Qadınlarda folekulun yetişməsi və ovulyasiyası

Qadınlarda folekulun yetişməsi və ovulyasiyasıAybaşı dövrünün (tsiklinin) 1-ci günündə hipofiz vəzidə FSH-follikulstimullaşdırıcı hormon ifraz olunmağa başlayır. FSH-nun təsiri altında qadın yumurtalığında olan ilkin follikullardan biri (bəzi hallarda isə iki və ya üçü) inkişaf etməyə başlayır. Tsiklin əvvəlində ilkin follikulun diametri 1mm-dən artıq olmur. İki həftədən sonra isə onun diametri artıq 20 mm-ə çatır. Follikulun içərisində maye və xromosomlu nüvə yerləşmiş olur.

"Ovulyasiya" sözu latın dilində olan ovum - yumurta sözündən götürülmüşdür. Bəs ovulyasiya necə baş verir? Belə ki, yumurtalıqda inkişaf etməyə başlayan ilkin follikulun olçüsü get-gedə artdığı üçün yumurtalığın divarının dartılmasına səbəb olur. Aybaşı tsiklinin ortasında follikulun ölçüsü artaraq üzüm giləsi ölçüsünə qədər çatır. Bu ölçünün artması nəticəsində xeyli dərəcədə dartılmış olan yumurtalığın qabığı gərginliyə dözməyərək bu hissədə deşilmiş olur. Bu zaman follikulun qabığı da deşilir və onun içərisindəki maye yumurta hüceyrəsi ilə birlikdə qarın boşluğuna dağılır. Beləcə, ovulyasiya baş verir.

Qadın yumurtalıqlarının qabıq qatında "yatmış" vəziyyətdə olan ilkin follikullar adlanan yumurta hüceyrələri yerləşmişdir. Doğulan qız uşaqlarında onların sayı 300-400 minə yaxın olur.

Aybaşı dövrünün ortasında hipofiz vəzidə LH - lyüteyinləşdirıcı hormon ifraz olunmağa başlayır ki, onun da təsiri altında yumurta hüceyrəsinin yumurtalıqdan xaric olması – ovulyasiya prosesi baş verir.

Yumurta hüceyrəsi (oosit, latın dilində olan ovum - yumurta sözündəndir) insan orqanizmini təşkil edən əksər somatik hüceyrələrdən, ölçüsünün nisbətən böyüklüyü, xeyli miqdarda qida maddələri və fermentlərlə zəngin olması ilə fərqlənir. İnsan cinsi hüceyrələri (yumurta hüceyrəsi və spermatozoid) digər hüceyrələrdən daha bir xüsusi əlaməti ilə fərqlənir. Daxilində 46 sayda xromosom olan digər bütün insan hüceyrələrindən (dəri, əzələ, sümük, müxtəlif orqan hüceyrələri və s.) fərqli olaraq, yumurta hüceyrəsi və spermatozoidin daxilində yalnız 23 sayda xromosom olur.

Ovulyasiyadan sonra yumurtalıqda olan dağılmış follikul boşluğu qan və əmələ gəlmış yeni xüsusi hüceyrələrlə birlikdə yeni endokrin vəzi olan sarı cismi əmələ gətirir. Sarı cismin bu adı onun içərəsində olan sarı rəngli lyutein piqmentinə (luteus - latın dilində "sarı" deməkdir) görə verilmişdir. Yeni əmələ gələn sarı cisim progesteron (hamiləlik hormonu) adlı hormon ifraz etməyə başlayır. Progesteron hormonunun təsiri altında uşaqlıq və onun daxili qatı (endometrium) mayalanma baş verərsə yaranmış embrionu qəbul etməyə hazırlaşır. Əgər hamiləlik baş verərsə, progesteron hormonu hamiləliyin saxlanmasını qoruyur. Sarı cisim 10-14 gün ərzində mövcud olur və hamiləlik baş vermədiyi halda məhv olur. Hamiləlik baş verdikdə isə sarı cisim inkişaf edərək öz həcmini artıraraq hamiləliyin qorunması üçün xeyli miqdarda progesteron hormonu hazırlamağa başlayır.

Yumurta hüceyrəsi ovulyasiyadan sonra qarın boşluğuna düşdür. Burada Fallopi borusunun saçaq şəkilli çıxıntıları öz həkətləri ilə onu borunun ucundakı qıf hissəyə ötürür. Fallopi boruları içəri tərəfdən xovlarla zəngin olan selikli qişa ilə örtülmüşdür. Selikli qişada xüsusi sekret ifraz edən vəzilər də vardır. Uşaqlıq (Fallopi) borularının bu cür quruluşa malik olması yumurta hüceyrəsinin hərəkət etdirilməsinə köməklik göstərir (yumurta hüceyrəsinin özü hərəkət etmək qabiliyyətinə malik olmur).

Ovulyasiyadan sonra uşaqlığın daxili qatı (endometrium) qalınlaşaraq mayalanma baş verdiyi halda əmələ gəlmiş olan embrionun ona mümkün ola biləcək bitişməsinə hazırlaşır. Mayalanma nəticəsində əmələ gələn embrion müvəffəqiyyətlə endometriyada ona aid olan hissəyə birləşmiş olarsa, endometrium doğuşa qədər olan müddət ərzində onun müdafiəsini, qidalanma və inkişafını təmin edir. Əks halda, endometriumun qalınlaşmış olan daxili qatı aralanaraq aybaşı zamanı uşaqlıqdan xaric olunur.

Ovulyasiyadan sonra yumurta hüceyrəsi 24 saat ərzində öz həyati qabiliyyətini saxlayır.

Sağlamlıq     Baxılıb: 29990   Tarix: 13 dekabr 2014
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

turlar.az

yay geyimləri 2026 hamiləlik sade makiyaj sekilleri genc aile balıq yağı qara qarağat uşaq yeməyi kosmetika novruz hakista sanama kökəlmək üçün novruz bayramina aid hakista vicdan