Ovuc içindəki xətlər insanın həyatını əks etdirir

Ovuc içindəki xətlər insanın həyatını əks etdirirOvuc içindəki xətlər insanın həyatını əks etdirir

Dəqiqləşdirmək, fərqləndirmək üçün sağ və sol əldəki xətlərə baxmaq lazımdır.Yəni sağ ovucun içindəki xətlərlə, sol ovucun içindəki xətlər hər insanda müəyyən qədər fərqlənir. Sol əldə olan xətlər proqram olaraq verilmiş xətlərdir. Sağ ovucun içərisindəki xətlər isə insanın həyatı boyu fəaliyyətləri nəticəsində həyata keçiriləcək xətlərdir. Xiromantiyada 4 əsas xətlər var.

İnsanları barmaq izlərinə görə tanımaq, identifikasiya eləmək mümkün olduğu kimi ovuc içindəki xətlərin oxunması haqqındakı elm olan Xiromantiya ilə insanın həyatı boyu baş verən hadisələri proqnozlaşdırmaq mümkündür. İnsanın həyatı sanki ovucunda əks olunub.

1-cisi baş barmağın qabarı ətrafında həlqələnən xətdir. Buna həyat xətti də deyirlər. Bu həyat xəttinə diqqət yetirməklə onun həyatı boyu sağlamlığının necə olacağını, həyatının necə keçəcəyini, ömrünün qisa və ya uzun olacağını bilmək olur. Bu xəttin uzunluğu nəticə etibarilə həqiqətən də insanın həyatını əks elətdirir. Ömrün qısa və uzun olmasını hesablamaq olar.Orta hesabla hər 1 mm 1 ilə bərabərdir.Tutaq ki, bu xətt 7 sm-dirsə bu ömrün təxminən 70 illik dövrü əhatə etdiyini göstərir. 80-90 sm-dirsə bu təxminən 80-90 il olmasını göstərir. Bu xətt nə qədər sərbəstdirsə, nə qədər aydın görünürsə, dağınıqlıqlar yoxdursa, göstəricini müəyyən etmək bir o qədər dəqiqdir. Burda bir məqama diqqət yetirmək lazımdır. Ömrün uzunluğunu təyin etmək üçün hər iki ələ baxmaq lazımdır. Həm solda, həm sağda xətlər qırılırsa, bu doğrudan da həmin adamın ömrünün qısa olacağına işarədir.Lakin belə proqnozlarda bir etika məsələsi də var. Ömrü qısa olan adama xiromant birbaşa acı həqiqəti deməməlidir. Bu etikadan kənar bir şeydir. Bu həmin insana psixoloji zərbə ola bilər və onun ömrünü daha da yarıda kəsilməsinə səbəb ola bilər. Həmin insan sarsıla bilər. Sözləri ehtiyatla çatdırmaq xiromantın bacarığından, ustalığından asılıdır.

Mən şəxsi təcrüməmlə bağlı bir hadisəni danışmaq istərdim. Təqribən 5-10 il əvvəl avtobusda gedərkən bir cavan adamın sağ və sol əlinə baxıb onun ömrünün 40 yaşdan yuxarı olmayacaq. Lakin o çox israr edirdi ki, mən həqiqəti ona çatdırım. Savadsız və cahil adam idi. Mən 40 yaşa qədərki, həyatını ona dedim. Ancaq 40 yaşdan sonrakı həyatının onun fəaliyyətinə, əməllərinə bağlı olacağını dedim. Dedim ki, gələcəyini sən özün yazacaqsan. Acı bir söz olmasın deyə mən ehtiyatla danışdım. Amma o sanki iki ayağını bir başmağa dayayıb konkret danışmağımı istiyirdi. Mən dedim ki, burda yazılmayıb. Cavabında o dedi ki, sən fırıldaqçısan, yalançısan. Adamları aldadırsan.Ona başa saldım ki, axı mən sənin sənə yol-yoldaşı kimi baxıram. Heç bir maddi təmənnam da olmayıb.Sən məndən xahiş elədin. Mən də az-çox bildiklərimi deyirəm. Mən birdən özümdən asılı olmayaraq dedim ki, 40 yaşdan sonra sənin həyatın bitəcək. Həmin adam çox pis bir vəziyyətə düşdü. Az qala şok vəziyyətinə düşürdü, rəngi avazıdı.Dərin bir qorxu keçirtdi. Mən dərhal ona zarafat elədiyimi və bu sözü şəxsiyyətimə toxunduğu üçün söylədiyimi bildirdim. Elə bir şey yoxdu. Ona fikrini yaxşı sözlərlə yönəltdim.Və tədricən sakitləşib özünə gəldi.Bundan başqa buradakı digər xətt barmaqların kökünə paralel gedən uzun bir xəttdir. Sol tərəfdən çeçələ barmağın altından təxminən 1 və ya 1.5 sm aşağıdan başlayır.Və köndələn şəkildə şəhadət barmağa doğru uzanır. Bəzən ovucun ortasında olur. Buna ürək xətti deyirlər.Və yaxud buna ünsiyyət xətti də deyirlər. Bu insanların daxili aləmini, emosionallığını, başqaları ilə ünsiyyət bacarığını göstərən bir xəttdir. Bu xətt nə qədər əlavə ağac budaqları kimi şaxələr yaradırsa, bu adamın ruhən başqalarına daha yaxın olmasına, ünsiyyətçil olmasına işarədir.

