Professor beyin üçün ən zərərli məhsulları açıqladı

Professor beyin üçün ən zərərli məhsulları açıqladıBeyin Sağlamlığı ilə bağlı problemlər bədənin balansında problemlər yarada bilər. Pis vərdişlər və ya gündəlik həyatda istifadə edilən qidalar beynimizə birbaşa təsir edir.
Milli.Az xəbər verir ki, professor Ersa Sağlam beyin sağlamlığına təsir edən faydalı və zərərli qidalardan danışıb. Xərçəngin müalicəsində düzgün qidalanmanın əhəmiyyətinə toxunan professor tərkibində qatqı və kimyəvi məhsullar olan bütün konservləşdirilmiş vasitələrdən imtina etməyi məsləhət görüb.
"Prostat xərçəngi yüksək protein qəbul edən, sosiska və kolbasa yeyən kök insanların xəstəliyidir. Ağciyər xərçəngi isə əksinə, nisbətən arıq insanlara xas olur. Xəstəliyə maddi baxımdan zəif təmin olunan ailələrdə daha çox rast gəlinir.
Yumurta düzgün şəraitdə istehsal olunarsa, istehlak edilə bilər. Şübhəsiz ki, eyni qayda toyuğa da aiddir. Yarı sintetik şəkildə istehsal edildikdə heç bir faydası olmur.
Un məmulatlarının isə yeyilməməsi tövsiyə olunur. Şəkər demək olar ki, həyatımızdan çıxarılmalı olan qidalardan biridir. Düzgün miqdarda bal, meyvə və ya doşab qəbul etmək faydalıdır və onların tərkibindəki şəkər bədənə zərər vermir. Odur ki, şəkərdən tamamilə imtina mübahisəlidir. Səhər yeməyində bal yesəniz, problem olmaz, ancaq 1 qaşıqdan artıq qəbul zərərli ola bilər.
Ağ çörək vücudun pH səviyyəsini aşağı salır, vücudu turşu halına gətirir. Məlum olduğu kimi, bədənin pH səviyyəsi bir qədər qələvidir. Bu miqdar nə qədər az olarsa, bədən bir o qədər daha tez yağlanır.
Xərçəng xəstəliyindən əziyyət çəkənlərin 90 faizi şəkərdən imtina edir, amma bu, xəstələri müalicə etməyi çətinləşdirir. Şəkərdən tamamilə imtina etmək doğru deyil. Rafinə edilmiş şəkər əvəzinə dondurma, bəhməz, xurma və əncir yeyin".
Daha sonra professor sarıkökün xərçəngin müalicəsində rolundan danışıb:
"Sadəcə sarıköklə hər hansı xəstəliyi nəzarətdə saxlamaq mümkün deyil. Belə bir araşdırma yoxdur. Ancaq mənfi təsiri azalda bilər".
Professor Gökhan Özyigit isə şəkər və xərçəng arasındakı əlaqə haqqında bunları söyləyib:
"Şəkər piylənməyə səbəb olur, piylənmə isə xərçəng yaradır, ancaq xərçəngli hüceyrənin sadəcə şəkərə ehtiyacı yoxdur. Zülal və yağ da var. Odur ki, xüsusilə uşaq rasionunda karbohidratlar, yağ və protein balanslı olmalıdır. Beynin fəaliyyəti qlükoza səviyyəsindən də asılıdır. Lakin qlükoza yalnız qarğıdalının tərkibində deyil. Məlumdur ki, məhsul toxluq hissinin qarşısını alır".
Professorun sözlərinə görə, palma yağları xərçəng riskini artıran digər məhsuldur:
"Elmi araşdırmalar göstərib ki, palma yağları xərçəngin yayılmasını 8-10 qat daha çox artırır. Odur ki, palma yağı və fruktoza əsaslı şəkərlərdən imtina edin. Ümumdünya Səhiyyə Təşkilatı sosiska və kolbasa kimi bütün emal olunmuş məhsulların birinci kateqoriyadakı kanserogen olduğunu açıqlayıb. Bir maddədən davamlı istifadə xərçəng yaradır. Zərərli məhsulların təsirinə məruz qaldıqda immun sisteminin onu təmizləməyə gücü çatmır. Bu, nadir hallarda baş verir və əgər immunitet çox sağlamdırsa. Odur ki, belə məhsullardan az-az istifadə edin. Hər gün istifadə edildiyi zaman xərçəng riski 18 faizdən çox artır".
Yeni bir araşdırmanın nəticələri göstərib ki, yağlı və şəkərli məhsullar yalnız dörd gündə yaddaşa, diqqətə və əhvala zərər verə bilər. Yağ və şəkər düşüncə və yaddaşa mənfi təsir göstərərək koqnitiv sağlamlığı pozur.
Oksford Universitetindəki başqa bir təcrübə göstərib ki, beş gün ərzində yüksək yağlı rasion diqqət və yaddaş funksiyasına zərər verir, eyni zamanda əhval dəyişikliyinə səbəb olur. Həddindən artıq çəki bədənə təsir edir. Bu insanlarda infarkt və şəkərli diabet ehtimalı olduqca yüksəkdir. Ancaq mütəxəssislərin fikrincə, az çəkili insanlar da bundan sığortalanmayıb.
Dietoloq Emre Uzun metalların bədənimizə və xüsusilə beynimizə mənfi təsirlərini belə izah edib:
"Bədənimizin sağlamlığı üçün dəmir, mis və sink lazımdır. Bu metallar sayəsində ürəyin fəaliyyəti yaxşılaşır. Dişlərimiz və sümük quruluşumuz, əzələ funksiyaları, reproduktiv və qan dövran sistemi, hüceyrə inkişafı dəmir, mis və sink kimi mikroelementlər sayəsində yaxşı işləyir. Lakin bu metalların həddindən artıq olması orqanizmə zərərli təsir göstərir, nəticədə beynin inkişafı zəifləyir. Metalları lazım olan miqdarda qəbul etmək əhəmiyyətlidir. Yetkinlik yaşına çatanların gündəlik dəmir ehtiyacı 9 mq-dır".
Beynin funksiyalarını gücləndirən resept
Tərkibi: İspanaq, pazı, pomidor, bibər, çia toxumu, avokado, 1 çay qaşığı zeytun yağı, duz, istiot, doğranmış sarımsaq, limon.
Hazırlanması: Bütün tərəvəzləri yaxşıca yuyun. Doğrayıb bir qaba əlavə edin, üzərinə 1 çay qaşığı zeytun yağı süzün.
Resept 2
Tərkibi: 1 ortaboy soğan, 2 diş sarımsaq, 1 ədəd yerkökü, 2 ortaboy kartof, 2 qırmızı bibər, 1 çay qaşığı zeytun yağı, 1 çimdik nanə-cəfəri qurusu
Hazırlanması: Məhsulları qazana töküb üzərinə su əlavə edin. Bişənə qədər gözləyin. Sonra blenderdən keçirib için. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1613   Tarix: 11 noyabr 2019
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ayaq və əllərdə göbələk varsa, belə edin

