Parasetamolun ağla gəlməyən təsiri varmış - Araşdırma
Universitetinin mütəxəssisləri müəyyən ediblər ki, parasetamol insanı riskli davranışlar sərgiləməyə təhrik edə bilər.
Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, araşdırmada 500 könüllü iştirak edib. Onlardan yarısı 1000 mq parasetamol, yarısı isə plasebo qəbul edib. Daha sonra alimlər onlara pul qarşılığında şar şişirmək tapşırıblar.
Belə ki, şar nə qədər böyük şişirdilsə, iştirakçı daha çox məbləğ alır. Əgər şar partlasa, iştirakçı heç bir vəsait əldə etmir.
Müəyyən edilib ki, parasetamol qəbul edənlər şarları daha güclü şişirməyə risk ediblər. Nəticədə dərman qəbul edənlərin şarları plasebo qəbul edənlərlə müqayisədə daha çox partlayıb.
Daha sonra iştirakçılar idman tədbirlərinə getmək və ya təhlükəsizlik kəməri olmadan avtomobil idarə etmək kimi müxtəlif hipotetik hadisələrin risk dərəcəsini qiymətləndirdikləri anketləri də doldurublar.
Və yenə də parasetamol qəbul edənlər risk hissini yaşayıblar.
Bu təsirin səbəbləri hələ müəyyən edilməyib.
Bu nəticələr COVID-19 pandemiyası fonunda narahatlıq yaradır. Belə ki, koronavirus xəstələri simptomları aradan qaldırmaq üçün parasetamol qəbul edə bilərlər. Ancaq bu riskli davranma istəyi onları evdən çıxmağa və insanlarla görüşməyə təşviq edə bilər. Bu isə infeksiyanın yayılma ehtimalını artırır.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Qaravəllilər
Arzuolunmaz hamiləlik
Yatmazdan əvvəl edilən bu vərdiş böyrəkləri sıradan çıxarır
Xərçəngdən qorunmaq üçün 10 vacib QAYDA
Mandalin qabığı çayı nədir? - Faydaları və hazırlanma qaydası
Stress sizi necə dəyişir? - Əlamətləri və çıxış yolları
Roza "JARA"da səhnə alacaq
Mənə dedi ki, sənə nifrət edirəm
Həmişə susmuşam, amma
Sinan Akçıl Türkiyə millisi üçün marş hazırlayır
Çay və qəhvə ilə dərman içmək niyə olmaz?
Şahzadə Harrinin jurnalistlə sevgi mesajları ortaya çıxdı