Pərvin Abıyeva: "Mən də daxil olmaqla bir çox gənc dindən uzaqlaşıb"
Azərbaycanın ilk qorxu filmi hesab olunan "Xənnas"-ın baş rol ifaçısı Pərvin Abıyeva filmin uğurundan danışıb.
Azxeber.com–a danışan aktrisa filmin dini nöqteyi nəzərdən insanlara yaxşı mesajlar verdiyini bildirib: "Xənnas filmi tamaşaçılar tərəfindən çox sevilib və filmə müsbət reaksiyalar gəlir. Filmdə dinə çağırış var idi. İndiki gənclərimizə də bu çox önəmli mesajdır. Mən də daxil olmaqla biz avroplaşaraq dini unuduruq. Filmdəki o səhnələr mənə də çox şeyi öyrətdi. Film tam hazır olandan sonra baxdıqda həm qürurlandım, həm də ağladım."
Aktrisa dinə bağlı insan olduğunu açıqlayıb: "Dinimi çox sevirəm. Sadəcə bizim sənət bir az elədir ki, onun vacib bildiyi əməllərə tam riayət edə bilmirsən. Gördüyün işlə namaz uyğun gəlmir. Çox istəyərdim ki, namaz qılım. Bu hələki məndə gözlənilmir. Namaz qılırsansa hicab bağlamaq vacib deyil."
Pərvin Abıyeva yaxın günlədə star götürəcək və iştirakçı qismində iştirak edəcək "Maşın" realiti şousundan da danışıb: "Mən həm fiziki həm də mənəvi cəhətdən güclü bir insanam. O baxımdan qalib gələ bilərəm amma ola bilər ki, səsvermədə məğlub olum. Yarışda düşmənçilik inanmıram olsun. Çünki o şoudur."
f Paylaş








Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir