Payızda ən çox yayılan xəstəliklərdən biri - Viruslu konyunktivit

Payızda ən çox yayılan xəstəliklərdən biri - Viruslu konyunktivitPayız və qış aylarında havaların soyuması ilə bir çox xəstəliklərin rast gəlmə tezlikləri artır. Belə xəstəliklərdən biri də viruslu konyunktivitlərdir. Konyunktivit göz alması və göz qapaqlarını daxildən örtən selikli qişanın iltihabıdır.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu oftalmoloq, tibb üzrə fəlsəfə doktoru Aynurə Əliyeva bildirib.
Mütəxəssis bildirib ki, konyuktivit infeksion, bakterial, virus, allergik mənşəli olmaqla qruplara bölünür. İmmun sistemin zəifləməsi fonunda ortaya çıxan viruslu konyunktivitlərə məhz bu fəsildə daha çox rast gəlinir: "Yüksək yoluxuculuğu ilə seçilən epidemik keratokonyunktivit törədicisi adenovirusun 50-dən çox serotipi var. Bu virus  adenovirus konyunktivit yaxud farinqo-konyunktivial "qızdırma" hallarını da törədir".
A.Əliyeva qeyd edib ki, belə vəziyyət yuxarı tənəffüs yolları iltihabı, qulaqətrafı limfa düyünlərinin şişməsi, qızdırma və baş ağrısı əlamətləri ilə müşahidə olunur: "Yaxud sadalanan əlamətlərdən sonra adenovirus konyunktivit başlayır. Bu etiologiyalı konyunktivit ən azı 2 həftə davam edir. Xəstəlik ilk 3 gündən sonra kəskinləşir.
Epidemik keratokonyunktivit həm konyunktiva, həm də buynuz qişa zədələnməsi ilə keçdiyinə görə daha ağır klinikalı olub, 3-4 həftə davam edir. Xəstəlik kontakt yolla yayılır, lakin hava-damcı yolu ilə də keçmə ehtimalı var.
Hər iki halda gözlərdə qızartı, qaşıntı, gözdə "yad cisim" hissi, sulanma, qapaqlarda ödem müşahidə olunur. Əvvəl bir göz, bir neçə gün sonra isə ikinci gözdə yaranır.
Epidemik keratokonyunktivitin II mərhələsində klinikaya buynuz qişa zədələnməsi qoşulur".
Onun sözlərinə görə, məhz bu mərhələdə görmədə zəifləmə ortaya çıxır. Buynuz qişada yaranmış nöqtəvari infiltratlar ("ləkələr-bulanma") uzun müddətdə sorulur. Bəzən ağırlaşma kimi ortaya çıxan bu ləkələr, gözdə quruluq, zəif görmə 1 il ərzində keçib gedir.
Oftalmoloq bildirib ki, gözlərin müalicəsinə  bəzən sistemik müalicə də əlavə olunur. Pasientlərdən maksimal şəxsi gigiyenaya, izolyasiyaya riayət etmək və səbr tələb olunur. Eynək istifadəçiləri xəstəlik periodunda eynəkləri hər gün yumalı, linza istifadəçiləri xəstəlikdən öncə istifadə etdikləri linzalarını atmalı, sağalanadək qəti linza istifadə etməməli, damla flakonları gözlərə toxunmamalı, hər dəfə istifadə olunan salfet yaxud pambıq parçası tullanmalı, hər dərman damladılması prosesindən sonra əllər sabunla yuyulmalı, pasientlər şəxsi əşyalarını ailə üzvlərindən ayırmalı və hər gün yeniləməlidirlər. Bu xəstəliyə yoluxmamaq üçün isə immun sistemi qorumaq, gücləndirmək, gigiyenada diqqətli olmaq lazımdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1393   Tarix: 24 oktyabr 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Düzgün oturuş qaydası onurğanın təbii əyriliyini qoruyur və tez yorulmanın qarşısını alır. Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin Elmi-Tədqiqat Travmatologiy

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

turlar.az

kosmetik vasiteler hamiləlik yay kolleksiyasi qış salatları baliq qulagi el isleri azad qadin milli geyimlər kosmetika sanama arıqla usaq seirleri vetene aid atalar sozleri novruz bayramı