Pediatrdan XƏBƏRDARLIQ: - Bakteriyalar ölmür, sonra daha da aktivləşir

Pediatrdan XƏBƏRDARLIQ: - Bakteriyalar ölmür, sonra daha da aktivləşirPediatr Aytən İsmayılzadə bildirib ki, yalnız vacib hallarda pasiyentə antibiotik təyin edilir. Lakin bu zaman bir çox məsələləri diqqətdə saxlamalısınız. 
Publika.az həkimin antibiotiklə bağlı tövsiyələrini təqdim edir:
1. Qısa kurs keçmək olmaz. Minimum 5 gün verilməlidir. Həkim yazıb, amma siz qısa kurs keçirsiniz və hesab edirsiniz ki, bədənə az zərər vermiş olursunuz. Amma belə deyil. Qısa kursda bakteriyalar ölmür, süstləşir, bir müddət sonra isə daha aktiv baş qaldırır.
2. Antibiotik üç gün verildisə və heç bir effekti olmadısa, dəyişdirilməlidir. Bunu ona görə qeyd edirəm ki, həkim bu addımı atanda nə üçün etdiyini biləsiniz. Bir növ antibiotik təsir etməyəndə digəri verilməlidir.
3. Antibiotikdən sonra probiotik təyin etməyi həkim unudubsa və ya lazım bilməyibsə, siz valideynlər probiotik verin. Probiotik tərkibində bifidum bakteriya və laktobakteriyaların olması kifayətdir. Probiotik verilmədikdə növbəti xəstəliyə qarşı immunitet zəifləmiş olur.
4. Beş və ya yeddi günlük antibiotik təyini zamanı göbələk əleyhinə dərman lazım deyil. Ağır xəstəliklər zamanı iki həftədən çox və bir neçə amtibiotik istifadə edildikdə göbələk əleyhinə verilir. Göbələk əleyhinə dərmanların qaraciyərə mənfi təsirli olduğunu unutmayın.
5. Su qatıb düzəldilmiş antibiotik suspenziyaları soyuducuda saxlanmalı və 14 gündən sonra atılmalıdır.
6. Əgər uşaq antibiotiki sirop şəklində içməkdən imtina edirsə, bu zaman inyeksiya (iynə) şəklində formaya keçmək daha ağır amtibiotik vermək anlamına gəlmir.
7. Əgər uşaq  antibiotik suspenziyanı qaytarırsa, dozanı iki dəfəyə vermək olar.
8. Əgər vəziyyət həqiqətən də antibiotik təyinatını tələb edirsə, bu zaman onların  zərərlərini müzakirə etməyə dəyməz.
9. Hərarət yüksələndə antibiotik təyin edilməz.
10. Otit, sistit, piodermiya və s. kimi hərarətsiz hallarda da antibiotik təyin edilir. Yəni antibiotik təyini üçün davamlı hərarətin olması şərt deyil.
11. Yüksək hərarətli ilk üç gündə ağırlaşma ( məsələn, irinli angina) yoxdursa, antibiotik təyin edilmir.
12. Yerli təyin olunan antibiotiklərin ( gözə, dəriyə) bədənə umumi mənfi təsiri yoxdur. 

Sağlamlıq     Baxılıb: 3780   Tarix: 21 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

turlar.az

yay geyimləri 2026 geymler 2026 sade makiyaj sekilleri qadin dunyasi 2026 intim seks badımcan yeməyi dirnaq berkiden maskalar kosmetika bürclər badambura kəlamlar azerbaycan qu quşu