Prezervativ

PrezervativPrezervativ rezin materialdan (adətən, lateksdən) hazırlanmış nazik, elastik və keçiriciliyi olmayan kisəcikdir. Cinsi əlaqə zamanı kondom kişi cinsiyyət üzvünə taxılır. Qadının hamilə qalmaması üçün kişilər hər cinsi əlaqə zamanı kondomdan istifadə etməlidirlər. Hər il dünyada təxminən 5 000 000 000 ədəd prezervativ satılır. Onun 100-dən artıq növü var. İstehsal olunan bütün prezervativlərin təxminən 40-70%-ni qadınlar alır.
Prezervativ həm hamiləlikdən, həm də Cinsi Yolla Yoluxan İnfeksiyalardan və HİV/AİDS (SPİD)-dən qoruyan yeganə üsuldur.

Kişi prezervativlərı nə dərəcədə effektivdir?
Əgər hər hansısa cinsi əlaqə zamanı kondomdan istifadə olunarsa, onlar həm hamiləliyin, həm də Cinsi Yolla Yoluxan İnfeksiyaların və HİV (SPİD)-in qarşısının alınmasında yüksək dərəcədə effekivdir. Hər cinsi əlaqə zamanı yeni kondomdan istifadə olunmalıdır. Hətta qorunmamış bir cinsi əlaqə hamiləlik və ya Cinsi Yolla Yoluxan İnfeksiyalar və HİV-ə yoluxma ilə nəticələnə bilər.

Kişi prezervativlərının hansı üstünlükləri var?
* Həm hamiləlikdən, həm də Cinsi Yolla Yoluxan İnfeksiyalardan və HİV-dən qoruyan yeganə üsuldur
* Hamiləlik və infeksiyaların qarşısının alınmasında kişilərin iştirakını təmin edir.
* Apteklərdən asanlıqla almaq mümkündür
* Cinsi həzzi artırır, çünki hamilə qalmaq ehtimalı, Cinsi Yolla Yoluxan İnfeksiyalar və HİV-ə yoluxma təhlükəsi olmur.
* Həkim təyinatı olmadan istifadə edilə bilər

Kişi kondomundan kim istifadə edə bilər?
Bütün cütlüklər prezervativdən istifadə edə bilər. Cinsi Yolla Yoluxan İnfeksiyalar və ya HİV-ə yoluxma ehtimalı yüksək olan kişi və qadınlar üçün prezervativlər ən münasib üsuldur.

Kişi prezervativi necə istifadə edilməlidir?
1. İstifadə etməzdən əvvəl yararlılıq müddətini və istehsal tarixini yoxlayın. prezervativlər istehsal olunduğu gündən etibarən 3 il ərzində istifadə oluna bilər.
2. Prezervativ bağlamasını ehtiyatla açın.
3. Prezervativin ucunu sıxın (havanın xaric olması üçün) və onu qərilmiş kişi cinsiyyət üzvünün ucunda yerləşdirin.
4. Prezervativi kişi cinsiyyət üzvünün əsasına qədər açın.
5. Sperma ifrazından sonra kişi cinsiyyət üzvü yumşalmazdan əvvəl prezervativi onun əsasında sıxın və penisi uşaqlıq yolundan çıxarın. Bunu ehtiyatla edin ki, sperma uşaqlıq yoluna sızmasın.
6. İstifadə olunmuş prezervativi düyünləyin və zibil qutusuna atın.

Prezervativin sürüşkənliyini artırmaq üçün bitki yağı, uşaq kremləri, vazelin və ya dəri losyonlarından istifadə etməyin. Onlar kondomun asanlıqla zədələnməsinə səbəb ola bilər.

Prezervativdən istifadə zamanı əlavə təsirlər müşahidə oluna bilərmi?
Xeyr. Lakin nadir hallarda lateksə qarşı allergiya müşahidə oluna bilər.

Prezervativlərın çox vaxt keyfiyyətsiz olması və tez-tez cırılması düzdürmü?
Xeyr, bu səhv fikirdir. Düzdür, istifadəçiləri çox vaxt kondomun cırılması narahat edir. Lakin, düzgün istifadə olunduqda prezervativ nadir hallarda cırılır.

