Pnevmoniya xəstəsinə banka qoymaq olmaz - Ölümə səbəb olur
Ölkəmizdə "banka qoymaq" kimi universal müalicəvi üsul var. Bankaların köməyi ilə soyuqdəymədən tutmuş sonsuzluğa qədər bütün xəstəlikləri müalicə edirlər.
Bəli, bəzi hallarda (bel, əzələ ağrıları zamanı, soyuqdəymə, nəfəsalma sistemi xəstəliklərinin sonunda və s.) bu üsul müəyyən kömək edir. Lakin əksər hallarda onun ciddi bir müalicəvi effekti yoxdur, bəzən isə bankalardan istifadə insana ziyan vura bilər, xəstəliyi daha da ağırlaşmasına səbəb ola bilər.
Nəzərinizə çatdıraq ki, banka ilə müalicə əsasən post-sovet ölkələri və Çində geniş istifadə olunur, ABŞ və Avropada istifadə olunmur və orada hətta qadağandır.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, son zamanlar koronavirus epidemiyası fonunda pnevmoniya halları kəskin artıb. Oxucularımızı xəbərdarlıq etmək istərdik ki, kəskin bronxit və pnevmoniya zamanı banka qoymaq olmaz. Bu iltihabi prosesin daha da genişlənməsinə, xəstəliyin ağırlaşmasına səbəb olacaq.
Həmçinin nadir hallarda olsa da kəskin pnevmoniya zamanı banka qoymaq plevrit (ağciyərin üzərini örtən plevranın iltihabı) və hətta ağciyərin yırtılmasına səbəb ola bilər. Yüksək qızdırma zamanı da bankalar qadağandır.
Koronavirus pnevmoniyası bir çox hallarda gizli inkişaf edir və yalnız KT zamanı xəstədə ağciyərin ciddi zədələnməsi aşkar olunur. Bu səbəbdən özünüzdə soyuqdəymə simptomlarını müşahidə etdikdə dərhal bankalara əl atmayın. Bu adi soyuqdəymə deyil, koronavirus infeksiyası ola bilər ki, bu zaman bankalardan istifadə ağır fəsadlar verə bilər.
Banka ilə müalicə pnevmoniyadan sağalma dövründə istifadə oluna bilər. Lakin bu halda da əvvəlcədən həkimlə məsləhətləşmək lazımdır.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi