Osteoporoz - sümüklərin əriməsinə qarşı Alman metodu

Osteoporoz - sümüklərin əriməsinə qarşı Alman metoduÜST -nin məlumatına görə osteoporoz 10 ən çox yayılmış xəstəliklər siyahısına daxildir. Ekspertlərin məlumatına görə hər 2,5 dəqiqədən bir osteoporozla bağlı sınıqlar müşahidə edilir. Osteoporoz daha çox qadınlarda müşahidə olunmasına baxmayaraq, 50 yaşdan yuxarı kişilərdə də tez-tez baş verir. Osteoporozun erkən mərhələsində və ya profilaktika məqsədilə müalicə aparılması olduqca vacibdir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, osteoporozun qarşısını almağın və ya müalicəsinin əsas xüsusiyyətindən biri Ca qəbul etməkdir. Bu mineral (vit D ilə birlikdə) orqanizmdə başlıca "tikinti materialı" hesab olunur.
Kalsium (Ca) orqanizmdə aşağıdakı prosesləri tənzimləyir:
• Ca sümüklərin və dişlərin struktur materialıdır (dişlərin sərt toxumasının formalaşmasında və emalının daimi bərpasında mühüm rol oynayır və çatışmazlığı zamanı diş emalının turşuya qarşı davamlılığı azalır ki, bu da karies riskini artırır)
• Sinir-əzələ oyanıqlığını tənziməyir
• Endokrin vəzilərin, əsasəndə qalxanabənzər ətrafı vəzin funksiyasını təmin edir
• Maddələr mübadiləsinə təsir edir
• Orqanizmin müdafiə qabiliyyətini möhkəmləndirir
• İltihabəleyhinə, antiallergik təsir göstərir
• Qanın reologiyasını normal saxlayır
• Bir çox fermentativ reaksiyalarda iştirak edir
Ca-həyatın birinci günündən qocalana qədər orqanizmə lazımdır(uşağın boyunun, skeletinin düzgün formalaşması üçün). Onun defisiti və ya sümüklərdən qana çıxması sümüklərin möhkəmliyinin itirilməsinə və osteoporozun inkişafına səbəb olur. Osteoporoz 50 yaşdan yuxarı qadın orqanizmində hormonal yenidənqurma ilə bağlı olaraq daha tez-tez baş verir.
Osteoporozun qarşısını almaq üçün düzgün qidalanma və günəş vannası qəbul etmək vacib şərtdir. Qidalanmanı qaydaya salmasaq möhkəm sümüklərdən danışmağa dəyməz. Baxmayaraq ki, osteoporoz qadınların problemi hesab olunur (endokrin dəyişikliklərlə bağlı), yaşı 65-dən yuxarı olan kişilərin 15%- də də bu problemə rast gəlinir. Ca mübadiləsinin pozulması asidozla da six bağlıdır. Turş mühit Ca ilə zəngin möhkəm toxumanı parçalayır. Bu diş emalında özünü aydın göstərir.
Asidoz əsasən bizim qidamızla əlaqədardır.Belə ki, qidamızın 80% -i metabolik prosesdə turşu əmələ gətirir: ət, ağ un məmulatı, şirniyyat, kofe.
Qələviliyi artıran qidalar qidamızın 20 % - ni təşkil edir: meyvə-tərəvəz, göyərti və s. Bu cür qidalanma asidoza səbəb olur. Bundan başqa yaşa doduqca böyrəklərin, qaraciyərin funksiyası zəifləyir, buna görə də turş məhsulların toxumalarda toplanması baş verir. Bu zaman toxumadakı turşuluğun neytrallaşması üçün Ca sümükdən qana keçir.
Orqanizmdə Ca defisiti niyə təhlükəlidir?
Ca defisiti ciddi metabolik pozulmalarla nəticələnən patoloji prosesdir.
Uşaqlarda: başın tərləməsi, dişlərin gec çıxması, böyük əmgəyin açıq qalması, saçların tökülməsi, sümük deformasiyaları, toyuq döş qəfəsi, çəkməçi döş qəfəsi, spazmofiliya, qıcolmalar və s.
Böyüklərdə: əzələlərdə səyrimə və qıcolmalar, əl və ayaq barmaqlarında keyləşmə, əsəbilik, A/T -in yüksəlməsi, koqnitiv pozulmalara; defisit uzunmüddətli olduqda isə mübadilə pozulmalarına, o cümlədən, osteopeniya, osteoporoz, sümüklərin sınma riskinin yüksəlməsinə səbəb olur və s.
Ca-un tək çatışmazlığı deyil, artıqlığı da orqanizmdə patoloji dəyişikliyə gətirir; hüceyrələrin fizioloji aktivliyini azaldır, sinir sisteminin oyanıqlığını artırır, sidik daşı xəstəliyinin yaranmasına səbəb olur. Məhz bu səbəbdən kalsium əlavələrinin nəzarətsiz qəbulu məqsədəuyğun deyil; biotənzimləyici preparatlar olan Calcoheel və Osteoheel isə kalsiumun tənzimlənməsini, bağırsaqlardan mükəmməl sorulma və mübadiləsini təmin edir; sümük toxumasının destruksiyasının qarşısını alır, sümük və sümüküstlüyünün regenerasiyasını sürətləndirir, Ca-F mübadiləsini normallaşdırır; yan təsirləri yoxdur, orqanizmdə toplanmır.
Göstərişlər:
Osteoheel: osteoporoz, parodontoz, osteoxondroz, ostit, osteomielit, ekzostoz, daban mahmızı, periostit. 1 tab. 3 dəfə dilaltı yeməkdən 30 dəq əvvəl və ya 1 saat sonra
Calcoheel: raxit, spazmofiliya, osteomalyasiya, osteoporoz, qida və bağırsaqlardan sorulma pozulması ilə bağlı kalsium defisiti.
1 tab. 3 dəfə dilaltı yeməkdən 30 dəq əvvəl və ya 1 saat sonra
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1664   Tarix: 18 dekabr 2019
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

turlar.az

hamiləlik qadın geyimi sac duzumleri sac uzadan maskalar gozalti qaralar ucun maskalar qonaq otağı üçün pərdələr salatlar kosmetika sanamalar xlor lekesi gunay yutube gozellik