Qadın həyatını məhv edən hormonal pozğunluq

Qadın həyatını məhv edən hormonal pozğunluqMüasir dövrdə ən çox yayılan xəstəliklərdən biri də hormonal pozğunluqdur. Daha çox qadınlarda aşkarlanan bu xəstəlik həyat tərzini tamamilə dəyişməklə yanaşı, bir çox problemlərin də əsasını qoyur.
Milli.Az xəbər verir ki, hormonlar orqanizmin funksiyasına, çəkinin artmasına, vəzlərin qeyri-normal inkişafına nəzarət edir. Hormon daxili ifrazat vəzilərinin funksiyasıdır. Onun balansının pozulması endokrin sistemin funksiyasını tamamilə məhv edir.
Dünyada hər üç qadından ikisində aşkarlanan hormonal pozğunluq hamilə qalmağa mane olur, hətta sonsuzluğa belə gətirib çıxarır.  Digər tərəfdən isə hormonal pozğunluq görmə qabiliyyətinə də mənfi təsir edib, insanı kor qoya bilər.
Xəstəliyin əmələ gəlmə səbəblərini, ilkin əlamətlərini və ondan qorunmağın yollarını təqdim edir:
Əmələgəlmə səbəbləri:
· Həkim məsləhəti olmadan arıqlama dərmanlarının qəbulu
· Düzgün qidalanmamaq
· "Fast-food" qidalarından çoxlu istifadə
· Soyuqlama
· Oturaq həyat tərzi
· Stress
Hormonal pozğunluq zamanı insanda
· Güclü başağrısı olur
· Təzyiq artır
· Ayaqlar tez-tez ağrıyır, epilepsiya tutmaları olur
· Başgicəllənmələr başlayır
· Susuzluqdan əziyyətçəkmə
· Tez-tez boğaz ağrıları olur
· Zəifləyir
· Anemiya baş verir
· Bədəndə tüklər əmələ gəlir
· Əl və ayaq daim soyuq olur
· Hər şeydən iyrənir
· Tez-tez əsəbiləşir
· Aylıq tsikl pozulur
· Tez-tez depressiyaya düşür
· Süd vəziləri balacalaşır
· Qanaxmalar olur
· Qarın və bud nahiyələrində çəhrayı rəngli, uzun çapıqlar əmələ gəlir
· Kökəlmə baş verir
Özündə bu kimi hallar aşkarladıqda qadın dərhal həkimə müraciət etməlidir. Xəstəliyin müalicəsi gecikdikdə astma, allergiya kimi xəstəliklərin yaranmasına, döş və yumurtalıqlarda xərçəngin əmələ gəlməsinə səbəb olur. Xəstəlik daha da irəlilədikdə dəridə qaşınmalar başlayır. Bu da şəkər xəstəliyinə gətirib çıxarır.
Qadınların qorxulu yuxusu - piylənmə
Hormonal pozğunluğun əmələ gəlməsinə səbəb olan amillər arasında ən geniş yayılanı arıqlamaq üçün satılan dərmanları həkim məsləhəti olmadan qəbul etməkdir. "Artıq çəki"ni Yer üzündə yaşayanların ən böyük problemi adlandırsaq yəqin ki, yanılmarıq. Müasir dövrdə dəbdən düşən köklükdən xilas olmaq üçün bir çox üsullar meydana gəlib: fitnes klublar, şəhəri ağuşuna alan idman zalları, arıqlama mərkəzləri və ən əsası da qeyri-qanuni satılan dərmanlar, otlar.
Qadınlar da  idman etmək əvəzinə daha rahat yolu seçirlər: istədikləri qədər yemək, evdə oturmaq və dərman atıb arıqlamaq. Hələ vay o günə ki, bunun müsbət təsirini görələr. Dərhal dərmandan bir neçə qutu tədarükü də görüb, qəbul miqdarını bir balaca da artırırlar. Amma qadın bunun sonrakı fəsadlarından xəbərsizdir. Bu cür dərmanlar hormonal pozğunluq əmələ gətirir ki, bu da piylənmənin ilk mərhələsidir. İlk növbədə qeyd edək ki, arıqlama dərmanları ya iştahı dayandırır, ya da işlədici funksiya daşıyır. Mədə və bağırsağın funksiyasına müdaxilə etmək zərərlidir. İşlədici xarakter daşıyan həblər orqanizmin qəbul edilən qidadan vitamin, zülal, karbohidrat almasına mane olur. Qadınlar anlamalıdırlar ki, işlədici dərmanlar piyləri əritmir. Dərialtı piylər olduğu kimi qalır. Əgər möcüzəli dərmanla xanım 5-6 kilo atırsa, sonradan 15-16 kilo qazanır.
Tüklənmə
Orqanizmdə hormonal pozğunluğun əmələ gətirdiyi problemlərdən biri də tüklənmədir. Bu zaman qadın orqanizmində az miqdarda olan kişi hormonlarının - testosteronun miqdarı artır. Buna səbəb yumurtalıqlarda hormonların öz fəaliyyətini dəyişməsi olur. Qadında sümük böyüməsi, kobudlaşma halları başlayır. Dəri quruyur, hərarət səbəbsiz yerə 37-37,5 dərəcə artır, tez-tez tərləyir, əllər əsir, saç tökülür.
Əgər hormonal pozğunluq varsa:
· Qaynar çay və kofe qəbulunu azalt
· Çox duzlu yemə
· Üzüm, ərik qurusu, çipsi yemə
· Az şokolad ye
· Çox yağlı yeməklərdən uzaq olmağa çalış
· Spirtli içkidən uzaq ol
· Ədviyyat və istiotlu yeməklər sənə ziyandır (Axşam.az)
Milli.Az

Xəbərlər     Baxılıb: 1233   Tarix: 27 mart 2026
f Paylaş

Oxşar xəbərlər

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

donlar 2026 adlarin menasi hamiləlik praktiki məsləhətlər cəmiyyət qarın yağları qara qaragat kosmetika sağlıq veten seirleri novruza aid hakista haxisdalar mekteb