsullari əllərin tərləməsi her sey daxil xolesistit saç kəsimləri 2025 kosmetika nağıllar kahfe falı vətən həsrətinə aid bayatılar veten seirleri aysel