Pis vərdişlərin intim həyata təsiri

Pis vərdişlərin intim həyata təsiriPis vərdişlərin intim həyata təsiri
Zərərli vərdişlərə ənənəvi olaraq siqaret çəkmə, alkoqol və narkotik asılılıq aid edilir.
Asılılıq və vaxtaşırı istifadə arasında dəqiq sərhəd müəyyən etmək bəzən çox çətin olur.
Vərdiş - insanın müəyyən dövrilik ilə təkrarladığı əməldir, bu zaman o, həmişə başa düşmür ki, bunu niyə və nə səbəb görə edir. Təsəvvür edin ki, sizin qarşınızda seçim var - ya sevdiyiniz vərdişdən məhrum olmaq (içki içmək, siqaret çəkmək və s.), ya da həmişəlik olaraq potensiya və orqazmı itirmək.
Soruşulur, onda niyə biz özbaşına özümüzü tam dəyərli kişi olmaq həzzindən məhrum edirik ? Pozulmaların açıq - aydın əlamətlərini aşkar etdikdə isə - müalicə olunmuruq, problemin "üstünü örtürük" və inanırıq ki, hər şey öz - özünə keçib gedəcək. Elə bu cür özünə güvənmə də ona gətirib çıxarır ki, kişi onun üçün bəlkə də ən dəyərli keyfiyyət olan - potensiyanı itirir.

Alkoqol və seks
Alkoqolun potensiyaya neqativ təsir etməsi barədə insanlar çoxdan bəri bilirlər. Qədim həkimlərin arasında aşağıdakı cümlə geniş yayılmışdır: "Çaxır həvəsi oyadır, lakin onu həyata keçirmək imkanından məhrum edir".
Bir çox kişi hesab edir ki, alkoqol cinsi həvəsi stimullaşdırır. Həqiqətən, bəzən az miqdarda spirtli içkilərin qəbulu cinsi həvəsi gücləndirə, eləcə də eyakulyasiyanın gecikməsi hesabına cinsi əlaqəni uzada bilər. Bu gərginliyi aradan qaldırır, cinsi aktivliyi qaldırır, qanın kiçik çanaq orqanlarına axmasına səbəb olur. Lakin alkoqolun müntəzəm, daimi qəbulu nəticədə tənasül sistemi fəaliyyətinin pisləşməsinə, cinsi həvəsin azalmasına və alkoqol asılılığına gətirib çıxarır.

Alkoqol kişilərin tənasül sisteminə üç istiqamətdə təsir edir :
• xaya hüceyrələrini öldürür ;
• normal spermatozoidlərin sayını azaldır ;
• beyin və cinsi orqanların qarşılıqlı əlaqəsini pozur.
Bundan başqa, prostat vəzi də alkoqola qarşı kifayət qədər həssasdır. Spirtli içkilərin müntəzəm istifadəsi zaman prostatit (prostat vəzinin ltihabı) yaranma ehtimalı artır.
Bəzən içki içənlərin özlərindən aşağıdakı fikirləri eşitmək olar : "Mənim bir tanışım var, o, bütün ömrü boyu içir, sekslə isə hər gün məşğul olur". Ola bilsin, bu mümkündür. Çox yüksək cinsi imkanları olan şəxslərə rast gəlinir ki, onlarda hətta uzun müddətli alkoqol qəbulu cinsi həvəsi zəiflətmək iqtidarında deyil. Bu cür şəxslər çox azdır, əksər hallarda isə spirtli içkilərin istifadəsi tezliklə cinsi zəiflik probleminin yaranmasına gətirib çıxarır.
Buna görə də intim sağlamlığı və cinsi həvəsi uzun illər boyunca qoruyub saxlamaq üçün alkoqolun istifadəsini minimuma endirmək lazımdır.

