Özünəheyran insanlar necə olur?

Özünəheyran insanlar necə olur?Bu söz insanın xarakterinə uyğun olaraq ona verilən bir ifadə tərzidir və psixoloji bir vəziyyət hesab edilir.Bu xarakterə malik olan insanlar özlərini hamıdan çox sevir,ətrafdakıların yanlız onlar barədə danışmasını və diqqət mərkəzində olmağı çox sevirlər.Belə adamlar ətrafdakıların haqqlarını və söyləyəcəklərini nəzərə almadan daima özlərini ön plana çəkməyi sevirlər və başqalarının hesabına da olsa irəli getməyi xoşlayırlar.Onlar həmişə pul,güc,işdə irəliləmək,gözəllik və ideal sevgi barədə düşünürlər.Belələri qarşısındakı adam naminə heç nələrindən keçməzlər və onlar heç nədən doymazlar.
Özünə heyran olan adamlar istədiklərinə çatmaq naminə ən yaxınlarının belə haqqına girir və onları saymır.Özlərinə yüksək qiymət vermə hissi o qədər gücü olur ki,belə adamlar sonunda depressiyaya düşürlər.Özünəheyran adamların əsas xüsusiyyətlərindən biri də onların yüksəliş naminə hər şeyi edə bilmələridir.Özünəheyran adamların əsas xüsusiyyətləri aşağıdakılardır:
- eqoist insanlar olurlar
- özlərini heç vaxt başqasının yerinə qoymazlar
- şöhrət,pul,yüksəlmək kimi xəyalları olur
- bacarıqlı insanlara kin və nifrət bəsləyirlər
- özlərini mükəmməl sanırlar,daima bu barədə düşünürlər
Özünə heyran olan insanlara qarşı çıxanda onlar qarşısındakını alçaltmağa çalışır,öz çıxarları üçün başqalarından istifadə edir,həmişə ətrafdakıların diqqətini öz üstlərinə çəkməyə çalışır,öz günahlarını boynuna almaz və özlərindən yüksəkdə duranlara qarşı nifrət hissi duyurlar.Onların həddindən artıq qürurlu olması və özlərini mükəmməl hesab etməsi belə insanları ətraf mühitdən uzaqlaşmasına səbəb olur.Belə insanlar ətrafdakılarla ünsiyyətə girməkdə çətinlik çəkir və hər şeyə haqqları olduğuna inanırlar.
Əslində bu davranış pozğunluğu uşaq yaşlardan inkişaf etməyə başlayır.Yəni uşaq yaşlarında yaşıdlarının oyuncaqlarına inadla sahib olmaq istəyən,daima diqqət mərkəzində olmağı xoşlayan uşaqlar böyüdükcə daha da özlərini sevən olur.Belə uşaqlar əksər vaxt yalan danışır və ətrafdakılara yalançı və günahkar kimi saldırır.
Mütəxəssislər azyaşlı övladında yuxarıda sadalanan davranış pozğunluqlarını hiss edən valideyinləri psixoloqa müraciət etməyə çağırır və övladının gələcəkdə düzgün xarakterli birisi olması üçün daima onlarla əlaqədə olmağı məsləhət bilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1913   Tarix: 03 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

gelinlikler yaz geyimleri 2026 sac duzumleri gənc qalmağın sirləri aysel elizade sevgilisi plastik əməliyyat hamiləlikdən sonra kosmetika qardasa aid haxistalar kəlamlar masturbasiya kokelmek novruza aid hakisda