Qadınlar, yataqda bu səhvlərə yol verməyin!

Qadınlar, yataqda bu səhvlərə yol verməyin!"Ərinizin sevdiyi xanımsız!". Bunu heç vaxt unutmayın.
Qadinsayti.az qadınların yataqda yol verdiyi səhvləri təqdim edir.

Ana maskası arxasında gizlənmək. Analıq dünyada ən müqəddəs kimlik ola bilər, ancaq onun sizə yüklədiyi aseksual yükü yataq otağına girərkən qapının arxasında buraxmalısız. Əriniz üçün siz həələ uşaqlar doğmadan əvvəl tanıyıb sevdiyi xanımsız. Buna görə yataq otağına girərkən sloqanınız "Analıq out, Merlin Manro in" olmalıdır. Xoşbəxt valideynlər xoşbəxt uşaqlar böyüdür.

Yataqda ölü balıq təqlidi etmək. Ayıb şeylər etməkdən utanmayın. Canlı olun. Bir çox yeniliyə açıq olun.

Qadınlığını unutmaq. Əriniz, ya sevgilinizlə rəfiqəniz kimi davranmaqdan əl çəkin. Bir çox qadının etdiyi yanlışlardan biri də münasibəti irəlilədikdən sonra özüylə bağlı hər şeyi kişi ilə bölüşmək istəməsidir. Tük təmizləmə, menstruasiya haqqında danışmamağa çalışın. Ülgücləriniz ortaq olmasın. Qadının qadınlığını qoruması üçün bir az gizliliyi olmalıdır.

Yoldaşınız yatağa girərkən dostu ilə yatağa girirmiş kimi hiss etməməlidir. Sizə olan arzusunun davam etməsini istəyirsizsə, şəxsiliyinizi qorumalısız.

Ərinizin porno izlmək istəyini tənqid etməyin. Sizə əxlaqsız görünən bu şey onların böyüyərkən kişi olma mədəniyyətinin bir parçasıdır.
Erotik filmləri birgə izləmək yataq otağı həyatınızı olduqca şənləndirəcək.

Yaxınlıq zamanı susqun qalmaq. Kişilərin təhrik olunmaq üçün eşitməyə, görməyə ehtiyacı var.

Bir az da ədəbsiz olmaq sizə xoşbəxtlik yaşadırsa, utanmayın. Onlar bunu sevir.

Bədən haqqında mənfi düşüncələrə sahib olmaq. O, sizi olduğunuz kimi sevdi, bəyəndi, sizin də özünüzü olduğunuz kimi sevib bəyənməniz sizi xilas edəcək. Qısa, ya uzun, kök, ya arıq fərq etməz, o, sizinlə olduğunuz kim birlikdə olmaq istəyir.

Başqa qadınları alçaltmaq, təhqir etmək. Ərinizin bəyəndiyi, "gözəl" dediyi başqa qadın, aktrisa haqqında təhqirlər söyləməniz düzgün deyil.

Seks hər şeyin zəmanəti deyil. Qadınlar istədikləri şeyi kişiyə qəbul etdirmək üçün yataqdan istifadə edirlər. Ancaq sevgisini artırmaq, istədiyinizi əldə etmək üçün cinsəlliyi təmin etməniz kömək etməyəcək. Münasibətinizi ayaqdaykən idarə edin.

Onu incitməyin. Kişilər sərtliyi sevə bilər, ancaq hər zaman deyil.

Ön sevişmə istəyirsizsə, kişilər də onun bədənini tanımanızı istiyə bilər. Kişilərin erogen bölgələri çoxdur. Boynundan başlayaraq kəşf edə bilərsiz. Kişini yataqdaykən çox yükləmək yerinə bir az da siz onun üzərində işləməyə çalışmalısız. Aile.lent.az

Ailə və Uşaq     Baxılıb: 12166   Tarix: 27 sentyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Körpəni ilk saatından başlayaraq 6 ay yalnız ana südü ilə qidalandırın!- ÇAĞIRIŞ

"Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmu

.

Azərbaycan toylarında yengə nə üçün lazımdır?

Azərbaycanda toy mərasimləri həmişə özünəməxsus adət-ənənələrilə diqqət çəkib. Bizim toyların bir özünəməxsus tərəfi də yengəlikdir. Əvvəllər yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

10 aylıq körpənin inkişafı

10 aylıq körpələrin bir çoxu artıq ilk addımlarını atır. Hər keçən gün, körpə daha ağıllı olur, onu əhatə edən ətraf aləmi daha aktiv öyrənir və artıq ailəyə öz xarakterini göstərməyə başlayır. 10 aylıq uşağın bəzi xüsusiyyətlər

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

turlar.az

geyim şəkilləri yaz geyimleri 2026 kosmetik vasiteler murebbeler biliye aid atalar sözləri ev dizaynlari yataq otagi psixoloji məsləhətlər kosmetika oglan evi hakisdalar baldiz anabaci layla