Psixoloq Dəyanətin intiharı ilə bağlı ŞOK TƏFƏRRÜAT -FOTO - VİDEO

Psixoloq Dəyanətin intiharı ilə bağlı ŞOK TƏFƏRRÜAT -FOTO - VİDEOMərhum psixoloqun anası göz yaşlarına boğularaq oğlundan danışdı.

Enter.News bildirir ki, ARB TV-nin "Yolun sonu" verilişində bu dəfə intihar etmiş mərhum psixoloq Dəyanət Rzayevin həyat hekayəsindən bəhs edilib.

Proqramda mərhumun ailəsi ilə yanaşı, iş yoldaşları da onun barəsində danışıblar.

Şərqiyyə Rzayeva - Anası: "3-cü bacısı anadan olanda həmişə deyirdi ki, mən istəyirdim qardaşım olsun. Elə oldu ki, bu qız oldu. Küsmüşdü, incimişdi bizdən. Xəstəxanaya gələndə, bacısını göstərib dedim ki, Dəyanət bax, baxanda o qədər xoşuna gəldi ki. 18 nömrəli məktəbə gedirdi. Özü 1-ci sinifdə, bacısı isə 2-ci sinifdə oxuyurdu. Bir də gördük ki, Dəyanət qaça-qaça tək gəldi. Atası dedi ki, bacın hanı? Dedi ki, mən tez çıxmışam, görmədim. Dedi ki, bəs necə gəldin sən? Əmisinin həyətdə iti var idi. Dəyanət balaca boyu ilə, gedirdi restorandan ət gətirirdi. Ölüm mənə yaraşardı, ona yox. Mən yaşlı idim, o, cavan. Bu, düz deyil. Deyirdi ki, ana yox, mən cavan gedəcəm. Deyirdi ki, mən bir də evlənsəm, necə baxarsan? Deyirdim ki, normal. Həyatda hər şey ola bilər. Sonunca dəfə üzük üçün gələndə görüşdük. Dedi ki, ana sənə pul lazım deyil? Hər gözümün qabağına gələndə ürəyim az qalır partlasın. Gözləri bağlı, ağzı bağlı".

Mehriban Rzayeva - Bacısı: "Eyni mahnılara qulaq asırdıq. Elə bir şeylər var idi ki, eyni idi bizlər. Halım olmayan da gəlib, qabağımda oynayırdı. Çox şıltaqlıqları var idi. Çox istəyirdi məni, yaxın idik. Həyatda insanlara baxışım dəyişib. Böyük bir boşluq var. Heç nə zamanla düzələn deyil. Çantasında yem var idi pişiklər üçün. Mənə deyirdi ki, maşını saxla pişik gördüm. Ona gedib yem verirdi. İşinə gəlmişdim. Həmişəki kimi liftə qədər ötürüb, öpüb qucaqladı. Son vaxtlar məni daha çox sıxıb, qucaqlayır, öpürdü. Nişanlı idi, istədiyi var idi. Toyu olmalı idi, bu yaxınlarda. 5 gün telefonlara cavab vermirdi. Söndürmüşdü telefonları. Anamla getdik evinə. Açmırdı qapını heç kimə. Axırıncı dəqiqələr də, biz qapını açanda hiss elədim ki, biz onu belə tapacağıq".

