Planlarımızı başqalarına danışanda buna görə reallaşmırmış
Planlarımızı başqasına danışarkən beyin bunu reallıq kimi anlayır və motivasiyamızı salır.
Milli.Az xəbər verir ki, bu fikir müəyyən elmi araşdırmalara əsaslanır. Psixologiyada bu fenomen sosial reallaşma və ya hədəflərin açıqlanması paradoksu kimi tanınır. Araşdırmalar göstərir ki, planlarımızı başqalarına danışanda beynimiz bunu qismən reallıq kimi qəbul edir və dopamin səviyyəsi yüksəlir. Bu da insana sanki həmin hədəfə artıq çatmış kimi bir rahatlıq hissi verir.
Məsələn, 2009-cu ildə Nyu-York Universitetinin psixoloqu Piter Qollvitzerin apardığı tədqiqatlarda insanlar planlarını paylaşanda həmin məqsədlər üzərində işləmək üçün daha az motivasiya göstərirdi. Bunun səbəbi odur ki, sosial təsdiq almaq beynimizdə hədəfə çatmaqla bağlı mükafat mexanizmi yaradır. Nəticədə, real addımlar atmaq əvəzinə, insan psixoloji olaraq kifayətləndiyini düşünür və fəaliyyətini azaldır.
Buna görə də, bəzi mütəxəssislər hədəfləri başqalarına danışmaqdansa, onları sakit şəkildə həyata keçirməyi tövsiyə edirlər. Əgər planları bölüşmək lazımdırsa, bunu elə etmək daha yaxşıdır ki, bu, məsuliyyət hissini artırsın və motivasiyanı azaldan deyil, əksinə, gücləndirən mexanizm yaratsın.
İsmayıl
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi