Oynaq ağrılarının səbəbləri və müalicə üsulları

Oynaq ağrılarının səbəbləri və müalicə üsullarıOynaqlarda yaranan ağrılar çoxlarını narahat edən problemdir. Həmin ağrıların səbəbləri kimi, müalicə üsulları də fərqlidir və onlar rentgen, ultrasəs, laborator metodlarla müayinə nəticəsində müəyyən edilir. Oynaq ağrıları çox vaxt kəskin infeksiyaların əlaməti sayılır.
Milli.Az bildirir ki, həkim-fizioterapevt Səidə Kərimova deyib: "Oynaq ağrısı özü bir simptomdur və hansısa xəstəliyin fonunda yaranır. Səbəblərdən bəhs edəndə ilk növbədə travmadan sonra yaranan ağrılar, revmatik xəstəliklərin fonunda və infeksion xəstəlikləri zamanı, eləcə də yaşla əlaqədar osteoartrit və osteartroz zamanı yaranan oynaq ağrılarını qeyd etmək olar. Həmin ağrılar xəstənin normal hərəkətini məhdudlaşdırır".
Oynaqda ağrı hiss etdikdə mütləq həkimə müraciət etmək lazımdır. Onun dediyinə görə, nə qədər tez müraciət olunarsa, problem də o qədər tez aradan qaldırılar: "Yaşla əlaqədar osteartrit və osteartroz zamanı ağrılar ən çox dizlərdə, bud və çanaqda müşayiət olunur. Bu zaman fizioterapevtik müalicələr daha səmərəli nəticələr verir. Maqnit sahəsi ilə, zərbə dalğalı terapiya, lazer müalicəsi və digər prosedurlar icra olunur. Eyni zamanda müalicəvi idman prosedurları da faydalıdır. Müalicəvi idmanın əhəmiyyəti odur ki, əzələ nə qədər güclü olursa, oynağa düşən yük də o qədər azalır".
Oynaq ağrıları xroniki deyilsə, onu evdə də müalicə etmək olar. Bu barədə məlumat verən həkim-fizioterapevt deyib: "Əgər yüngül ağrılar varsa, davamlı deyilsə və normal hərəkəti məhdudlaşdırmırsa, onda xəstə evdə ağrıkəsicilərdən istifadə edə bilər. Bəzi vaxtlar ağrılı nahiyəyə buz və ya isti islatma qoymaq olar. lakin ağrılar 72 saatdan artıq davam edirsə, mütləq həkimə müraciət olunmalıdır".
Oynaqları qorumaqla artrit və artroz kimi xəstəliklərə tutulma riskini azaltmaq olar. Bunun üçün ilk növbədə hər gün açıq havada bir saat gəzmək və çoxlu maye qəbul etmək lazımdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1124   Tarix: 09 yanvar 2022
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

geymler 2026 toy gecesi toy makiyaji sekilleri şirniyyatların hazırlanması alimlər qonaq otaqi dizayni sarımsaq kosmetika uzeyir hacibeyli banan novruz bayramı burclerin uyumu hakista sozler