Pandemiya nə zaman başa çatacaq? - Həkim

Pandemiya nə zaman başa çatacaq? - HəkimPandemiya hər ölkədə özünəməxsus şəkildə gedir, Azərbaycanda isə epidemioloji vəziyyəti hazırda stabil qiymətləndirmək olar. Bu mənada qonşularımızdan asılı deyilik, bizim öz istiqamətimiz var.
Bu sözləri Publika.az-a açıqlamasında tibbi ekspert Vasif İsmayıl deyib. Həkim bildirib ki, havaların soyuması nəticəsində immun sisteminin zəifləməsi virusların və infeksion xəstəliklərin daha da yayılmasına səbəb olur:
"İnsanlar vəziyyətin daha da pisləşəcəyi ilə bağlı narahatdırlar. Onlar soyuq havaların virusu daha da yayacağını, yeni dalğaya səbəb olacağını düşünürlər. Lakin bu dalğaların şiddəti əhalinin vaksinasiyasına əsasən dəyişir. 5-ci dalğanın başladığını düşünmürəm. Məktəblər və universitetlər açıldı deyə bizdə yoluxma sayı aşağı düşmədi. Odur ki, yoluxma nisbəti bir müddət təxminən bu şəkildə davam edəcək. Qarşıdakı aylarda dalğanın aşağı düşməsi, sonra yenidən yüksəlməsi gözlənilir. COVID-19 hava-damcı yolu ilə yayıldığı üçün daim nəzarət altında saxlanılmalıdır.
Pandemiyanın tezliklə bitməsi gözlənilmir, buna baxmayaraq, epidemioloji vəziyyəti çox yaxşı hala gətirmək olar. Sözün düzü, bu dəqiqə Azərbaycanda yoluxma sayı dəhşətli deyil, vaksinasiya hesabına artıq insanlar xəstəliyi yüngül keçirməyə başlayıb, digər qismi də özünü qoruya bilir. Kütləvi immunitetin meydana gəlməsi üçün Azərbaycanda əhalinin 65-70 faizi peyvəndlənməlidir. Buraya uşaqlar da daxildir. Bu mənada əsas fikir peyvəndlənmənin üzərinə yönəlməlidir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1059   Tarix: 15 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

turlar.az

qaşların formalari gozel gorunmek qis geyimləri 2026 qadın alt paltarları baliq qulagi el isleri ədəbiyyat testləri meslehetler kosmetika salatlar xerçeng sağlıq uzeyir hacibeyli öpüşme