Professordan Hindistan ştammına dair QORXUNC PROQNOZ - Bizi nə gözləyir?

Professordan Hindistan ştammına dair QORXUNC PROQNOZ - Bizi nə gözləyir?Qardaş Türkiyədə artıq 5 nəfərdə koronavirusun Hindistan ştammı aşkar olunub. Hindistanda ağır nəticələrə səbəb olan ştammın digər ölkərədə yayılması ciddi təşviş yaradıb. Cüt mutasiyalı Hindistan variantının COVID-19 peyvəndi olanlara və infeksiyanı keçirənlərə də təsir etməsi barəsində məlumatlar var. İddia olunur ki, vaksindən və yoluxmadan sonra orqanizmdə yaranmış antikorlar Hindistan ştammı qarşısında müdafiəsizdir.
Milli.Az xəbər verir ki, türkiyəli infeksionist, professor Zafer Kurugöl Hindistan variantının digərlərindən fərqli olaraq ikiqat mutasiyaya sahib olduğunu bildirib. Həkimin sözlərinə görə, Hindistanda meydana mutasiyanın nə qədər təhlükəli olması barədə hələ dəqiq bir fikir söyləmək mümkün deyil:
"Hindistan ştammının vaksin olunan və virusa yoluxub sağalan insanlara mənfi təsir edəcəyindən çox narahatıq. Şəxs vaksin olunmasına və xəstəliyi keçirtməsinə baxmayaraq, yaranmış antikorların qoruyuculuğu effektivliyini itirə bilər. Qorxuruq ki, bu insanlar təkrar infeksiyaya yoluxa və ya hind ştammına qarşı müqavimət yaranmaya bilər. Hər halda bu şübhələrin nə dərəcədə həqiqətə uyğun olduğu bəlli deyil, qiymətləndirmələr davam edir. Ümid edirəm ki, zənn edildiyi kimi olmaz, amma olmaq ehtimalı var. Çünki Hindistanda çox sürətlə yayıldığını və ağır nəticələrə səbəb olduğunu gördük. İnfeksiyanı təkrar keçirənlər də var. Odur ki, vəziyyət gərgindir".
Professor bildirib ki, vaksinasiya işləri sürətləndirilməzsə, yeni mutasiyalar ortaya çıxmağa davam edəcək:
"Mutasiyaya uğramaq virusun lehinə işləyir. Mutasiyaya uğramaqla virus özünü peyvəndə qarşı qoruyur, bəzilərinin müdafiəsini gücləndirir. Təəssüf ki, peyvəndlərin Hindistan ştammına qarşı effektsiz olma riski var. İngiltərədə, Cənubi Afrikada, Kaliforniyada da virusun yeni ştammları meydana gəlmişdi, amma bu, ilk murtasiyalarla müqayisədə daha qorxuludur. İngiltərə ştammı çox sürətli yayılan variant idi, amma həm vaksin, həm də xəstəliyi keçirənlər üçün hər hansı risk faktoru mövcud deyildi. Hindistan ştammının isə daha ciddi fəsadlara səbəb olacağı proqnozlaşdırılır.
Kifayət qədər peyvəndlənmə aparılmazsa və kütləvi immunitet təmin edilməzsə, infeksiya yoluxmağa davam edəcək və yeni variantlar ortaya çıxaraq peyvəndlərin daha az təsirli olmasına səbəb olacaq".
Türkiyədəki qapanmalardan söz açan həkim bildirib ki, bu, yoluxma və ölüm sayını azaldacaq:
"17 gün sonra vəziyyəti yenidən dəyərləndirmək lazımdır. Yoluxma sayında istənilən nəticə əldə olunarsa, testlərdə pozitivlik səviyyəsi aşağı düşərsə, o zaman sərt qapanmalar yumşaldıla bilər. Qapanmalar Hindistan variantı kimi, digər mutasiyaların da qarşısının alınmasında effektiv olacaq. Dövlətin yerinə yetirməli olduğu tək iş vaksinasiyanın sürətləndirilməsidir. Hər kəs çox fədakarlıq göstərir. İstər iqtisadi, istərsə də psixoloji baxımdan 84 milyon insan əziyyət çəkir. Ölkə vaksin tədarükü mövzusunda da əlindən gələnir edir. Amma vaksin ehtiyatı barədə problemlər var.
Qapanma ilə birlikdə vaksinasiya işləri sürətlənərsə, İsrail kimi nailiyyət eldə edərik. Turizm mövsümünü də xilas edə bilərik, amma bunun üçün tələsməliyik. 17 günlük qapanma yetməyə bilər, uzadılmasının lazım olduğunu düşünürəm. Bəzi müəssisələrin fəaliyyəti davam edə bilər, amma hər yeri birdən açsaq, nəticələri ağır olar". (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1281   Tarix: 30 aprel 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

kosmetika mehsullari qaşların formalari yaz geyimleri 2026 intim pozalar otaq dizayni sağlamlıq xəbərləri saç hörükləri kosmetika burcler haqqinda qiz evi paxlava şebnem tovuzlu qiz evi haxista