Paytaxt salatının tərkibindəki bir ərzaq - Xərçəngin qarşısını alır
Yeni il süfrəsinin məşhur salatı "stoliçnı" salatının faydasından çox zərərli olması məlumdur. Lakin onun tərkibində bir ərzaq var ki, insanlar onu gündəlik rasiona salmalıdır.
Milli.Az xəbər verir ki, həkim dietoloq Mixail Qinzburq paytaxt salatının tərkibindəki yaşıl noxudun çox faydalı olduğunu bildirib.
Yaşıl noxudda çoxlu B 3 vitamini var ki, o da damar tıxanması, demensiya problemlərinə qarşıdır. Eləcə də onda çox miqdarda kremniy var, bu da sümüklər və damar divarının möhkəmliyi üçün vacibdir.
"Əgər bir insan hər gün 50 qram yaşıl noxud yesə, ömrü uzun olar. Yaşlanma ilə bağlı damar, sümük, beyin problemlərinə qarşı yaşıl noxud yeyin. Onu təkcə bayramlarda salatlara qatmaqla kifayətlənməyin. Yaşıl noxud dəmirlə zəngindir, anemiyası olanlar onu mütləq yesin.
Fərqi yoxdur, təzə, quru yaşıl noxud və ya konservləşdirilmiş. Sadəcə konservində duz və şəkər olur.
Onkoloji xəstəliklərə qarşı da bu noxud faydalıdır. Yaşıl noxudda hər şey var, onu hər gün yeyin. /medicina.az
Milli.Az /news.milli.az









Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Qaravəllilər
Arzuolunmaz hamiləlik
Zabitə Alıyevanın toyudur - Fotolar
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış