Qadınlarımız niyə bir-birinə bənzəyir?

Qadınlarımız niyə bir-birinə bənzəyir?Son illər daha baxımlı görünmək üçün qadınlar tez-tez estetik cərrahi əməliyyatlara üz tuturlar. Burun əməliyyatları siyahıda üstünlük təşkil edir. Küçədə bir-birinə oxşayan qadınların sayı artıb. Əvvəllər kompleksləri aşmaq üçün edilən əməliyyatlar artıq bədənə çoxsaylı müdaxilələrlə yekunlaşır. 
Maraqlıdır, ətrafda bir-birinə oxşayan qadınların çoxalması, estetik əməliyyatların kütləviləşməsi hansı psixoloji fəsadlara yol aça bilər?
Milli.Az xəbər verir ki, psixoloq Fuad Əsədov mövzu ilə bağlı Bizim.Media-ya danışıb.
O, məsələyə belə yanaşıb: 
"Qadınlar üçün gözəllik standartları hər zaman mövcud olub. Qədim zamanlarda sinə və çanaq hissəsi böyük olanlar, həmçinin "balıq ətli" kimi təqdim edilənlər gözəl qadın hesab edilirdi. XII-XIII əsrlərdə ağdərili və ortaçəkili qadınlar gözəl hesab edilirdisə, renessans (intibah) dövründə bu standartlar kiçik sinə və daha dolu görüntü ilə əvəz olundu. Çiçək xəstəliyi yayıldıqdan sonra isə qadınlar makiyaj istifadə etməyə başladılar. XIX əsr Viktoriya dövründə qadınların korset istifadə etməsindən sonra incə belli olmaq dəbə mindi. 
Bugünkü gözəllik standartları bütün solçu və feminist etirazlara rəğmən hələ də öz varlığını qorumaqdadır. İncə burun, dolğun dodaqlar, arıq vücud və s. Tarixin bütün dövrlərindəki bu tendensiyanı belə ifadə edə bilərik.
"Başqası kimi olmağa çalışmaq". Bu, ən asan işdir. Qarşında hazır rol model və gözləntilərlə dolu cəmiyyət var və sən bilirsən ki, nə etmək lazımdır. Makiyaj, geyim və cərrahi əməliyyatlar sənin xidmətindədir". 
Psixoloq qeyd edib ki, xüsusilə, modern dövrdə kapitalizmin qurduğu tələlərlə insanların beyninə mövcud standartları yerləşdirmək daha asandır: 
"Media və reklamlar bizə Monika Bellucini, Skarlet Yohansonu, Elizabet Olseni, Cennifer Lourensi göstərir və deyir ki, əsl qadın belə olmalıdır, əgər belə deyilsinizsə, belə olmağa çalışın. Bunun üçün də makiyaj və əməliyyatlar var. Bəzi hallarda isə tətbiqlərdəki effektlər...
Ən böyük problem odur ki, insanlar fərqli olmaq fürsətindən imtina edirlər. Özlərinə görə utanırlar və özləri olduqları üçün özgüvənsiz olurlar. Mən demirəm ki, kiminsə üzündə və ya bədənində konkret bir qüsur varsa, o, bunu dəyişməyə çalışmamalıdır. Bu, tamamilə başadüşülən bir haldır. Bəlkə də, bir az "abilist" ifadə kimi görünə bilər, amma empatiya qursaq, kimsə əyri burunla və ayaqlarla yaşamaq istəməyə bilər. Lakin şəxs sırf dəbə ayaq uydurmaq və gözəllik standartlarında olmaq üçün minlərlə manat xərc çəkirsə, burada irrasionallıq var". 
Psixoloqun fikrincə, sözügedən nüansda özgüvən əskikliyindən tutmuş, bədən dismorfik pozuntusu və depressiya kimi ağır psixoloji problemlərə rast gələ bilərik: 
"Qadınların əksəriyyəti düşünür ki, nə qədər arıq olsalar, bir o qədər gözəl olacaqlar. Beləliklə, yeməkdən imtina etməyə və ya yediklərini qaytarmağa çalışırlar. Bu artıq anoreksiya deyilən başqa bir psixoloji problemdir. 
Uzun sözün qısası, gözəl olmağı arzulamaq və buna çalışmaq pis bir şey deyil. Amma gözəl olmaq üçün insan öz fərqliliyindən, sağlamlığından və rahatlığından imtina edirsə, bu, böyük problemdir. Təəssüf ki, kapitalizmin və modernizmin yaratdığı tendensiya da məhz budur".
Milli.Az

Xəbərlər     Baxılıb: 1467   Tarix: 03 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

turlar.az

aksessuarlar kosmetik vasiteler reseptler klyos donlar 2026 sepkilere qarsi cinsi heyat at gucu nece hesablanir kosmetika oglan evi hekaye janri vetene aid atalar sozu veten haqqinda bayatilar oğlan evine aid hakisda