Professor koronavirus haqqında BİLMƏDİYİMİZ FAKTLARI AÇDI - Karantinlər onu məhv etməyəcək

Professor koronavirus haqqında BİLMƏDİYİMİZ FAKTLARI AÇDI - Karantinlər onu məhv etməyəcəkSankt-Peterburq Dövlət Universitetinin professoru Aleksey Potexin COVID-19 pandemiyası ilə bağlı fikirlərini bildirib.
Publika.az Rusiya mətbuatına istinadən professorun fikirlərini təqdim edir:
1) Koronavirus kəskin respirator virus infeksiyalarının ümumi spektrində təmsil olunan ailənin nümayəndələrindən biridir. Bu, vəba deyil. Suçiçəyi və qızılca xəstəliyi də deyil. Bu, hətta 2002-ci ildə atipik pnevmoniya ilə nəticələnən və daha sərt olan koronavirus deyil. COVID-19 öldürür, ancaq orta dərəcədə. Dünyada hər gün vərəmdən və malyariyadan nə qədər insan ölür. Sadəcə, biz bu rəqəmləri onlayn izləmirdik.
2) Virus təəssüf ki, olduqca yoluxucudur. Qripdən daha çox, lakin məxmərək və ya suçiçəyindənsə daha az yoluxucudur, qızılca barədə isə danışmamaq lazımdır. İndiki vəziyyətdə yoluxanların və ölənlərin sayının artması bizə təsir edir. Xəstəlikdən ölənlərin sayı hər gün artır. Bir neçə həftədən sonra vəziyyət açıq şəkildə pisləşəcək, digər ölkələrdə olduğu kimi. Ancaq yenə də son 50 il istisna olmaqla bəşəriyyətin tarix boyu yaşadığı epidemiyalardan çox uzaq olacaq. Və demək olar ki, heç kim bu epidemiyaların standartlarına görə ölməyəcək. Odur ki, vahiməni bir kənara qoyun!
3) Virus bir ölkədən çıxdı və dünyaya yayıldı. Bu, qaçılmaz idi. Yeri gəlmişkən, "pandemiya" sözündən qorxmaq lazım deyil - bu, yalnız yoluxma hallarının dünyanın əksər ölkələrində aşkar edildiyini və bəşəriyyətin yox olma təhlükəsi ilə üz-üzə qalmadığını göstərir. Ancaq ölkələr yaxın aylarda Çinin yolunu təkrarlamasa, o zaman yoluxma halları çoxalacaq. Hər bir ölkənin əhalisinin az bir hissəsinə təsir edəcək. Karantinlər Çindəki analoji vəziyyətin təkrarlanmamasına hesablanıb. Çinin gördüyü təhlükəsizlik tədbirləri Avropa və dünyanın digər ölkələri tərəfindən həyata keçirilir. Onların əsas məqsədi kütləvi yayılma zamanı (İtaliya) xəstəxanalara düşən yükü azaltmaq, infeksiyanın tədricən yayılmasını təmin etməkdir.
4) Koronavirusun ölüm göstəriciləri reallığı əks etdirir. Eyni zamanda, yoluxanların ümumi sayının göstəriciləri əlbəttə ki, çox qiymətləndirilmir, çünki insanların böyük hissəsi asimptomatik xüsusiyyətlərə malikdir və onlar hələ tam müəyyənləşdirilməyib. İndi bir çox hal aşkarlanmır, baxmayaraq ki, izlənilir. Yoluxanların sayı nə qədər çox qiymətləndirilmirsə, əslində ölüm faizi də o qədər azalır.
5) Bu virusun insan əli ilə əlaqəsi yoxdur və heç bir laboratoriyadan "qaçmayıb". İnsanlar çaxnaşma yaşadıqları zaman dünyadakı laboratoriyalar SARS-CoV-2 haqqında artıq çox şeyi bilirdi. Əslində hər şey Çinin Uhan əyalətində kiminsə yarasa yeməsi ilə başladı. Vəhşi heyvanların satıldığı bazarda heç bir gigiyena şərtlərinə əməl olunmadığı bildirildi. Orada virusun yayılması üçün mükəmməl mühit yetişmişdi. Yeni sahibinin bədəninə düşən viruslar ona uyğunlaşmaq üçün istər-istəməz yeni xüsusiyyətlərə yiyələnəcək və daha aqressiv davranacaqlar. Yeri gəlmişkən, bu, Çin bazarlarında mənşəyi axtarılan ilk virus deyil. Əslində bəlkə də bəxtimiz gətirdi ki, koronavirusun çox güclü olmadığı ortaya çıxdı.