Elmir Əkbər - Psixoloq: "10 il bundan qabaq İçərişəhərdə, Qız qalasının yaxınlığında çox yığcam, sadə, bir otaqlı yerdə başlamışdıq fəaliyyətə. Kaş, yenə elə şərait olardı, amma bunlar olmazdı. Sonralar mənə Dəyanətlə vaxt keçirmək çətin gəlirdi. Çünki mən də görürdüm, bu özü də görürdü ki, bu insan bundan sui-istifadə edir. Bunu qəbul etmək çox çətin gəlirdi. Onun mərhəmətindən istifadə edirdilər. Onun ətrafında olan insanların böyük bir qismi yırtıcı təbiətli insanlar idi. Dəyanət özünə pul xərcləmirdi. Dəyanət sevdiyi insanlar, canlılar üçün yaşayırdı. Dəyanət müqəddəs yazılardakı kəlamları deviz kimi götürmüşdü ki, siz himayə götürdüklərinizin qarşısında borclusunuz. O, bilirdi ki, hansı küçənin, hansı tinində kimsəsiz yaşlı qadınlar, kişilər yaşayır, kimin harada, nə problemi var. Evlərə qapı-qapı döyürdü, kimin nə canlısı var idisə, onun yeməyini verirdi. Onun xətrini çox istəyən insanlar onla yavaş-yavaş az-az danışırdı. Özünü əlçatan eləmişdi. Dəyanəti istədikləri an tapa bilərdilər, yalvara bilərdilər. Birdən deyirdi ki, bilirəm yalandan edir, amma nə edim, adam özünü aşağılayır. Çox adamlar onun əlinin altından gəlib-keçmişdilər. Onlar bunu bağışlaya bilmirdilər ki, Dəyanət bilir ki, onlar əslində kimdilər. O qeyri-peşəkarlar, dələduzlar, yırtıcı ruhlu insanlar onlar hamısı onun sənətinin, peşəsinin, insaniyyətinin qabağında baş əymiş insanlar idi".

Xəbərlər     Baxılıb: 1828   Tarix: 13 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Qarğıdalının bilmədiyimiz faydaları

PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngin olan qarğıdalının bir çox faydası var.  həmin faydaları təqdim edir:. 1. Tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsi

.

Döş qəfəsində ağrı, nəfəs darlığı, ürəkdöyünmə simptonu olanlara ciddi XƏBƏRDARLIQ

Ürək və damar xəstəlikləri ən çox ölümə səbəb olan xəstəliklər sırasında birinci yerdədir. xəbər verir ki, ürək xəstəliklərindən danışan türkiyəli həkim Mehmet Ertürk bildirib ki, döş qəfəsinin ortasında hiss olunan, çənəy

.

Kabakın az bilinən möcüzəvi faydası: Bədəndəki ödəmin bir nömrəli düşməni imiş

Müasir dövrün ən böyük problemlərindən olan hərəkətsiz həyat tərzi, balanssız qidalanma və yetərsiz su qəbulu bədəndə ödəm və şişkinliyin yaranmasına səbəb olur. Bir çox insan bu problemi həll etmək üçün süni preparatlar

.

Təbii qarışımla şişkinliyə SON: Yatmazdan əvvəl için

Son vaxtlar sosial mediada sürətlə yayılan "gecə içkisi" trendi Türkiyədə də maraq doğurub. Xüsusilə axşam yeməyindən sonra yaranan şişkinlik və ödemdən qurtulmaq istəyənlər bu təbii qarışığa üz tutur. xəbər veri

.

Göylərdən gələn hədiyyə': Biri 20 manata satılır

Papaya tərkibindəki zəngin minerallar və xüsusi fermentlər sayəsində sadəcə bir qida deyil, həm də müalicəvi vasitə kimi qəbul edilir.  xəbər verir ki, papayanın tərkibindəki ən vacib maddə olan papain fermenti proteinləri

.

Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri

Ürək tutması həyati təhlükə yaradan ən ciddi tibbi hallardan biridir və gecikmiş müdaxilə ölümcül nəticələrə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyətin ilkin əlamətlərini vaxtında tanımaq və dərha

.

Meyvə istehlakının ən sağlam forması hansıdır?

Tədqiqat nəticəsində məlum olub ki, meyvəni maye halında qəbul etmək istəyənlər üçün smuzi ən ideal seçimdir. Bunun səbəbi smoothie hazırlanarkən meyvənin liflərinin qorunub saxlanılmasıdır.  xəbər verir ki, smuzi qrupu bütü

.

Ürək tutması, yoxsa panik atak? - Oxşar əlamətlər, təhlükəli nəticələr

Sinədə qəfil təzyiq, sürətlənən ürək döyüntüsü və nəfəs almaqda çətinlik. Bu əlamətlər bir çox insanda ciddi narahatlıq yaradır və "ürək tutmasıdır, yoxsa panik atak?" sualını gündəmə gətirir. Türkiyə mətbuatın

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

turlar.az

kosmetik vasiteler qadin sayti toy makiyajlari hipertoniya xəstəliyi qoç bürcü arxadan olmaq estetik gözəllik kosmetika həsən bəy zərdabi vətənə aid atalar sözləri seksual vətən zehmet ve zinet