Prostatit

ProstatitProstat vəzi haqda ilk məlumatlar 350 il b.e.ə. Herofil tərəfindən verilmişdir. Uzun müddət mütəxəssislərin diqqətindən yayınan prostat vəzi XVII əsrdə həkim Nikolay Massa tərəfindən yenidən öyrənildi və ilk dəfə prostat vəzinin iltihabı haqda məlumatlar yayıldı. Lakin xəstəliklə bağlı sükut XX əsrin əvvəllərinə kimi davam etdi.

Vəz haqqında. Prostat vəzi çanaq diafraqması ilə sidik kisəsinin arasında yerləşir. Sekretor orqandır. Ölçüləri, forması və konsistensiyası dəyişkəndir.

Təsnifatı. Prostat vəzinin iltihabı prostatit adlanır. Prostatitlər yaranma səbəblərinə görə – infeksion və kongestiv (durğunluq) olur.

Xəstəliyin inkişafına görə isə hemotogen, iltihabi, limfogen, allergik, maddələr mübadiləsinin pozulması, mexaniki və kimyəvi prostatitlər ayrıd edilir. Klinik-anatomik cəhətdən kəskin və xroniki olur.

Prostatitlər kişilərə məxsus uraloji xəstəlikdir. Bu xəstəliklə qarşılaşdıqda müxtəlif suallar yaranır: son cinsi əlaqələr, keçirilən xəstəliklər, onları narahat edən xoşagəlməz simptomlar. Bu simptomların soyuqdəymə əlaməti olduğu düşünülür, lakin hər hansı infeksiyaya yoluxma ehtimal edilmir. Amma kifayət qədər, sidik kisəsindən, sidik axarlarından, düz bağırsaqdan, limfatik damarlardan və.s. orqan və toxumalardan müxtəlif infeksiyalara yoluxma ehtimalı var. Yoluxmuş infeksiya əlverişli şərait yarananadək "lal" qala bilər. Soyuqlama, oturaq həyat, hiperseksual aktivlik, müxtəlif uroloji və zöhrəvi xəstəliklər, immunitetin zəifləməsi prostatitin inkişafına zəmin yaradır. İlk öncə bu patologiya ilə qarşılaşan kişi həkimə müraciət etməlidir.

Klinik gedişinə görə xroniki və kəskin prostatitlər müəyyən edilir.

Kəskin prostatit – hərarətin yüksəlməsi, aralıq və qasıq nahiyələrində ağrı, sidik ifrazı və defekasiya zamanı ağrı və.s. simptomlar müşahidə olunur.

Müalicə olmayan prostatit ocaqlı iltihabi ağırlaşmalar verə bilər.

Xroniki prostatit zamanı – vəziyyət daha ağır olur. Əlamətlərin gizli getməsi həkimə müraciət etməni gecikdirir. Defekasiya və sidik ifrazından sonra cinsiyyət orqanından ifrazatın gəlməsi xəstəliyin əsas əlamətlərindəndir.

Prostatit və sonsuzluq. Prostatit müalicə olunmadıqda bütün xəstəliklər kimi digər orqan və toxumalara yayılaraq vəziyyəti ağırlaşdırır. Vezikulit (toxum kisəciklərinin iltihabı). Epidimoorxit – xayaların iltihabı və.s. xəstəliklər belə fəsadlardandır. Uzun zaman müalicə olunmayan prostatit nəticəsində spermatozoidlərin göstəricilərinin pozulması sonsuzluğa səbəb olur. Sonsuzluq problemi ilə mütəxəssislərə müraciət edən xəstələrin 5-12%-də xroniki urogenital infeksiyalar nəticəsində inkişaf edən prostatitlər aşkarlanır.

Diaqnostikası. Xarakter şikayətlərə əsasən prostat vəzinin müayinəsindən, prostat ekskretinin laborator analizindən, bəzən isə ultrasəs müayinəsindən ibarət kompleks prosedurlarla həyata keçirilir. Klinikamızda xəstəliyin müayinəsi və müalicəsi ilə məşğul olan yüksək ixtisaslı həkimlər çalışır. Müraciət edən şəxslərə tam tibbi xidmət təklif olunur.

Sağlamlıq     Baxılıb: 3023   Tarix: 23 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

turlar.az

kosmetoloq geyim dəbləri yay geyimləri 2026 qadın sonsuzluğu ana haqqinda atalar sozleri goyemin faydasi qadinlarin seksi kosmetika şəhid haxisda rus dilini oyrenek 2ci ders şirin qoğal bayati