Paxlava diyarı Qaziantep

Paxlava diyarı QaziantepƏsrlərdir türk şirniyyatları dedikdə ağla ilk gələn paxlava olub. Populyarlıq zirvəsindən düşməyən bənzərsiz şirniyyatı hazırlamaq üçün 40-50 xəmir nazik şəkildə yayılır. 1 millimetrdən nazik xəmirlər yağlanmış siniyə üst-üstə düzülür. Hər 10 nazik xəmirdən sonra üzərinə əzilmiş fıstıq, qoz və ya badam səpilir. Xəmir bir qaba yığıldıqdan sonra üzərinə qızdırılmış yağ gəzdirilir və sobada qızarana qədər bişirilir. Hazırlanmış paxlavanın üzərinə qaynar şərbət tökülür və soyumağa buraxılır.
Publika.az xəbər verir ki, rəvayətə görə, köhnə malikanələrdə işə götürüləcək aşpaza sınaq məqsədi ilə plovla yanaşı, paxlava da bişirtdirirmişlər. 
Usta olan aşpaz xəmiri kəsişindən bilinirmiş. Kəsilmiş xəmirlər açıldıqda həm çox incə, həm də sininin içini tamamilə örtəcək ölçüdə olarsa, aşpazın ustalığı qəbul edilirmiş.
Burhan Oğuzun Türkiyə xalqlarının mədəni mənşəyinə dair kitabında söylədiyinə görə, köhnə İstanbul malikanələrində hazırlanan paxlavalarda aşpazın bir siniyə ən azı 100 qat yuxa sığdırması istənilirmiş. Belə nazik yuxa yaya bilən aşpazın olması qürurverici bir hal imiş. Paxlava sinisi sobaya girməzdən əvvəl malikanə sahibinin hüzuruna gətirilirmiş; o da yarım metr hündürlükdən qızıl pulu şaquli olaraq paxlavanın üstünə atarmış. Qızıl xəmir qatlarını deşib sininin dibinə dəyərsə, aşpaz uğurlu sayılırmış. Sinidəki qızıl pul bəxşiş kimi aşpaza verilərmiş. Əgər qızıl xəmir qatları arasında qalarsa, paxlava sinisi mətbəxə geri göndərilirmiş. Əgər bu, qonaqların qarşısında göstərilib uğursuz alınsaymış, ev sahibi özünü rüsvay olmuş hesab edərmiş.
Paxlava vacib qonaqlar gələndə türk qəhvəsi ilə birlikdə verilirmiş ki, bu da ev sahibinin yüksək qonaqpərvərliyini əks etdirirmiş. Toylarda qız evindən bəyin ailəsinə bir sini paxlava göndərmək türklərin qədim adət-ənənəsidir.
Qədim türk paxlavası sadə, düyülü, badamlı, püstəli, fıstıqlı, qaymaqlı, qozlu və bir çox başqa paxlava növlərinin olduğunu göstərir. Hazırda ən çox yayılmış növlər antep fıstıqlı və qozludur. Bəziləri paxlavanı qaymaq və ya dondurma ilə yeməyi xoşlayır.
Bu gün Qaziantepdə yetişən paxlava ustaları xalq arasında ən yaxşıları hesab olunur.

Maraqlı     Baxılıb: 2137   Tarix: 19 mart 2022
f Paylaş

Oxşar xəbərlər

.

8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik

Əziz xanımlar! . Sizi, bütün Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Sizə ən gözə

.

Nəsibə Hüseynova vəfat etdi - FOTO

Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb elmləri doktoru, professor Nəsibə Ağa İsmayıl qızı Hüseynova vəfat edib.  xəbər verir ki, Nəsibə Hüseynova 1970-1992-ci illərdə ATU-nun Müalicə-profilaktika fakültəsinin Uşa

.

Yuxuda sevdiyin insanı görmək

Yuxuda sevdiyini görmək gərək qız gərək kişi olsun, gözəl bir evliliyə şərh olunar. Köhnə bir sevimli görmək isə uzun zamandır ödəyə bilmədiyi bir borc səbəbiylə çətinliyə düşəcəyini ifadə edər.Evlilər üçün köhnə sevgilin

.

Azərbaycanda bu institut bağlandı

Qafqazşünaslıq İnstitutunun bağlanması barədə qərar qəbul olunub. xəbər verir ki, bu barədə AMEA-nın Ümumi Yığıncağında akademik İsa Həbibbəyli məlumat verib. Qərar səsə qoyularaq qəbul olunub

.

İkinci dəfə 300 bal toplayan şagird uğurunun sirrini açıqladı

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlərdən biri də Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Aydın Çingiz oğlu Həsənlidir. O

.

Bu institutlar birləşdiriləcək - 2 yeni elmi müəssisə yaradılacaq

Ölkə başçısının "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" müvafiq sərəncamın

.

Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər

Alimlər təxminən 315 min il əvvəl yaşamış erkən Homo sapiens nümayəndəsinin üz cizgilərini rəqəmsal üsulla bərpa ediblər. xəbər verir ki, söhbət Mərakeşdə yerləşən Jebel Irhoud arxeoloji ərazisindən aşkar olunan insan fosillərində

.

Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO

Filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərli vəfat edib. bildirir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib. Bildirilib ki, M.Qəmbərli uzun sürən xəstəlikdən sonra 89 yaşında dünyasın

.

2198 müəllim bu sadə suala cavab verə bilmədi - FOTO

Dövlət İmtahan Mərkəzinin müəllimlərin sertifikasiyası ilə bağlı apardığı testin bir sualının cavablı nəticəsi yayımlanıb. -a istinadla xəbər verir ki, iki mindən çox müəllim aşağıda təqdim edilən adi məktəbli sualına bel

turlar.az

sac duzumleri kosmetika mehsullari donlar 2026 paltar olmaq moda xəbərləri vaginal quruluq 2026 yay donlari kosmetika arxadan olmag novruza aid hakisda burclər bayatı tapmaca