Parça-bozbaş - Çox dadlı yemək - Bişirmə SİRRİ
LAZIM OLANLAR:
Hər payına:
163 q qoyun əti,
15 q quyruq,
100 q kartof,
30 q noxud,
25 q şabalıd,
20 q təzə yaxud 10 q quru alça,
20 q heyva,
20 q baş soğan,
12 q şüyüd,
0,1 q sarıkök yaxud zəfəran,
0,1 q nanə qurusu,
2 q sumax,
duz
istiot.
Hazırlanma qaydası
Parça-bozbaş da piti kimi hazırlanır, lakin bunun bir neçə payı bir ümumi qabda bişirilir. Qoyun cəmdəyinin döş, boyun yaxud kürək hissəsindən hərəsi 60-80 q çəkidə 2-3 tikə ət götürülür. 3-4 saat suda isladılmış noxudla ət üzərinə soyuq su əlavə edilərək bişirilir. Xörəyin hazır olmasına 20 dəqiqə qalmış baş soğan, doğranmış kartof əlavə edilir.
Şabalıd yarılıb az duzlu suda bişirilir, qabığı soyulub bulyona salınır. Sonra xörəyə dilimlənmiş heyva, alça, hər iki paya bir xörək qaşığı ədviyyat (döyülmüş sarıkök yaxud zəfəran şirəsi) qatılır. Xörək hazır olana yaxın içinə qiymə halına gətirilmiş quyruq əlavə edilir. Mövsümündən asılı olaraq xörəyə alça yerinə soyulmuş pomidor (hər paya 30 q) qatılır.
Süfrəyə verilmə qaydası:
Üstünə nanə qurusu səpilir, yanına ayrı qabda baş soğan və sumaq qoyulur.
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür