Qadınlar kişilərdən bunları gözləyir

Qadınlar kişilərdən bunları gözləyirBəzən insanlar hər hansı bir mövzuda fikirlərini səmimi etiraf edə bilmir. "Hə" və ya "yox" deyərkən əslində tam olaraq əksini nəzərdə tuturlar. Bu vəziyyət xüsusən də xanımlara şamil olunur. Qadınların istəkləri bitib tükənmək bilmir. Sizə qarışıq görünsə də, əslində xanımlar çox şey istəmirlər, sadəcə onlar deyən olsun, vəssalam.
Publika.az bəylərə xanımları daha yaxşı başa düşməyin asan yollarını təqdim edir:
Gözlənilməz təkliflər
Təbii ki, bu, hər gün mümkün deyil. Amma xanımlar sizdən diqqət gözləyir. Siz onu hər ay müxtəlif xarici ölkələrə səyahətə apara bilməsəz də, həftədə bir dəfə romantik axşam yeməyinə dəvət edə bilərsiz. Bu xanımları çox xoşbəxt edir. Növbəti addımın nə olduğunu bilməsəz də, siz artıq yanınızdakı xanımı həyəcanlandırmağa müvəffəq oldunuz.
Təkid edin
Əgər bir qadın sizə "yox" deyirsə, bu əslində "yox" demək deyil. O dəqiqə əl çəkməyin, bir az təkid edin, incə davranın və sualınıza səmimi içdən cavab alın. Bundan fəqli olaraq, bir xanımın "hə" deməsində isə heç bir qeyri-adilik yoxdur.
Özgüvən
Hər bir qadın yanında ona güvənən, inanan kişi istəyir. Xüsusilə də özünə inamın azaldığı bir zamanda yanındakı kişinin ona özgüvənini qaytarması qadın üçün inanılmaz bir hissdir. Bunu sadəcə dildə yox, əməldə, ona həqiqətən dəstək olaraq edin.
Hədiyyələr
Əgər qadınların sadəcə zinət əşyaları sevdiyini düşünürsünüzsə, tamamilə yanılırsınız. Onları bahalı hədiyyələrlə deyil, ürəyinizdən gələn xoş sözlərlə də xoşbəxt edə bilərsiz. Bundan başqa, sevdiyi şirniyyatlar, şokaladlar və bir dəstə qızılgül heç də pis olmaz.
Yumor hissi
Alimlər gülməyin ən təbii afrodizyak olduğunu deyir. Qadınları güldürmək üçün xoş zarafatlar etməyə çalışın. Təbii ki, həddinizi aşmadan.
Qayğı
Çox da bezdirmədən, gecə-gündüz yüz dəfə zəng etmədən də qayğıkeş, diqqətcil ola bilərsiz. Günün sonunda səmimi şəkildə soruşacağınız "günün necə keçdi?" sualı işinizə yarayacaq.
Pozitivlik
Duyğusal olaraq zəif və kövrək olan xanımlar üçün motivasiya önəmlidir. Sadəcə gülümsəyin və onu hər şeyin yoluna düşəcəyinə inandırın.
Dürüstlük
Qadınlar bu məsələdə çox həssasdırlar. Çalışın onlara qarşı dürüst olun. Harasa getmək istəmədiyiniz zamanlarda "axşam futbol var" demək yerinə səmimi şəkildə getmək istəmədiyinizi demək kifayətdir. Hər zaman sözün düzünü danışın.
Hörmət
Əgər hələ də qadınları kişilərdən daha gücsüz hesab edirsinizsə, demək, qadınlar haqqında heç bir şey bilmirsiniz. Ona layiq olduğu dəyəri verin və bunu etməkdən çəkinməyin. Münasibətdə xoşbəxtliyin açarı iki tərəfin də bir-birinə hörmətidir.

Maraqlı     Baxılıb: 2619   Tarix: 15 iyun 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qüdrət İsaqov vəfat etdi

Tanınmış alim, ETN Fizika İnstitutunun laboratoriya müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov vəfat edib. xəbər verir ki, bu barədə AMEA-nın saytında bildirilib. Qeyd edilib ki, o, 75 yaşında vəfa

.

Türkiyəli bioloq yeni bitki növünü elm dünyasına təqdim etdi

Ege Universitetinin Elm Fakültəsinin Biologiya bölməsinin müəllimi, türkiyəli bioloq Hasan Yıldırım sosial şəbəkədə gördüyü bitkinin izinə düşərək araşdırma aparıb və onu fərqli bir növ kimi, türk dilində "Muğla emceği"

.

Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər

Alimlər təxminən 315 min il əvvəl yaşamış erkən Homo sapiens nümayəndəsinin üz cizgilərini rəqəmsal üsulla bərpa ediblər. xəbər verir ki, söhbət Mərakeşdə yerləşən Jebel Irhoud arxeoloji ərazisindən aşkar olunan insan fosillərində

.

Azərbaycan elminə ağır itki - FOTO

Azərbaycanda baş müəllim vəfat edib. -a istinadən xəbər verir ki, Azərbaycan Texnologiya Universitetinin (ATU) Mexanika və nəqliyyat texnologiyaları kafedrasının baş müəllimi Natiq Vəliyev dünyasını dəyişib. Qeyd edək ki

.

Azərbaycan mədəniyyətinə ağır itki - FOTO

Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıqov vəfat edib. xəbər verir ki, bununla bağlı Bakı Xoreoqrafiya Akademiyası məlumat yayıb. Bildirilib ki, Rafiq Sadiqov 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, o, həmçini

.

Qaravəllilər

Qaravəlli - nağıllar başlarkən söylənilən və nəzm şəklində olan kiçik müqəddimədir. Məsələn:. Hamam, hamam içində,. Xəlbir saman içində. Dəvə dəlləklik eylər. Köhnə hamam içində. Qarışqa şıllaq atdı,. Dəvənin budu batdı

.

2198 müəllim bu sadə suala cavab verə bilmədi - FOTO

Dövlət İmtahan Mərkəzinin müəllimlərin sertifikasiyası ilə bağlı apardığı testin bir sualının cavablı nəticəsi yayımlanıb. -a istinadla xəbər verir ki, iki mindən çox müəllim aşağıda təqdim edilən adi məktəbli sualına bel

.

Nəsibə Hüseynova vəfat etdi - FOTO

Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb elmləri doktoru, professor Nəsibə Ağa İsmayıl qızı Hüseynova vəfat edib.  xəbər verir ki, Nəsibə Hüseynova 1970-1992-ci illərdə ATU-nun Müalicə-profilaktika fakültəsinin Uşa

.

Rektor fəlsəfə doktorunu müdir təyin etdi - FOTO

Naxçıvan Dövlət Universitetində yeni təyinat olub.  xəbər verir ki, bununla bağlı universitetin rektoru Elbrus İsayev əmr imzalayıb. Əmrə əsasən, Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Zamin Əliye

turlar.az

donlar 2026 qis geyimləri 2026 yay geyimləri 2026 manqal salati dil haqqinda atalar sözləri qadinda cinsi isteksizlik bizim məşhurlar kosmetika toy gecesi atalar sozleri hekaye janri vətən haqqında bayatı efsaneler