Peyvəndləmədən əvvəl və sonra orqanizmdə vitamin balansını qorumaq lazımdır

Peyvəndləmədən əvvəl və sonra orqanizmdə vitamin balansını qorumaq lazımdırArtıq bir neçə gündür ki, yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya prosesinə başlanılıb. Vaksinasiyadan əvvəl və sonra, həmçinin sonrakı günlərdə qida rasionu hər kəsi maraqlandıran məsələlərdən biridir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-diyetoloq Ləman Süleymanova bu barədə deyib: "Əvvəla, bu məsləhətləri nəinki vaksinasiyaya hazırlaşan və vaksinasiya olunan, eləcə də sağlam olanlara da məsləhət görürük. İlk növbədə, çoxlu meyvə-tərəvəz və zülallı qidalar - yumurta, balıq, toyuq əti və qırmızı ət qəbul etmək lazımdır. Məsələ burasındadır ki, immun hüceyrələri zülal mənşəlidir və zülal defisiti olduqda virus və mikroblara qarşı müqavimət zəifləyir. Ona görə də zülallı, proteinli qidalara üstünlük vermək, nisbətən az yağlar, ən az isə karbohidratların qəbul olunması məsləhət görülür".
Onun dediyinə görə, insan orqanizmi hər zaman immun sistemini möhkəmləndirən zülal və vitaminlərlə zəngin olmalıdır. Peyvənd vurulduqdan sonra da orqanizmdə vitamin balansını, xüsusilə də D vitaminini qorumaq çox böyük əhəmiyyət daşıyır.
"Vaksinasiyaya hazırlaşanlarda xüsusi növ allergiyası və yüksək hərarəti yoxdursa, COVID-19-un aktiv dövrü deyilsə, rahat şəkildə peyvənd etdirə bilərlər. COVID-19-a yoluxub sağalanlar orqanizmdə D vitamininin miqdarını yüksək səviyyədə saxlamağa çalışmalıdırlar, çünki ilin bu fəsli günəşli günlərin sayı az olduğuna görə onu xaricdən qəbul etməlidirlər. Həmin vitaminlər həm də antioksidantlardır. Sink və D vitamini koronavirus zamanı müqavimətin artırılması üçün vacib elementlər hesab olunur", - deyə həkim-diyetoloq əlavə edib.
Pandemiya halını alan COVID-19 virusu ilə mübarizə nə qədər çətin olsa da, xəstəliyə tam qalib gəlməyin yeganə yolu peyvənd olunmaq, orqanizmdə güclü immunitet sistemi yaratmaq və gigiyenik qaydalara əməl etməkdir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1714   Tarix: 26 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

turlar.az

hamiləlik kosmetoloq qadin dunyasi hicablar sağlam qida xercengden qoruyan qidalar sellulit kosmetika vətən haqqında bayatı arxadan olmag cinsi elaqe zehmet ve zinet gözəllik