Pomidor-faydası, ziyanı və əks təsiri

Pomidor-faydası, ziyanı və əks təsiriPomidor güclü antioksidantdır. Pomidorun tərkibində olan likopen özlüyündə kifayət qədər güclü antioksidantdır. Likopen bir çox xəstəliklərin müalicəsinə kömək edir. Bu isə o deməkdir ki, pomidor ürək-damar sistemi xəstəliklərinin inkişaf riskini azaldır. Eyni zamanda asteniya xəstəliyinin müalicəsində də faydalıdır.
Pomidor antibakterial təsir göstərir. Bu isə onun tərkibində fitonsidlərin olması ilə izah edilir.
Pomidor əhval-ruhiyyəni yüksəldir. Pomidorun tərkibində olan serotonin isə əhval-ruhiyyənin yüksəlməsinə kömək edir.
Pomidor tromb formalaşmasının əleyhinə təsir edir. Amerikalı tibb işçiləri müəyyən ediblər ki, pomidorun tərkibində xüsusi maddə var və tədqiqatçılar bu maddəni P3 adlandırıblar. Bu maddə kifayət qədər faydalıdır. P3 qanı durulaşdırır və tromb formalaşmasına qarşı çıxır.
Pomidor böyrəkləri təmizləyir. Pomidor böyrək və sidik kisəsi xəstəlikləri zamanı diuretik rolunu oynayır. Çünki pomidorun tərkibinin 94 faizi sudan ibarətdir.
Pomidor dərini cavanlaşdırır. Tərkibində olan bol miqdarda olan B vitamin qrupu sayəsində  pomidor üz dərisinin rəngini yaxşılaşdırmağa, qırışları azaltmağa və ümumi olaraq dərini cavanlaşdırmağa kömək edir.
Pomidor iştahı azaldır. Pomidorun aşağı kalorili olması və tərkibində xrom olması orqanizmin tez doymasına şərait yaradır və güclü aclığın qarşısını alır. Eyni zamanda bir çox pəhrizlərdə də menyuya pomidor əlavə edilir. Bəzən isə pəhrizlər əsasən qırmızı pomidora əsaslanır.
Pomidor qan təzyiqini normallaşdırır. Pomidorun tərkibində olan pektin maddəsi qan təzyiqini normallaşdırır və qanın tərkibindəki xolesterin miqdarını azaldır.
Pomidordan tibbdə istifadə
Pomidor şirəsi mədə yarası və irinli yaraların müalicəsində istifadə edilir. Pomidorun tərkibində olan qlikoalkaloid maddəsi həm bakterisid, həm də antibiotik təsirə malikdir.
Tibb elmində təzə pomidor, pomidor püresi və şirəsi geniş istifadə olunur. Bu qidalar hamilə qadınlar, xəstəlikdən zəifləyənlər və uşaqlar üçün əlavə vitamin, mikroeelement və mineral duzlar mənbəyi kimi məsləhət görülür.
Duz mübadiləsi pozulan xəstələr üçün də pomidor faydalıdır. Pomidor şirəsi və təzə pomidor avitaminozların müalicəsi və profilaktikasında istifadə edilir.
Pomidor kişi potensiyası üçün faydalıdır. Hələ hindu qəbilələrində potensiyanı artırmaq üçün pomidordan istifadə edilirdi. Pomidorlar həqiqətən də cinsiyyət vəzilərinin fəaliyyətinə müsbət təsir edir. Fransızlar əbəs yerə bu tərəvəzi "la pomme de lamour", yəni sevgi alması adlandırmırlar.
Pomidor xərçəngdən xilas edir. Tibb işçiləri uzun illər təcrübə apararaq əminliklə bildirirlər ki, gündəlik qida rasionuna təzə pomidor əlavə etmək bədxassəli şişlərin yaranma riskini azaldır. Bu isə pomidorun tərkibində olan karotinoid və likopen sayəsində mümkün olur.
Pomidorun ziyanı
Pomidor ziyanlı allergendir. Allergiya pomidorun insan orqanizminə vura biləcəyi ən böyük ziyandır. Qida allergiyasından əziyyət çəkən insanlara pomidor yemək qadağan edilir və ya qida rasionunda pomidoru minimuma qədər azaltmaq məsləhət görülür.
Podaqra və böyrəklərin kəskin xəstəliyindən əziyyət çəkən insanlar da pomidordan imtina etməlidir.
Pomidorlar daşları böyrəklərə tərəf "qovur". Böyrək daşı xəstəliyindən əziyyət çəkənlərə pomidor yemək olmaz.
Pomidor hipertoniyaya səbəb olur. Hipertoniklər, böyrək və ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərə konservləşdirilmiş, marinadlaşdırılmış və şorabaya qoyulmuş pomidor yemək olmaz. Bu ərzaq məhsulları böyrəklərdə və sidik kisəsində daş yaranmasına səbəb olur. Məlum olduğu kimi, bütün şoraba və marinad məhsulları bir çox xəstələrə qadağan edildiyi üçün istənilən insan şorabaya qoyulmuş pomidor qəbul edərkən diqqətli olmalıdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1642   Tarix: 04 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

qadin dunyasi reseptler makiyaj instagram 2026 geyim sizanaqlar elm haqqında aforizmlər süni mayalanma kosmetika hakıştalar arıqla lakonizim sac duzumleri oglaq