Qadın niyə həddindən artıq seks istər?

Qadın niyə həddindən artıq seks istər?Qadınlarda niyə həddindən artıq cinsi istək yaranar?

İnsan ictimai həyatı çətinə salacaq cinsi fəaliyyət sıxlığı içindədirsə, bunun səbəblərini araşdırmaq lazımdır.

Nemfomanik ölçü

Həzz alırsınızsa, cinsi istək hiss etməyi mütləq bir problem halına gətirməyin. Çünki onsuz da cinsi istəyin nə qədər "həddindən artıq" olduğunu ölçən bir ölçü cihazı yoxdur.

Ancaq ictimai həyatı çətinə salacaq qədər cinsi istək hiss etmək və cinsi əlaqə yaşamaq, bəzi fizioloji və ya psixoloji narahatlıqların əlaməti ola bilər. Bu mövzuda maraqlananlara psixiatriya mütəxəssisi Dos. Dr. Cem İncesu izahhat verir..

Nemfomaniya nədir?

Bir adamın həddindən artıq cinsi istək duyması və bu həddindən artıq istəyi gündəlik həyatında əks etdirməsi mənasını verər. Xalq arasında, az qala qarşısına çıxan hər kəslə cinsi əlaqə yaşamağı istəmək kimi qəbul edilir. Ancaq belə təyin olunmuş bir psixi xəstəlik, ya da bir cinsi funksiya pozuqluğu yoxdur. Həddindən artıq cinsi istəyi olan qadınlar və ya kişilər vardır və bu da bəzən xüsusi həyatlarında problemlərə səbəb ola bilər.

Qadınlar niyə həddindən artıq cinsi istək duyar?

Həddindən artıq cinsi istəyin dəqiq olaraq təyin olunmuş obyektiv bir meyarı yoxdur. Bir qadının cinsi istəyinin çox olmasının, həyatına mənfi təsir etmədiyi müddətcə çox da böyük bir zərəri yoxdur. Bəzən qadınlarda, ya da kişilərdə ciddi problemlərə yol aça biləcək cinsi fəaliyyət sıxlığı görülə bilir. Bunun psixoloji səbəbləri ola bilər. Məsələn duyğu psixoloji vəziyyət pozuqluğunda (maneə), epilepsiya xəstəliklərində, narkotik istifadəsində, beyin şişlərində və xəstəliklərində, ağır şəxsiyyət pozuqluqlarında həddindən artıq cinsi istək və cinsi fəaliyyət yaranır. Buna görə də ictimai həyatda problemlər görülə bilər.

Qadınlarda həddindən artıq cinsi istəyin səbəbi nədir?

Beyin şişləri, epilepsiya kimi xəstəliklər və narkotik maddə istifadəsində həddindən artıq cinsi istək ola bilir. Bu vəziyyətdə təməl xəstəliyin müalicəsi lazımdır. Cinsi istək beyində yaşanan və tamamilə beynin çıxardığı bir hissdir. Vaginadakı bir vəziyyətdən, cinsiyyət sistemlərindən və ya bədənin hər hansı başqa bir yerindən qaynaqlanmaz.

Həddindən artıq cinsi istək hiss etmək nə vaxt problem olaraq nəzərə alınmalıdır?

Həddindən artıq cinsi istək duyan, bundan həzz alan bir insanın "mütləq bu bir problemdir" deyib həkimə qaçmasına ehtiyac yoxdur, bu son dərəcə təbii bir şeydir. Kimi insan üçün ayda bir-iki dəfə cinsi əlaqə kifayət etsə də, kimi insan üçün gündə iki-üç dəfə əlaqə normal haldır. Həddindən artıqlıq mövzusunda qəti bir norma yoxdur. Hər gün seks istəmək, həddindən artıq cinsi istək mənasını verməz. Tək problem, adamın özünün, ya da partnyorunun bu vəziyyətdən narahat olub olmasıdır.

Ictimai qaydalara qarşı çıxma istəyi nemfomaniyaya səbəb olarmı?

Bunu demək çətindir, ancaq "border line" deyilən bəzi şəxsiyyət pozuqluqlarında, ağır isterik şəxsiyyət pozuqluğunda, antisosyal şəxsiyyət pozuqluğunda, cəmiyyətə qarşı çıxmaq adına deyil, amma şəxsiyyətin bir hissəsi kimi, hirs kimi səbəblərlə həddindən artıq cinsi fəaliyyətdə olma halı baş verə bilər.