Kişi prezervativlərı cinsi əlaqə zamanı cinsi həzzi azaldırmı?
Bəzi adamlar qeyd edir ki, prezervativlər cinsi həzzi azaldır. Bir çoxları üçün isə əksinə, prezervativlər cinsi həzzi artırır. Çünki, kişilərin cinsi əlaqəni yarımçıq dayandırmağa ehtiyac olmur. Həmçinin, hamilə qalmaq və ya Cinsi Yolla Yoluxan İnfeksiyalara və HİV-ə yoluxmaqla bağlı narahatlıqlar yaranmır.

Prezervativi necə almalı?
Bir çox ölkələrdə normal qəbul olunan prezervativlər bəzi müsəlman ölkələrində hələ də tam qəbul edilməmiş qalır, əsasən də müsəlman ölkələrində aptekdən prezervativ almaq olduqca çətin bir iş sayılır hələ bir də satıcı xanım alıcı isə kişi olsa bu iş olduqca çətinləşir. ABŞ-da fəaliyyət göstərən preservative.com saytı əsasən prezervativ alarkən ən çox istifadə olunan bəhanə və yalanları araşdırmışdır.
Satıcıya bir dostuma alıram demək
Prezervativ aldığı bəlli olmasın deyə onunla bərabər başqa lazımsız şeylər də almaq
Alarkən prezervativ sözünü başqa sözlə əvəz etmək bu zaman satıcı sizi başa düşməsə daha gülünc vəziyyətə düşərsiniz.
Ən çox istifadə edilən üsul isə kişi satıcısı və kənar bir yerdə olan aptek axtarmaqdır.

Maraqlı fakt:

Rusiya mətbuatına istinadən qeyd etmək olar ki, çinli kişilərin 70%-i "təhlüksiz seks" anlayışını qəbul etmir. İkinci yerdə çexlər (58%), üçüncü pillədə isə britaniyalılar (34%) gəlir.
Seks zamanı təhlükəsizliyinin qeydinə ən çox qalanlar isə fransızlardır. Fransada kişilərin cəmi 9%-i prezervativdən istifadəyə "dırnaqarası" baxır.

Ailə və Uşaq     Baxılıb: 6047   Tarix: 09 dekabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Qadınları orqazma çatdıran 7 seks pozası

Seks həyatına bir az rəng qatmaq və daha çox həzzli hala gətirmək üçün hal-hazırda tətbiq olunan mövqeləri bir az modifikasiya etmək lazımdır. Budur, qadınların orqazma çatmalarını asanlaşdıran 7 seks pozası… Ən sadə sevişm

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

Ana südü - dağ çiçəyi

Ana südünün tərkibinə və faydalarına olan marağım qədim Azərbaycanda ana südünə verilən önəm və  adətləri araşdırmağa sövq etdi. Çоx qədimdən ana südü uşağın bəslənməsində əsas vasitə hеsab еdilmişdir. İslam dinində uşağı

.

Arzuolunmaz hamiləlik

Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Lakin hamiləlik bəzi hallarda müxtəlif səbəblərdən asılı olaraq arzu olunmayan ola bilər və bu vəziyyətdə nə etməli olduğunuzu bilmirsinizsə, bu mövzudan yararlan

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Azərbaycan toylarında yengə nə üçün lazımdır?

Azərbaycanda toy mərasimləri həmişə özünəməxsus adət-ənənələrilə diqqət çəkib. Bizim toyların bir özünəməxsus tərəfi də yengəlikdir. Əvvəllər yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər

.

Övladlarınızı ANA SÜDÜndən məhrum etməyin

Körpələrin təbiətin onlara bəxş etdiyi ən qiymətli qida olan ana südü ilə qidalandırılmasının çox önəmli olduğu sübut edilmişdir. Ana südünün əsas xüsusiyyətlərindən biri uşağın yaşından və vəziyyətindən asılı olaraq dəyişilməsidir:

.

Mükəmməl seks üçün yataqdakı QAYDALAR

Qüsursuz və ideal seks üçün yataqda riayət etməli olduğunuz qaydaları bilirsinizmi?. 1. Gigiyena. Qadını məmnun etmək üçün aşağıdakıları tətbiq etmək lazımdır:. - Düzgün şəkildə yuyunmaq lazımdır ki, heç bir yerindən iy gəlməsin

turlar.az

geyim seçimi toy makiyaji sekilleri yemek reseptleri hakista münasibətlər heyvanlar seks hekayələri 2026 kosmetika zehmet ve zinet haxisdalar qaynana mekteb sirniyatlar