Plastik əməliyyatsız dodaqlara həcm verən botoks effetli 3 məşhur maska
Biz, Qadın.az olaraq sizə 3 effektiv (təbii vasitələrdən ibarət) maska resepti təqdim edirik. Maskalar dodaqlarınıza qulluq etməklə yanaşı onların həcmli olmasına da kömək edir.
Evdə hazırlanan darçınlı skrab
Darçın - dərini mÖhkəmlədir və dodaqda şişkinlik yaradır,cünki dərinin ədviyyatlara qarşı reaksiyası azacıq yanma hissi ilə özünü göstərir.
Sizə lazım olanlar:
- 2 x.qaşığı qəhvəyi şəkər
- 1 x.qaşığı üyüdülmüş darçın
- ½ x.qaşığı zeytun yağı
- ½ x.qaşığı bal
Sadalanan bütün inqredientləri həmcins kütlə alınana qədər qarışdırırıq, səliqəli şəkildə dodağa çəkib, barmaq uclarımızla 3 dəqiqə yüngül massaj edirik. Skrabı yuduqdan sonra dodağa nəmləndirici balzam çəkilir.
Evdə darçın və E vitamini ilə hazırlanan balzam
Darçın balzama dodağın həcminin artırılması effekti ilə yanaşı gözəl ətir də verir, E vitamininin isə həcmin daha uzun müddətli, eləcə də qoruyucu və qidalandırıcı təsiri vardır
Sizə lazım olanlar:
4 x.qaşığı təbii hindqozu yağı
1,5 x.qaşığı qranul şəkilində arı mumu
E vitamini 2-3 kapsula
¾ x.qaşığı bal
15 damcı darçın (efir yağı)
Boş krem qabı
Su hamamında hindqozu yağı və arı mumunu əridirik və kənarda soyumağa qoyuruq.E vitamini,bal və efir yağını əlavə edib qarışdırırıq.Həmcins kütlə alınıb artıq.Boş krem qabına hazırladığımız qarışımı töküb,soyuduruq.
10-15 dəqiqədən sonra balzam soyuyur və artıq istifadəyə hazır olur.Kərə yağına bənzər teksturası vardır.İstədiyiniz kimi istifadə edə bilərsiniz.
Qırmızı istiot maskası
Qırmızı istiot -dodaqlar da güclü reaksiya yaradır. Temperaturun yüksəlməsi nəticəsində o dodaqların dərisinə qan axını gücləndirir, təqribən bir dəfə yarım həcminin artırılması effekti yaradır. Lakin yanma hissinə öyrəşmək lazımdır, İstiotun verdiyi yanma hissi sizdə diskomfort yarada bilər, amma bu dəyər.
Sizə lazım olanlar:
3 x.qaşığı vazelin
1,2 çimdik üyüdülmüş qırmızı istiot
1 ç.qaşığı bal
Sadalanan bütün inqredientləri həmcins kütlə alınana qədər qarışdırın.Fikir vermək lazımdır ki, istiot toparlaşmasın. Dodağa adi balzam ,üzərinə isə maska çəkilir.Maskanın salfetlə sildikdən sonra yenidən balzam çəkilir.
Yox, əgər, tənbəllikdən maska hazırlamağa ərinirsinizsə, köməyinizə kosmetik vasitələr gələr. Anjelina Joli üslubunda dodaq forması üçün sizə dərinizdən tünd tonda olan bir neçə qələm və dodağın tonunda olan dodaq boyası lazımdır.
f Paylaş








Hakışta
Mükəmməl seks üçün yataqdakı QAYDALAR
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir
Bu peşələrdə çalışanların xərçəngdən ölüm riski daha yüksəkdir
Yalı çapkını'nın ulduzlarının övladı olacaq
"Həmin mahnını elə-belə yazmışdım" - Səbinədən etiraf
Kivini qabığı ilə yeməyin bu faydaları varmış
Ən zərərli meyvə və giləmeyvələrin adları açıqlandı
Dünəndən qalan çayı içmək olar?
Təbii üsullarla dodaqları daha dolğun və baxımlı göstərmək mümkündürmü?