6) Yeni tip koronavirus heç vaxt yox olmayacaq. Karantinlər onu məhv etməyəcək. Buna qarşı heç bir dərman yoxdur, çünki əksər viruslara qarşı tibbi tövsiyələr dəstəkləyici terapiyadır. Peyvənd tapılacaq, ancaq ilin sonuna qədər kütləvi şəkildə tətbiq olunmayacaq, hər hansı peyvəndin sınaq müddəti azaldıla bilməz. Odur ki, dünya əhalisinin əksəriyyəti bu virusdan xəstələnməyə məhkumdur. Və bu vacibdir, çünki kollektiv immunitet yoluxucu xəstəliklər üçün ən yaxşı müalicə üsuludur (nə qədər çox insan xəstələnirsə və immunitet qazanırsa, xəstəliyin daha az yeni halları meydana çıxacaq, yavaş-yavaş arxa plana keçəcək). Təkrar infeksiya şayiələrinə inanmayın. Koronavirusda immunitet etibarlı şəkildə inkişaf etdirilməlidir.
7) COVID-19 qrip virusuna bənzəmir. Odur ki, illər və onilliklər ərzində insanlığı karantinlərdə, müdafiə vəziyyətində saxlamayacaq. Koronavirusda qripə xas olan yüksək dəyişkənliyi təmin edən xüsusiyyətlər və mexanizmlər yoxdur. Çox güman ki, bu cür infeksiyalar nə qədər insana yoluxsa, simptomları bir o qədər yumşalacaq. Yeni formalar nadir hallarda görünəcək və ilk infeksiyadan sonra meydana gələn immun maneəni effektiv şəkildə aşa bilməyəcək. Ancaq fikrimcə, mövcud epidemiya vəziyyəti təxminən yarım il uzana bilər. Tədricən virus həyatın bir hissəsinə çevriləcək, çoxları xəstələnəcək və bəşəriyyət normala dönməyə başlayacaq.
8) Xoşbəxtlikdən, uşaqların çoxu virusu asimptomatik keçirir. İnfeksiyaya məruz qalan sağlam yetkinlərin çoxu xəstəliyi ayaqüstə, bəziləri yüksək hərarət, bəziləri də qrip kimi keçirəcək. Xəstəxanaların göstəricilərinə görə, həyati təhlükəsi olanların sayı azdır. Onlardan yüzdə birinin ölmək şansı var. Qripdən qorxulu deyil, ən xoşagəlməz və təhlükəli ağırlaşmalarından biri də sətəlcəmdir. Hər kəsin yəqin ki, artıq başa düşdüyü kimi, yüksək risk qrupu 75 yaşdan yuxarı insanlardır, xüsusilə də hər hansı xroniki xəstəlikləri varsa. Burada ölüm təhlükəsi mövcud statistikaya görə beş-altı xəstəni təhdid edir.
9) Koronavirus da çox təhlükəli bir şey kimi qəbul edilməməlidir. O zəifləmiş immuniteti olan insanları və xroniki xəstəliyi olan yaşlıları (hər hansı yoluxucu xəstəlik kimi) öldürür. Onların COVID-19 qurbanı olmaması üçün vaxtında uyğunlaşdırılmış xəstəxanaya yerləşdirilməlidirlər.
10) Odur ki, karantin tədbirləri düzgün qərardır. Axşam əyləncə məkanına getmək və ya qeyri-ixtiyari olaraq virusun ötürülməsi zəncirində hətta tanımadığımız yaşlı bir insanın ölümü arasında seçim etmək lazım gələrsə, yəqin ki, əyləncədən müvəqqəti imtina edərsiniz. Əgər cansıxıcılığın qiyməti yaşlı insanların həyatı ilə ölçülürsə, hamı evdən çıxmamağa hazırdır. Eyni zamanda, özünü təcrid etməyi aktivliyin kəskin şəkildə azalması ilə qarışdırmaq olmaz. Bu virus həyatı iflic etməyə imkan verəcək qədər dəhşətli deyil. İllik ərzaq tədarükünü görmək üçün heç bir səbəb yoxdur, mağazalar bağlanmayacaq, siz isə uzun müddət köhnəlmiş makaron yeyəcəksiniz. Küçəyə çıxmaqdan qorxmaq lazım deyil. Ümumiyyətlə bu infeksiyaya məruz qalmaqdan qorxmaq lazım deyil! Həyatınızda heç vaxt qrip olmamısınız, ya da heç vaxt hərarətiniz olmayıb? Nənə və babalarınız üçün qorxmaq lazımdır, onların indi evdən daha az çıxıb digər insanlarla ünsiyyət qurması məqsədəuyğundur. Həm də mədəni fəaliyyət üçün başqa yerlərə aparmayın. Bu, onları sevindirməyəcək, eyni zamanda yaxın gələcəkdə uşaq və nəvələri ilə daha az görüşməli olacaqlar. Çünki bilmədən onlara təhlükəli infeksiya gətirə bilərlər. Bunu yaşlı qohumlarınıza və dostlarınıza izah edin. Onsuz da virusa yoluxacaqlar, amma bir anda yoluxmaq vəziyyəti pisləşdirə bilər.
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 1506   Tarix: 23 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

turlar.az

kosmetik vasiteler kosmetoloq gözəllik məhsulları ciy kartofun faydasi sızanaqlara qarşı qadın geyimi həsrət şəkilləri kosmetika efsaneler oyunlar penis kondom bayati