Bəzən ovuca baxanda insanın eyni zamanda iki adamla intim və ya ailə həyatı yaşadığını görmək olur.Çox incə məqamları görmək olar. Ovucda, şəhadət barmaqdan aşağısında aypara formasında xətt olur.Lakin bunların hamısını demək lazımdırmı? Bu nə dərəcədə xeyirli nəticə verə bilər? Xiromant bu barədə ehtiyatlı olmalıdır. Lazım olan qədər demək məsləhətdir.
Maddi durum da barmaqlarda öz əksini tapır. Belə ki, adsız barmaq şəhadət barmaqdan uzundursa, həmin insanın maddi təminatı kifayət qədər olur.
Çeçələ barmağın uzunluğu adsız barmağın sonuncu falanqasından yuxarı qalxırsa deməli bu adamda kifayət qədər nitq qabiliyyəti, fikirlərini ifadə etmək bacarığı var.Başqalarını inandırma qabiliyyəti var.
Baş barmağın vəziyyətinə də fikir vermək lazımdır. Baş barmağın birinci falanqası insanın intelektinin göstəricisidir. İkincisi isə onun iradəsinin göstəricisidir. Əgər intelekt və iradə zəif olarsa, o adamın baş barmağı çox kiçik olur. Cəsarətsiz, qorxaq olur.
Həddən artıq qəddar adamlarda, vəhşi xisləti olan adamlarda baş barmaq, qaba, gobud, yoğun, yöndəmsiz, eybəcər və həddən artıq böyük olur. Bu insanlar zorakılığa meylli olur. Daxilən başqalarına qarşı nifrət, kobudluq, cılızlıq hissi ilə dolu olur.Belə adamlar cinayətə meylli olurlar.
ümumiyyətlə barmaqların formasına fikir vermək lazımdır. Misal üçün: Xəsis adamlarda barmaqlar bir-birinə doğru əyilmiş olur.Çeçələ barmaqla orta barmaq bəzi adamlarda həddən artıq əyilmiş olur. Belə adamların çox gizli bir sirri olur. Bu adamlar qəflətən dünyadan gedirlər.

Ailə və Uşaq     Baxılıb: 4451   Tarix: 23 yanvar 2015
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

.

Dinimizə görə süni mayalanma ilə dünyaya uşaq gətirmək günahdır? - Rəy

Milli Məclisin iyunun 13-də keçirilən iclasında çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycanda sonsuzluq hallarının sayının gün keçdikcə artdığını diqqətə çatdırıb. Millət vəkili "Reproduktiv sağlamlıq haqqında"

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

Qadınları orqazma çatdıran 7 seks pozası

Seks həyatına bir az rəng qatmaq və daha çox həzzli hala gətirmək üçün hal-hazırda tətbiq olunan mövqeləri bir az modifikasiya etmək lazımdır. Budur, qadınların orqazma çatmalarını asanlaşdıran 7 seks pozası… Ən sadə sevişm

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayaq. Uşağın cinsini əvvəldən müəyyən etmək üçün internetdə bir neçə cədvəl var. Bunlardan ən çox yayılanı yüz illərdir istifadə olunan "Çin təqvimi"dir. Bu təqvim ananı

.

7 aylıq körpənin inkişafı

7 aylıq uşaqların əksəriyyətində əvvəllər öyrəndiyi hərəkətlər, daha da möhkəmlənərək, mənimsənilir. Balaca arxayın oturur, fəal sürüklənir, kəkələyir. Əgər əvvəllər bunu bilmirdisə, indi etməyə başlayır. Onun qida rasion

.

Arzuolunmaz hamiləlik

Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Lakin hamiləlik bəzi hallarda müxtəlif səbəblərdən asılı olaraq arzu olunmayan ola bilər və bu vəziyyətdə nə etməli olduğunuzu bilmirsinizsə, bu mövzudan yararlan

turlar.az

qaşların formalari geyim seçimi yay geyimləri 2026 vətən haqqında inşa haxışta sözləri kekslər kakao kosmetika ağır itki usaq geyimleri cinsi rəksanə ana haqqinda bayati