Dırnaqdakı göbələk virusundan yəqin ki, çox insan əziyyət çəkib. Bir dəfə bu problemlə qarşılaşmaq onun tez-tez qayıdacağından xəbər verir. -ın məlumatına görə, göbələk virusu yaz və yay aylarında daha da aktivləşir. Onu

.

Bu əməliyyatlar həyat keyfiyyətini dəyişir

"Səhiyyə Nazirliyinin dəstəyi ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu nəzdində yaradılan yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının əsas fəaliyyət istiqaməti ilk növbəd

.

Detoks pəhrizləri ilə bağlı 6 böyük mif açıqlandı

Sosial mediada sürətlə yayılan detoks pəhrizləri ilə bağlı yanlış təsəvvürləri araşdırılıb. xəbər verir ki, BBC-nin Qida üzrə yazarı və diyetoloqu Tai İbitoye bu barədə faydalı açıqlamalar verib. Belə ki, o, karbohidratla

.

Hər gün yediyimiz "zəhər": Şirin ləzzətin qaranlıq tərəfləri

Gündəlik həyatımızın ən sevilən şirniyyatlarından biri olan şokolad haqqında maraqlı və bir qədər də düşündürücü fakt məlum olub. xəbər verir ki, mütəxəssislər bildirirlər ki, şokoladın əsas tərkib hissəsi olan kakao əslind

.

Kartof püresi soyuduqdan sonra qızdırıla bilərmi?

Kartof püresi soyuduqdan sonra düzgün üsulla yenidən qızdırıla və istehlak edilə bilər. Qızdırma zamanı aşağı və ya orta dərəcəli odun seçilməsi pürenin konsistensiyasının qorunmasına kömək edir. Ehtiyac yaranarsa, az miqdard

.

Hər gün saçını yuyanlara pis xəbər: Mütəxəssislər xəbərdarlıq edir

Son zamanlar mütəxəssislər saç baxımı ilə bağlı geniş yayılmış vərdişlərdən biri - saçın hər gün yuyulmasının zərərli ola biləcəyi barədə xəbərdarlıq edirlər. xəbər verir ki, dermatoloqların sözlərinə görə, saçın gündəli

.

Yuxusuzluğun əsl səbəbi bu imiş: Çoxlarının gözdən qaçırdığı DETAL

Müasir dövrün ən kəskin problemlərindən biri də yuxusuzluq, yəni elmi adı ilə desək, insomniadır. Həm daxili, həm də xarici faktorların təsiri nəticəsində bu problemin əsl səbəbini tapmaq bəzən xeyli çətinləşir. xəbər veri

.

Ətirli tualet kağızı istifadə edənlərə xəbərdarlıq

Mütəxəssislər ətirli tualet kağızlarındakı kimyəvi komponentlərin ciddi allergik reaksiyalara və dəri yanmalarına səbəb olduğu barədə xəbərdarlıq ediblər. .  xəbər verir ki, gündəlik gigiyena məhsulları arasında yer ala

.

Çinlilər oyanandan sonra bunu edirlər

Çində geniş yayılmış sadə bir səhər vərdişi son vaxtlar digər ölkələrdə də maraq doğurur. xəbər verir ki, bir çox çinli günə çox sadə bir addımla başlayır. Oyandıqdan dərhal sonra bir stəkan ilıq su içir. Suyun temperatur

turlar.az

donlar 2026 yemek reseptleri yay kolleksiyasi qadın sinəsi mexmerek ataya aid atalar sozleri şaftalının xeyri kosmetika sağlıq atalar sözləri haxisdalar qızlıq pərdəsi uşaq nece olur