Siqaret çəkmə və seks
Kişilər çox zaman siqaretlə hələ gənc yaşda tanış olurlar ki, yaşıdlarına öz kişiliklərini və böyük olmalarını sübut etsinlər. Daha sonra onlar siqaret tüstüsü ilə öz cinsi nəaliyyətlərini möhkəmləndirirlər və zənn etmirlər ki, məhz siqaret çəkmə onların cinsi bacarığına güclü ziyan vurur.
Nikotin - bizim udduğumuz tütün tüstüsündə olan ən əsas zərərli maddədir. Sinir zəhəri olaraq, nikotin ilk növbədə sinir sistemini, o cümlədən onun cinsi davranış və reproduktiv orqanlara görə cavabdeh olan sahələrini pozur. Təəccüblü deyil ki, yaş artdıqca siqaret çəkənlərdə tənasül sisteminin vəziyyəti proqressiv şəkildə pisləşir.
Nikotinin əsas patoloji təsiri - cinsi orqanı qanla təchiz edən damarların davamlı spazmıdır (yəni daralmasıdır). Nikotin və tütünün digər zəhərləri kişi cinsi hormonlarının sintezinin azalmasına səbəb olur, bu da insanda seksual həvəsin azalmasına gətirib çıxarır.
Siqaret çəkmək ən böyük ziyanı kişi spermasının keyfiyyətinə vurur: həm spermatozoidlərin sayı, həm də onların keyfiyyəti azalır.
Çoxları deyir ki, guya biz daim siqaret çəkirik, seks isə əla olub, və elə də əla qalır. Əlbəttə, bəlkə bu elədir, bəlkə onlarda seksdə hər şey tam qaydasındadır, yalnız onlar müqayisə edə bilməzlər ki, əgər siqaret çəkməsəydilər, seks necə ola bilərdi. Lakin siqaret çəkən kişilərin ən geniş yayılmış şikayəti - cinsi funksiyanın çox erkən sönməsidir. Əlbəttə ki, siqaret çəkmə əsas səbəb deyil, lakin o, insanın intim həyatını çətinləşdirir.
Cinsi gücün artırılması üçün siqaret çəkməyi atmaq kifayətdir!

Seks və narkotiklər
Narkotiklər - kişilərin ən təhlükəli düşmənləridir. Onlar yalnız cinsi refleksləri boğmur, hormonların hasilatını azaltmır, həm də normal ereksiyaya mane olurlar. Narkotik vasitələr cinsi mərkəzlərə pis təsir edirlər və cinsi həvəsi pozurlar. Hesab olunur ki, narkotiklər seksuallığı şiddətləndirir, əslində isə bu yalnız illüziya və özünü aldatmadır. Bir çox kişidə narkotiklərin uzun müddətli qəbulundan sonra cinsi funksiya gələcəkdə bərpa olunmur.
Narkotiklərin istifadəsi (əhəmiyyətli deyil, siz zəif narkotik vasitə istifadə edirsiniz, məsələn həşiş, və ya güclü təsirə malik narkotiklərdən istifadə edirsiniz, məsələn, heroin və kokain) ereksiya və eyakulyasiyanın uzun müddətli pozulmasına səbəb olur. Narkotiklər əvvəlcə cinsi həvəsi gücləndirə bilər, lakin gec-tez bu potensiyaya mənfi təsir göstərəcəkdir, insan orqanizminə narkotiklərin çox saylı digər zərərli təsirləri haqqında heç danışmırıq.
Narkotiklər nə yaş, nə ictimai mövqe tanımır, onlar sadəcə insanı məhv edirlər. Və ən əsası - vaxtında dayanmaqdır. Düşünün: əgər vaxtında dayansanız, hətta potensiyanı bərpa etmək olar, dolğun həyatla yaşamağa başlamaq olar, onun verdiyi hər bir şeydən zövq almaq, əbəs yerə yaşamadığına görə sevinmək olar.

Androloq-seksopatoloq Dr Orxan Ağabəyov

Sağlamlıq     Baxılıb: 4578   Tarix: 08 yanvar 2015
f Paylaş

Oxşar xəbərlər

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

turlar.az

yay geyimləri 2026 hamiləlik sade makiyaj sekilleri genc aile balıq yağı qara qarağat uşaq yeməyi kosmetika novruz hakista sanama kökəlmək üçün novruz bayramina aid hakista vicdan