Pəhriz kekslərini necə hazırlamaq olar? - Unu bununla əvəz edin
Pəhrizdə olsanız belə, bu, özünüzü dadlı yeməkdən imtina etmək üçün bir səbəb deyil. Təqdim edəcəyimiz reseptə görə hazırlanmış pəhriz keksləri öz çəkilərinə baxanlar üçün əsl xilasedici olacaq.
Milli.Az lent.az-a istinadən bildirir ki, onlar adi məhsullardan yalnız tərkibinə daxil olan qida əlavələrinə görə fərqlənirlər.
Məsələn, un əvəzinə yulaf əzməsi, adi kəsmik əvəzinə isə az yağlı kəsmik götürmək lazımdır.
6 keks hazırlamaq üçün lazım olan ərzaqlar:
1 paket az yağlı kəsmik (200 q);
3 xörək qaşığı yulaf əzməsi;
1 yumurta;
120 q tatlandırıcı (dadmaq üçün);
1 çay qaşığı qabartma tozu.
Əvvəlcədən qızdırmaq üçün dərhal sobanı 180 dərəcə yandırın və sonra xəmiri yoğurmağa başlayın. Yulaf ləpələri mütləq suda isladılmalıdır və onlar şişərkən yumurta ilə kəsmik qarışdırılır. Qabartma tozu, yulaf əzməsi və dadlandırıcı əlavə edin, sonra hər şeyi yenidən qarışdırın.
Yalnız muffin qablarını xəmirlə doldurmaq qalır və daha sonra bişirin. Onların hazır olması üçün təxminən 15-20 dəqiqə lazımdır.
Sevimli giləmeyvə və ya qoz-fındıqları bəzək kimi istifadə edə bilərsiniz.
Milli.Az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda sevişmək nəyə yozulur?
Çox öskürənlər bunu oxusun
Tünd kişmiş cavanlaşdırır
Yuxudan duran kimi bunu edin
Bu yaşda ət yemək ömrü uzadır
Nuran yeni layihəsini təqdim etdi
Təzyiqi aşağı salan 5 əsas qida
Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda