Qadın və kişilərin ailədə problem yaradacaq həssas nöqtələri

Qadın və kişilərin ailədə problem yaradacaq həssas nöqtələriBizim ailə həyatımız nənələrimizin və babalarımızın həyatı ilə çox fərqlənir. Biz gərək bu gün həyat yoldaşımızla düzgün rəftar etməyi öyrənək, çünki bu, bir məharətdir və sonradan əldə olunur. Hər bir insanın həssas nöqtəsi vardır ki, əgər ona bassan, qarşı tərəfi narahat edərsən. Bəzilərinin həssas nöqtəsi təhsillə bağlıdır, bəzilərininki geyimi ilə bağlıdır, bəzilərininki isə əqidəsi ilə.Qadınla kişinin həyatı filmə bənzəyir. Əgər siz bir mütəxəssis kimi qadınla kişinin həyatına diqqət etsəniz, onların rəftarı haqqında çox şeylər deyə bilərsiniz.

Ola bilsin ki, sizin həyat yoldaşınız təmizliyə qarşı çox həssasdır. Əgər həyat yoldaşınızın həssas nöqtəsini bilsəniz, ondan uzaq olmağa çalışın ki, həyatınız daha şirin və daha səfalı olsun.

Kişilərin həssas nöqtəsi.

Kişilərin əsasən iki həssas nöqtəsi vardır: biri maddi vəziyyətdir və o birisi isə cismi qüvvəsidir. Əgər siz daima maddi vəziyyətinizdən şikayət etsəniz, köhnə paltarlarınızı ərinizə göstərib söylənsəniz, evdə olan əşyaların köhnəlməsini başına vursanız - gərək ailənizin "fatihə"sini oxuyasınız. Çünki siz onun həssas nöqtəsini nişan almısınız.

Kişilər belə təsəvvür edir ki, pulları hər nə qədər çox olsa, cismi qüvvələri də o qədər çox olar. Bu mövzuda onlarla zarafat etməyin. Əgər getdiyiniz qonaqlıqda əriniz başqa biri ilə qol gücünü yoxlamaq istəyirsə, onu bu işdən çəkindirməyə çalışın. Çünki əgər məğlub olarsa, həmin evlə düşmən olar.

Qadınların həssas nöqtəsi.

Əgər həyat yoldaşınız evdə aşı çox bişiribsə və siz üç gün dalbadalı bu aşı yeməyə məcbur olmusunzsa, bunu onun üzünə vurmayın. Həftə sonu qohumlardan birinin evinə gedən zaman orada da həmin aşdan bişdiyini görən zaman deməyin ki, mən artıq üç gündür ki, aş yeyirəm, indi də aş yeyəcəyik? Bu söz böyük bir davaya yol açar.

Qadınların başqa həssas nöqtəsi zahiri gözəllikləri ilə bağlıdır. Ona deməyin ki, niyə bu gün bu qədər çirkin olmusan? Ya niyə bu qədər kökəlmisən? Başqa qadınları heç bir zaman onun yanında tərifləməyin. Bu mövzu da ailənizdə böyük dava sala bilər.

Qonaq gedən zaman deməyin ki, bu, nə qədər dadlı dolmadır. Uzun zamandır ki, belə dolma yeməmişdim. Ya bu, nə təmiz evdir? Bizim ev heç bir zaman belə təmiz olmayıb. Belə yerdə deyə bilərsiniz ki, dolma çox dadlıdır, ancaq mənim həyat yoldaşımın yeməyinə çatmaz. Ya sizin eviniz də bizim ev kimi gül kimidir.

Çalışın həyatınızı problemsiz edəsiniz.

Ailə və Uşaq     Baxılıb: 2765   Tarix: 13 yanvar 2015
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan toylarında yengə nə üçün lazımdır?

Azərbaycanda toy mərasimləri həmişə özünəməxsus adət-ənənələrilə diqqət çəkib. Bizim toyların bir özünəməxsus tərəfi də yengəlikdir. Əvvəllər yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

6 aylıq uşağın inkişafı

İlin ilk yarısının sonunadək uşaq ona yeni olan yeni bacarıqları öyrənir. O, oturmağa, qalxmağa və sürünərək hərəkət etməyə başlayır. O, böyüklərlə ünsiyyət prosesində fəal iştirak edir, emosiyaları aydın olur, xarakter xüsusiyyətlər

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

turlar.az

donlar 2026 yaz geyimleri 2026 makiyaj etmek qaydalari prezervativ masaj şirniyyat resepti elm haqqinda atalar sozu kosmetika kokelmek sağlamlıq cinsi əlaqə itburnu novruz bayramina aid hakista