Xüsusilə kişilərdə cinsi istəyin həddindən artıq olması, intensiv cinsi fəaliyyəti, çox qadınla birlikdə olması, müvəffəqiyyətin, yaxşı bir kişi olmanın ölçüsüymüş kimi ictimai olaraq mükafatlandırılan bir hal kimi görülür. Bu da kişilərin "kişiliyini sübut etmə" mövzusuna daha çox motivasiya edə bilir. Ancaq bu zamanla yaranır, belə faktorlar səbəbiylə insan bir anda həddindən artıq cinsi istək hiss etməz və dəlicəsinə bir cinsi fəaliyyət içinə girməz.

Qadınlarda həddindən artıq cinsi istək müalicə edilməsi lazım olan bir vəziyyətdirmi?

Əksəriyyətlə deyil. Qadının cinsi istəyi var və bundan həzz alırsa, belə təyin olunmuş bir cinsi funksiya pozuqluğu yoxdur və müalicə olmadığını xatırlatmaq lazımdır. Ancaq çox həddindən artıq cinsi istək və bunun cinsi fəaliyyətə çevrilməsi, bu səbəblə şəxsin həyatında çətinliklərə gətirib çıxarırsa, ictimai problemlər yaşaması, adamın bundan narahatlıq duyması səbəbi ilə müalicə üçün psixoloqa mürəciət edə bilər.

Bu vəziyyətdə həddindən artıq cinsi istəyə səbəb olan fiziki və ya psixoloji bir xəstəlik olub olmadığına baxırıq, diaqnoz qoyulduqdan sonra, belə hal varsa müalicəsini həyata keçiririk. Narkotik istifadəçisidirsə, vərdişin buraxılması lazımdır. Bunun xaricində cinsi müalicə və məsləhət ilə adamın cinsi həyatında bir sıra nizamlamalar edərək, normal bir əlaqənin dəstəklənməsi ilə bu problemin aşılmasını təmin edirik".

Ailə və Uşaq     Baxılıb: 5259   Tarix: 21 iyun 2014
f Paylaş

Oxşar xəbərlər

.

Körpələri xodunoka qoymaq ziyandır – Həkimdən dəhşətli xəbərdarlıq

Uşaqlarda onurğa, bel sümük əzələ problemlərinə, skolioza yol açan səbəblərdən biri də anaların körpəni iməkləməyə başlayan müddətdə "xodunok" deyilən uşaq arabalarına öyrəşdirməsidir. Bu arabada körpənin beli dü

.

Ana südü - dağ çiçəyi

Ana südünün tərkibinə və faydalarına olan marağım qədim Azərbaycanda ana südünə verilən önəm və  adətləri araşdırmağa sövq etdi. Çоx qədimdən ana südü uşağın bəslənməsində əsas vasitə hеsab еdilmişdir. İslam dinində uşağı

.

10 aylıq körpənin inkişafı

10 aylıq körpələrin bir çoxu artıq ilk addımlarını atır. Hər keçən gün, körpə daha ağıllı olur, onu əhatə edən ətraf aləmi daha aktiv öyrənir və artıq ailəyə öz xarakterini göstərməyə başlayır. 10 aylıq uşağın bəzi xüsusiyyətlər

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Ana südü xərçəngin dərmanıdır

Ana südü yeni doğulmuş körpənin qida ilə bağlı bütün tələblərini ödəyən zəngin qida məhsuludur. Aparıcı səhiyyə təşkilatlarının, o cümlədən, Amerika Pediatriya Akademiyası və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən

.

Övladlarınızı ANA SÜDÜndən məhrum etməyin

Körpələrin təbiətin onlara bəxş etdiyi ən qiymətli qida olan ana südü ilə qidalandırılmasının çox önəmli olduğu sübut edilmişdir. Ana südünün əsas xüsusiyyətlərindən biri uşağın yaşından və vəziyyətindən asılı olaraq dəyişilməsidir:

.

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayaq. Uşağın cinsini əvvəldən müəyyən etmək üçün internetdə bir neçə cədvəl var. Bunlardan ən çox yayılanı yüz illərdir istifadə olunan "Çin təqvimi"dir. Bu təqvim ananı

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

turlar.az

gözəllik məhsulları qis geyimləri 2026 toy gecesi dəridə ləklər intim heyat gəncə xəbərləri maraqli hind filmleri kosmetika gözəllik veten seirleri yemek reseptleri şirin qoğal laylalar