Qadın hamamda sağlam doğduğu qızını qayçıyla öldürdü - FOTO
Doğduğu körpəni qayçıyla öldürən qadın ömürlük həbs cəzası alıb.
Milli.Az xarici mətbuata istinadla bildirir ki, məhkəmə sevgilisindən xəbərsiz hamamda doğduğu körpəni öldürən qadınla bağlı qərar verib.
Qadın körpəsini sevgilisi digər otaqda video oyun oynayarkən qayçıyla qətlə yetirib. Hamamdan çıxdıqdan sonra sevgilisinə "uşağı düşürdüm" deyən qadın onun cəsədini çantaya qoyaraq evdən uzaqlaşdırıb.
Rachel Tunstill (Reyçl Tanstil) adlı qadın Liverpul məhkəməsinin qərarına əsasən ömrününü minimum 17 ilini həbsdə keçirmək şərti ilə azadlıqdan məhrum edilib.
Manchester Evening News yazır ki, Reyçl yeni doğulan qızına bədəninin 14 yerindən qayçıyla xəsarət yetirib.
O, iki gün sonra xəstəxanaya getdikdə həkimlər doğumun normal keçmədiyindən şübhələnərək polisə xəbər veriblər.
Saxlanılan qadının ilkin məhkəmə proseslərində günahsız olduğu ehtimal olunsa da, ötən gün onun yeni doğulan körpəsini vəhşicəsinə öldürdüyü aşkarlanıb.
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir