Pərviz Bülbülə: "Məsləhət görərdim ki, bunu eləməsinlər"

Pərviz Bülbülə: "Məsləhət görərdim ki, bunu eləməsinlər"Meyxanaçı Pərviz Bülbülə Lent.az-ın "Canlı yayım"ında qonaq olub.

Qadinsayti.az xəbər verir ki, söz ustası müsahibədə bir çox mövzulardan söz açıb:

"Bu sənətdə müəllimim olmayıb. Sadəcə olaraq Ağamirzədən, Kərimdən, Məşədi Babaya baxa-baxa, hərəsindən bir az nəsə öyrənib, sənətə gəlmişəm. Formalaşıb, öz üslubumu tapmışam. Nəinki mənim, heç bir meyxana deyənin müəllimi yoxdur. Bu gün sənətdə olan insanlar var, onların yolunu davam etdirmək borcumuzdur. Bu günə qədər sənətdə mənə yol göstərən olmayıb. Deməyiblər ki, onu et, bunu eləmə. Əgər mən meyxananın yolunu bilmirəmsə, niyə meyxanaçıyam? Şagirdlər özünə ustad seçirlər. Bu günləri sırf mənə baxıb, mənim kimi meyxana deyənlər var. Amma məsləhət görərdim ki, bunu eləməsinlər. Çünki bunu edən adam özünü tapa bilməz. Heç vaxt deməmişəm ki, bir insan mənə nəyisə öyrətsin. Bəlkə bu gün ustadlarımız da razıdırlar ki, meyxanaya yalnız dəstək olmuşam. Meyxananı sevdirməkdən başqa heçnə eləməmişəm. Bu günə qədər deyən olmayıb ki, ay Pərviz, sən hardan gəldin, sənə görə meyxanaya qulaq asmıram. Əksinə, mənə görə meyxananı sevənlər olub".

Meyxanaçı bildirib ki, sənətinin sirlərini kiməsə öyrətmək fikrində deyil: "Tələbələrim yoxdur. Müraciət edəndə də deyirəm ki, hələ özüm öyrənirəm. İnsan öyrənə-öyrənə kiməsə nəsə öyrədə bilər? Yox. Hər gün yeni bir sirr açılır. İstehsalla, istedad sözünün fərqi var. İstehsalı öyrənmək olar. Amma öz istedadımı qarşımdakına öyrədə bilmərəm".

P.Bülbülə ilk dəfə pul qazandığı peşədən də söz açıb: "İlk dəfə meyxanaçılıqdan yox, dülgərlikdən pul qazanmışam. Gözəl mebel yığmağı bacarmışam, elə indi də bacarıram. Amma dülgər işlədiyim dövrdə meyxana deməyi də sevirdim. Sadəcə istəmirdim ki, pul müqabilində meyxana deyim. Pulumu dülgərliklə qazanırdım, meyxananı isə sevdiyimə görə deyirdim. Ta o vaxta qədər ki, meyxana özü mənə dedi ki, daha bəsdir, dülgərliyi bir kənara qoy. 13-14 yaşımdan meyxana deyə bilirdim. İndi də çox istərdim ki, balaca bir məkanım ola, özüm dülgərlik edim. Burada eyib bir şey yoxdur, mən bu sənətdən çörək qazanmışam. Meyxanadan ilk qazandığım pul isə mənə çox qəribə gəldi".

Xəbərlər     Baxılıb: 2181   Tarix: 04 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Siqaretdən 10 qat daha zərərli: Hər evdə var

Kork və Qalvey universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, gündəlik həyatda tez-tez istifadə edilən ətirli şamlar havadakı incə toz səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 15 dəfə daha ço

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Parfümlərin içində at sidiyi aşkar edildi: Dərini məhv edir

Lüks ətirlərin qiyməti artdıqca, istehlakçılar "tester" və ya "kimsəsiz" adlandırılan şübhəli məhsullara yönəlirlər. Lakin bu şüşələrin içindəki maddələr sadəcə iyrənc deyil, həm də həyati təhlükə daşıyır

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Bu dərmanlar qarın ağrısı yarada bilərlər

Qarın ağrısı və ishal hər zaman qida zəhərlənməsi demək deyil. Bəzən səbəb tam gözlənilməz ola bilər.  xəbər verir ki, qastroenteroloq Kristin Li bildirib ki, bu cür narahatlıqlar bəzi vitamin və mineral əlavələrinin qəbul

.

Dişlərimizi gündə fırçalamaq xeyirdirmi? - Vacib tövsiyələr

Dişlərin gündəlik fırçalanması sağlam həyat tərzinin ayrılmaz hissəsidir. Mütəxəssislər bildirirlər ki, dişləri hər gün düzgün qaydada təmizləmək diş çürüməsi və diş əti xəstəlikləri riskini ciddi şəkildə azaldır. xəbər veri

.

Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun

Son illərdə "təbii qidalanma" anlayışının populyarlaşması bir çox insanı bu məhsulları məhdudiyyətsiz şəkildə istehlak etməyə sövq edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, "təbii" hər zaman "ta

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

turlar.az

yay kolleksiyasi kosmetik vasiteler geyim və ayaqqabılar cizgi filmi hakista bizim mətbəx qış ayaqqabıları kosmetika insan novruz bayramına aid hakışda xerçeng qadin saglamlig şəhid