Pryanik tortu+RESEPT

Pryanik tortu+RESEPTTərkibi:

600 q şokoladlı pryanik

600 q 20-30%-li xama

100 q şəkər pudrası

2 banan

qoz

kokos yonqarı

şokolad

Pryanikləri uzununa iki yerə bölün. Bananları fal-fal doğrayın. Xamanı şəkər pudrası ilə qarışdırın. Qozu bıçaqla doğrayın (çox xırda olmasın).

Dərin yumru qabın içinə qida plyonkası çəkin, qıraqları sallansın.

Pryanik parçalarını xamaya batırıb qabın dibinə yığın. Aralarındakı boşluqları pryanik qırıqları ilə doldurun.

Üzərinə bir lay banan döşəyin.

Növbəti lay yenə xamaya batırılmış pryaniklərdir.

Yenidən banan döşəyib üzərinə qoz səpin.

Sonuncu lay yenə xamaya batırılmış pryaniklərdir.

Layların sayı çox da ola bilər, hər şey ərzaqdan və formanın ölçüsündən asılıdır.

Başqa meyvə də götürə bilərsiniz. Həmçinin qozu hər layın üzərinə səpə, yaxud ümumiyyətlə qoz işlətməyə bilərsiniz.

Tortu otaq temperaturunda bir neçə saat saxlayın, sonra isə soyuducuda ən azı 3 saat soyudun.

Boşqaba tərs çevirib plyonkanı çıxarın.

Süfrəyə verərkən üzərinə şokoladı sürtgəcdən keçirə, sadəcə kakao səpə, şokoladı əridib çəkə, yaxud da kokos yonqarı ilə bəzəyə bilərsiniz.

Nuş olsun!

Mətbəx     Baxılıb: 6078   Tarix: 06 iyul 2016
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Çox şık, çox məmnun: Kremli toyuq resepti

Kremli toyuq resepti üçün maddələr. Toyuq üçün:. 3. nömrə. toyuq budu. 5. yemək qaşığı. zeytun yağı. 2 -ci. diş. sarımsaq. bir. çay qaşığı. quru kəklikotu. bir. desert qaşığı. limon qabığı. bir. desert qaşığı. duz. bir. ça

.

Badımcan Pizzası

Yəqin ki, badımcanı nə qədər çox sevdiyimi bilirsiniz. Badımcanla klassik dolma, cığırtmadan tutmuş, Çin mətbəxində badımcanın hazırlanması və bir çox başqa reseptlər ilə sizinlə artıq paylaşmışam. Bu gün isə sizə bosta

.

Portağallı Toyuq Balqabağı Tarifi

Portağallı Toyuq Balqabağı Tarifi üçün Tərkibi. toyuq barabanı. limon. Narıncı. diş. sarımsaq. çay qaşığı. duz. bir. çay qaşığı. qara istiot. bir. çay qaşığı. zerdeçal. bir. desert qaşığı. yer qırmızı bibər. Narıncı. təz

.

Mövsümi şorba: Düyü Yoğurt Şorbası Resepti

Pirinç Yoğurt Şorbası Resepti üçün Tərkibi. 2 -ci. litr. Bu. 5-6. yemək qaşığı. düyü. bir. yemək qaşığı (yığma). Şöhrət. bir. nömrə. yumurta. 1.5. su şüşəsi. qatıq. 2 -ci. çay qaşığı. duz. bir. desert qaşığı. quru nanə. Yuxarıdakıla

.

Pomidorlu tart resepti

Tərkibi. 250 qr un. ½ çay qaşığı qabartma tozu. 100 ml günəbaxan yağı. 100 ml ilıq su. 150 qr holland pendiri. 4 ədəd pomidor. ½ xörək qaşığı zeytun yağı. 2 çay qaşığı xardal. 1 çay qaşığı kəklikotu. 1 çay qaşığı duz

.

Badımcan Salatı

Fərqli dadı olan bu salatı hamıya hazırlamağı məsləhət görərdim. Əminəm ki, çox bəyəniləcək. Lazım olan ərzaqlar:. 4-5 ədəd orta boy badımcan. 3 ədəd pomidor. 1-2 ədəd bibər. 250 qr toyuq döş əti. keşniş. şüyüd. bitki yağı

.

Fərqli Dad: Sobada Kartof Dolması

Hər birimizin mətbəxində olan kartofdan bir çox yeməklər hazırlanır. Bəs kartofdan hazırlanan dolma yemisinizmi? Klassik dolmalardan fərqli olaraq asan hazırlanır və dadlı bir yeməkdir. hər kəsin bəyənəcəyi sobada karof dolmasını

.

Tuna balıqlı sendviç

Tərkibi. 50 qr konservləşdirilmiş Tuna balığı. 3 xörək qaşığı mayonez. 1 bibər. 1 soğan. duz. istiot. 1-2 pomidor. dilimlənmiş çörək. holland pendiri. 1 xörək qaşığı limon suyu. Hazirlama qaydasi. Tuna balığını konservdə

.

Mərci mal əti şorbası Scrocchiarella restoran resepti

Tərkibi (1.8 L qazana). Yerkökü - 100 q. Qırmızı soğan - 150 q. Kərəviz - 60 q. Mal əti bonfili - 300 qr. Mərci - 120 q. Təzə bolqar bibəri - 200 q. Zeytun yağı - 50 q. Kərə yağı - 50 q. Pomidor sousu - 400 q. Soyulmuş sarımsa

turlar.az

gelinlikler yaz geyimleri 2026 hamilelikde qidalanma sellulit turşu resepti kivi murebbesi şəxsi inkişaf kosmetika bayatılarımızda vətən həsrəti novruz bayramı haxışta atalar sözü rus dili 2ci ders tut ağacı tutdudu