Professordan CİDDİ ÇAĞIRIŞ - Bu, ümumi prosesə ziyan vurmaq və karantin qaydalarını kobud şəkildə pozmaq deməkdir

Professordan CİDDİ ÇAĞIRIŞ - Bu, ümumi prosesə ziyan vurmaq və karantin qaydalarını kobud şəkildə pozmaq deməkdir"COVID-19 pandemiyasının hələ məhdudlaşdırılmadığı, yoluxma hallarının yüksək olduğu bir vaxtda aksiyaların keçirilməsi, minlərlə insanın bu aksiyalara qoşulması virusun daha geniş yayılması və insanların həyatını təhlükə qarşısına qoyması üçün əlverişli şərait yaradır".
Publika.az xəbər verir ki, bu sözləri professor Adil Qeybulla dünən Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən aksiya barədə danışarkən deyib. O bildirib ki, pandemiyanın davam etdiyi bir vaxtda vətəndaşların kütləvi şəkildə həlak olmuş hərbçilərimizin yaşadığı ünvanlara toplaşması və onların yaxınlarını ziyarət etməsi, dəfn mərasimlərində müşahidə olunan kütləvilik virusun yayılma sürətini daha da artıracaq:
"Karantin ayın 20-də bitəcək. Karantin müddəti başa çatdıqdan sonra insanlar bu cür davranacaqlarsa, həyata keçirilən tədbirlər öz effektivliyini itirəcək. Əlbəttə ki, xalqımızın vətənpərvərlik çağırışlarını başa düşürəm, lakin dünənki aksiyada insanların heç bir qaydalara əməl etməməsi məni çox təəssüfləndirdi. Vətənpərvərlik hisslərinin fonunda yürüşə çıxmaq qürurvericidir, digər tərəfdən unutmamalıyıq ki, karantin qaydalarının pozulması yoluxmanın artmasına səbəb olur. Bu cür yoluxma artdıqca itkilərimiz də çox ola bilər. Odur ki, diqqətli olmaq lazımdır.
Karantin tədbirləri yumşaldıqdan sonra insanlar daha da ehtiyatlı davranmalıdır. Çünki proses alovlanmaqda davam edir, pandemiyanın acı nəticələri bitməyib.
Etiraz bildirmək vacibdir, bu, Qarabağ uğrunda gedən proseslərə diqqətdir. Amma kütləvi hal alması, Milli Məclisə daxil olaraq müxtəlif təxribatların həyata keçirilməsi yolverilməzdir. Bu, bir tərəfdən milli birliyi gözdən salmaq, digər tərəfdən ümumi prosesə ziyan vurmaq və karantin qaydalarını kobud şəkildə pozmaq deməkdir. İnsanların kütləvi şəkildə dəfn mərasimlərində iştirakı, həmin yerlərdə hərbçilər və zabitlərlə sıx təmasları Ordu üçün də ciddi təhlükə yaradır. Bütün bunlara yol verməmək üçün insanlarımız kütləvi aksiyalardan, ziyarətlərdən, dəfn mərasimlərində iştirakdan çəkinməlidir".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 1879   Tarix: 15 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

turlar.az

qis geyimləri 2026 toy gecesi toy makiyaji sekilleri maskaların hazırlanması dirnaq berkiden maskalar aybaşının gecikməsi səbəbləri viruslar kosmetika suni mayalanma öpüşme eqreb gozde olar vusale elizade