Oruc olacaq şəxslərə MÜHÜM XƏBƏRDARLIQ

Oruc olacaq şəxslərə MÜHÜM XƏBƏRDARLIQDaxili Xəstəliklər üzrə uzman Dr. Fatma Özenç Turşak Ramazan ayı ilə bağlı mühüm açıqlamalar verib.
Publika.az Sozcu.com-a istinadən xəbər verir ki, həkim orucdan əvvəl bədəninizdəki bəzi əlamətlərə diqqət yetirməyi məsləhət görüb.
Uzunmüddətli aclığa adaptasiya prosesini asanlaşdıran məsləhətlər verən mütəxəssis 9 vacib qaydanı təqdim edib. Özünüzə nəzarət edin. Çox su içmək, tez-tez sidiyə getmək, ağızda quruluq, yeməkdən sonra pisləşmə, aclıq zamanı titrəmə və tərləmə kimi, şikayətləriniz varsa, sizdə insulin müqaviməti və ya reaktiv hipoqlikemiya ola bilər. Belə hallarda həkiminizlə məsləhətləşin. Şəkərli diabet, yüksək qan təzyiqi olan insanlar Xroniki diabet, hipertoniya, yüksək xolesterin kimi xəstəlikləri olanlar Ramazandan əvvəl mütləq müayinədən keçməlidirlər. 
Qanda şəkər səviyyəsi və ya təzyiqi yüksək olan xəstələrin oruc tutub, ya bilməyəcəyinə müayinələrinə əsasən həkimin tibbi qiymətləndirmə verməsi məqsədəuyğun olardı. Vitamin səviyyənizi yoxlayın! Yorğunluqdan şikayət edənlər vitamin və qan dəyərlərini yoxlatdırmalıdırlar. Bu dəyərlər aşağı olarsa, vitamin əlavələri verilməlidir. Şiddətli vitamin çatışmazlığı olan və bu şəkildə oruc tutan xəstələrdə başgicəllənmə, huşunu itirmə və aşağı təzyiq müşahidə edilə bilər. Şəkərdən uzaq durun! 
Şəkərli, qaymaqlı, yağlı, qızardılmış ağır qidalardan, sosiska və kolbasa kimi yağlı yarımfabrikat qidalardan və artıq kalorilərə səbəb ola biləcək şəkərli içkilərdən uzaq durun. Tərkibində glutatyon olan qidalara üstünlük verin  Koronavirus, qrip və donuz qripi kimi virus infeksiyalarının intensiv olduğu bu dövrdə immunitetinizi gücləndirmək üçün bol C vitamini və glutatyon olan qidalardan yararlanın. 
Ən çox C vitamini olan qidalar: portağal, naringi, qreypfrut kimi sitrus meyvələri, həmçinin ananas, kivi, qara üzüm, yaşıl bibər, noxud və papayadır. Qlutatyon tərkibli qidalara brokkoli, gül kələmi, Brüssel kələmi, avokado, qreypfrut, soğan və sarımsaq daxildir. Səhər yeməyi Səhər yeyə bilmirsinizsə, özünüzü buna alışdırın. Səhər yeməyini daimi olaraq yeyirsinizsə, əvvəlkindən daha tez yeyin. Xüsusilə porsiyalarınızı azaldın, salat kimi yüngül qidalara üstünlük verin, yağlı məhsulları azaldın. Beləliklə bədənin uzunmüddətli aclığa uyğunlaşması daha rahat olacaq. Liflə zəngin qidaları seçin Ramazanda ən çox təsirlənən həzm sistemimizin işini asanlaşdırın. 
Ramazandan əvvəl yağlı, şəkərli və duzlu qidaları azaldın. Liflə zəngin tərəvəz və meyvələr yeyin. Beləliklə, həzm sisteminiz rahatlaşacaq və uzun aclıq prosesinə uyğunlaşmanız daha rahat olacaq. Sahurda pendir və yumurta  Yavaş həzm olunan və gün boyu sizi tox bilən lifli qidalara üstünlük verin. Məsələn, tərəvəz, meyvə və kəpəkli çörək. Eyni zamanda pendir və yumurta da sizi daha gümrah saxlayacaq. İftarda yavaş-yavaş yeyin İftarda yeməyə 2-3 xurma ilə başlayın. Xurma karbohidrat, lif, kalium və maqnezium mənbəyidir. Sonra yüngül şorbalara keçin, 10 dəqiqə istirahət edib sonra əsas yeməyə keçin. Çox ədviyyatlı, qızardılmamış və az duzlu ana yeməyini yavaş-yavaş çeynəyin. Hər iftara salat və qatıq əlavə edin. 
Tərəvəz və salatlarınızı müxtəlifləşdirin. Kofeinli içkilərin (çay, qəhvə və s.) istifadəsini məhdudlaşdırın. Çünki bədənin susuz qalmasına səbəb olurlar. İftardan 2 saat sonra süd, qatıq, kefir və ya meyvə ilə bir ovuc çiy qoz, fındıq və ya badam yeyin.

Sağlamlıq     Baxılıb: 1523   Tarix: 31 mart 2022
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

turlar.az

adlarin menasi sac duzumleri gozel gorunmek marqarita pizza məmməd ismayıl arıqlama qadın ətirləri kosmetika şəkərbura yemek reseptleri qu quşu hamilelik qz eviyçun hakışta