Payız və qışda günəşli günlərin sayının azlığı mövsüm depressiyasına səbəb olur

Payız və qışda günəşli günlərin sayının azlığı mövsüm depressiyasına səbəb olurDepressiya ən geniş yayılmış psixi pozuntulardan biridir. Bu xəstəlik hər yaşda, o cümlədən uşaq və yeniyetmə dövrlərində başlaya bilər. Depressiyanın iki pik dövrü məlumdur - 20 və 40 yaşlara çatdıqda belə bir hal qeydə alına bilər. Dünyada təxminən 350 milyona yaxın insan depressiyadan əziyyət çəkir.
Milli.Az bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının professoru, tibb elmlər doktoru Zəfər Əliyev məlumat verib.
Z.Əliyev, həmçinin bildirib: "Xəstəlik əhval-ruhiyyənin aşağı olması, maraq dairəsinin azalması yaxud itməsi, həyatdan zövq almamaq, enerjinin azalması və yorğunluğun artması kimi əlamətlərlə təzahür edir. Həmçinin diqqət və konsentrasiyanın pisləşməsi, günahkar və özünü alçaltma hisslərin olması, oyanıqlıq yaxud tormozlanma, özünə zərəryetirmə və ya intihar fikirləri, yuxunun pozulması, iştahanın azalması kimi simptomlar da qeydə alınır. Depressiya diaqnozu qoyulması üçün bu əlamətlər iki həftədən artıq davam etməlidir. Depressiya gedişatına görə yüngül, mülayim və ağır dərəcəli olur. Xəstəlik bəzən xroniki forma da ala bilər".
Mütəxəssisin sözlərinə görə depressiya sosial, bioloji və psixoloji amillərin mürəkkəb qarşılıqlı təsiri nəticəsində yaranır. Məsələn, burada insanın ətraf mühitinin təsiri, xasiyyətin və yaxud irsiyyətin rolu ola bilər. Bundan başqa, payızda və qışda mövsüm depressiyası müşahidə olunur. Bu vəziyyət əsasən günəşli günlərin sayının az olmasından irəli gəlir.
Z.Əliyev qeyd edib ki, depressiyadan əziyyət çəkən şəxsin intiharetmə ehtimalı həmişə var: "Həmin insanlar yaxınları və cəmiyyət üçün təhlükəli olurlar. Bəzən depressiyası olan insan hesab edir ki, bu dünyada "əzab çəkir". Bunlardan "qurtulmaq" üçün özünü və yaxınlarını öldürür. Bu genişləndirilmiş intihar adlanır və sektalarda tez-tez rast gəlinir.
Onları depressiv vəziyyətdən çıxartmaq üçün mütləq psixiatra müraciət etmək lazımdır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1897   Tarix: 03 fevral 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

turlar.az

qis geyimləri 2026 gozel gorunmek geymler 2026 makiyaj bürclər gündəlik oxu zalı hicab 2026 kosmetika atalar sozu vicdan kokelmek sağlamlıq nizami gəncəvi