Oturaq həyat rejimimiz...

Oturaq həyat rejimimiz...Qudpasçer sindromu böyrəklərin və ağciyərlərin proqressivləşən avtoimmun xəstəliyi olub böyrək yumaqcıqlarını, kapillyar və ağciyər alveollarını zədələyən bir xəstəlikdir. Kliniki simptomlarında tez proqressivləşən qlomerulonefrit, hemorogik pulmonit və ağciyər qanaxması mümkündür. Bu xəstəliyin aşkarlanma dövrü və inkişafı çox qısa vaxtda gedir. Xəstəlik çox gənc yaşlarda ortaya çıxır, ağır fəsadları olur, əksər hallarda kişilər bu xəstəlikdən əziyyət çəkir. Qadınlarda da əlamətlər oxşar, ağırlıq dərəcəsi eyni səviyyədədir. Xəstəlik yetərincə ciddi olmasına baxmayaraq, onun etiologiyası tibdə hələ tam öyrənilməyib. Xəstəliyin insan orqanizmində ocağının olması və fiziki və kimyəvi faktorların təsirindən inkişaf etməsi mümkündür. İrsi faktor da burada rol oynayır. Belə xəstələrdə kliniki mənzərə kimi ciddi təngnəfəslik, qanhayxırmalar, qırıq-qırıq, tez-tez olan öskürək, bəlğəmdə qan izlərinin olması, ağciyər qanaxmaları, qısa müddət ərzində çəki itirilməsi qeydə alınır. Bütün bu şikayətlər hərarət fonunda müşahidə olunur.
Milli.Az bildirir ki, bu barədə AZƏRTAC-a Mərkəzi Neftçilər Xəstəxanasının həkim-nefroloqu Aynur Əzizova məlumat verib.
"Sindrom böyrəklərdə çox ciddi zədələrə gətirib çıxarır. Nəticədə geri dönüşü olmayan patologiyalar meydana gələ bilər. Böyrəklərdə fəsad zamanı Oliqoanuriya , hematuriya bəzi hallarda makrohematuriya , yüksək arterial təzyiq, çox sürətli inkişaf edən böyrək çatışmazlığı müşahidə edilə bilər. Xəstədə daimi, davam edən hərarət qeydə alınır. Xəstəliyin zamanında aşkarlanması, simptomatik müalicə fonunda hormonal müalicə, vitaminoterapiya və plazmafarez seanslarının bərabər icrası zamanı müsbət dinamika müşahidə oluna bilər. Ancaq böyrəyə verdiyi fəsadlaşma çox ciddi olduğundan bəzən onu qorumaq mümkün olmur. Bəzi xəstələrdə böyrək öz funksiyasını tamamilə itirir. Son mərhələdə böyrək çatışmazlığı qeydə alınır. Sağalma dərəcəsi xəstənin yaşından və xəstəliyin gedişatından asılı olaraq dəyişir", - deyə mütəxəssis diqqətə çatdırıb.
Həkim-nefroloq bildirib ki, hər kəs xəstəliklərə ciddi yanaşmalıdır. Heç kim məndə bu xəstəlik ola bilməz deməməlidir: "Oturaq həyat rejimimiz, gündəlik su tələbatımızı normal qəbul etməməyimiz, düzgün qida rejiminin olmaması hər birimiz üçün təhlükə mənbəyidir. Bu səbəbdən də altı aydan bir "check-up" müayinələrdən keçmək tövsiyə olunur. Səbəbsiz istifadə olunan antibiotiklər, ağrıkəsicilər də böyrək funksiyalarına ciddi zərər vurur. Zamanında böyrəklərimizin qayğısına qalaq ki, sonradan peşman olmayaq".
Milli.Az /news.milli.az

Maraqlı     Baxılıb: 2254   Tarix: 04 aprel 2019
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kişiləri ehtiraslandıran sözlər

Cinsi əlaqə zamanı sadəcə gözə xoş gələn, seksi alt paltarları, geyimlər, parfüm kimi nüanslar kişini başdan çıxarmağa bəs etməyə bilər. Əlbəttə, bunların da çox böyük önəmi var amma qulağa xoş gələn, onları dəli edən sözləri

.

Alimlər mat qaldı: bəzi heyvanlar hər gün spirt içir

Bəzi heyvanlar alimlərin düşündüyündən daha tez-tez spirt qəbul edirlər. -a istinadən xəbər verir ki, meyvə və nektar yeyən əksər canlıların pəhrizində etanol olduğu üzə çıxıb. Exeter Universitetinin britaniyalı alimlər

.

Yuxuda sevdiyin insanı görmək

Yuxuda sevdiyini görmək gərək qız gərək kişi olsun, gözəl bir evliliyə şərh olunar. Köhnə bir sevimli görmək isə uzun zamandır ödəyə bilmədiyi bir borc səbəbiylə çətinliyə düşəcəyini ifadə edər.Evlilər üçün köhnə sevgilin

.

31 yaşlı xanım prorektor təyin olundu - Nazirdən əmr

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) yeni prorektor təyin olunub. xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, Nigar Adilova ali məktəbin Beynəlxalq əlaqələ

.

Mustafa Qarayev vəfat etdi - FOTO

Fizika-riyaziyyat elmləri doktoru, professor Mustafa Qarayev vəfat edib.  xəbər verir ki, professor bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Qarayev 20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd kəndində anadan olub. O

.

Qalaktikamızın qonşuluğundakı ulduz itdi - Axtarırlar

Kosmosda baş verən qəribə hadisə astronomları dalana dirəyib. Belə ki, qonşu qalaktikada 10 ildir izlənən "M31-2014-DS1" yoxa çıxıb. -a istinadən bildirir ki, bu barədə amerikalı astrofiziklər bəyan ediblər. Bildirili

.

Bu xanımlara yüksək vəzifələr verildi

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin strukturunda dəyişiklik edilib. . xəbər verir ki, şöbə daxilində Media ilə iş və Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorları yaradılıb

.

Nəsibə Hüseynova vəfat etdi - FOTO

Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb elmləri doktoru, professor Nəsibə Ağa İsmayıl qızı Hüseynova vəfat edib.  xəbər verir ki, Nəsibə Hüseynova 1970-1992-ci illərdə ATU-nun Müalicə-profilaktika fakültəsinin Uşa

.

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası d

turlar.az

toy makiyaji sekilleri yaz geyimleri 2026 reseptler geyim necə seçməli qızartma eroziya xesteliyi gavali murebbesi kosmetika cantalar bayatı faydalı maskalar brusell bakteriyası maya maskasi