Qadınların vaginal bölgəsində qaşınmanın səbəbləri

Qadınların vaginal bölgəsində qaşınmanın səbəbləriUşaqlıq yolu uşaqlığı xarici mühitlə əlaqələndiriən borudur. Uşaqlıq yolunda təbii öz-özünü qorumaq və təmiz saxlama mexanizmi mövcuddur. Bu nahiyədə zərərsiz bakteriyaların fəaliyyəti nəticəsində şəkərin parçalanmasından yaranan süd turşusu formalaşır ki, bu da uşaqlıq yolunu patogen (zərərli) mikroorqanizmlərdən qoruyur.

Vaginal qaşınma uşaqlıq yolunu əhatə edən dəridə sancma və zəif ağrı hissi ilə müşayət edilən bir narahatçılıqdır. Amma bəzi faktorlar bu mexanizmi pozur və uşaqlıq yolunda qaşınmaya səbəb olan fərqli şəraitlər yaradır.

Qaşınma cinsi yetkinlik dövrunə çatmayan qızlarda tez-tez qeyd edilir. Təssüf ki, bəzi azərbaycanlı analar öz gənc qızlarında bu şikayətləri görərlərsə həkimə müraciət etməkdən çəkinirlər. Bəzi valideyinlərdə gənc qızın ginekoloqa müraciət etməsinin pis göstərici olması haqqında səhv təsəvvür mövcuddur. Bu isə gələcəkdə adi qaşınmanın daha ciddi fəsadlara gətirib çıxarmasına səbəb olur.

Səbəblər

- Uşaqlıq yolunun maya göbələkləri ilə yoluxması zamanı qaşınma ilə yanaşı ağ və kəsmiyə bənzər gəlinti də qeyd olunur. Göbələyin artması antibiotik istifadəsi, kontraseptiv həblərin qəbulu, hamiləlik, aybaşı, qoruyucu vasitələrin istifadəsi, cinci əlaqə, diabet, immun sistemin zəiflləməsi kimi hallarla bağlı ola bilər.
- Kimyəvi qıciqlandırıcılar - yuyucu vasitələr, alt paltarlarını yumşaltmaq üçün istifadə edilən maddələr, sabunlar, məlhəmlər, qadın ətirləri, kontraseptiv jelelər, qoruyucu vasitələr və s.
- Digər vaginal infeksiyalar – bakterial vaginoz, genital herpes, trixomoniazis, bit kimi faktorlar da uşaqlıq yolunda qaşınma törədə bilər.
- Vaginit – uşaqlıq yolunun iltihabıdır. Vaginit zamanı qağınmaqla yanaşı gəlim və iyin olması qeyd edilir. Vaginit yetkinlik yaşına çatmayan qızlarda daha tez-tez yaranır. Vaginitin yaranmasına fərqli infeksiyaların rolu vardır.
- Bij qurd – daha çox uşaqlarda qaşınmanın səbəbi ola bilir.
- Stres – uşaqlıq yolunda qaşınmanı artıra bilər. Bu səbəbdən qaşınma uşaqlıq yolunun ikincili infeksiyalaşmasına şərait yaradır.
- Menopausa – qanda esterogenin düşməsi uşaqlıq yolunun daxili örtüyünün nazilməsinə və infeksiyalaşmaya həssas olmasına səbəb olur.

Həkimə nə zaman müraciət etməli?

Əgər vaginal qaşınma kəskindirsə, digər yanaşı narahatçılıqlar varsa (vaginal gəlim, ağrı, iyi və s.), üç gündən çox davam edirsə mütləq həkimə müraciət edin. Həkiminiz qaşınmanın əsl səbəbini üzə çıxarmaq üçün müəyyən müayinələr həyata keçirəcək. Yalnız bundan sonra sizə müalicə təyin edəcək.

Bəzən qaşınma öz-özünə və ya müəyyən tədbirlər nəticəsində itir. Vaginal qaşınmadan qaçmaq üçün bəzi tövsiyyələr:
- Cinci əlaqəyə bir müddət ara vermək vacibdir. Qaşınma törədicisi yoldaşınızdan yenidən yoluxa bilər və görülən tədbirlərin əhəmiyyəti itə bilər. Müalicə zamanı həyat yoldaşınızda uyğun dərmanlar qəbul etməlidir.
- Ev şəraitində ilıq vanna qəbul edin. Suya duz, şalfey və ya çobanyastığı (romaşka) əlavə edilə bilər. Bəzən belə adi vanna ilə qaşınma aradan qalxır və həkimə müraciət etməyə ehtiyac qalmır.
- Qoruyucu vasitənin dəyişilməsi. Əgər cinci əlaqə zamanı qoruyucu vasitələrdən istifadə edilirsə onun dəyişilməsi qaşınmanı aradan qaldıra bilər. Qoruyucu vasitə üzərində olan toz və ya məlhəm uşaqlıq yolunda allergik reaksiya törədə bilir.
- Qaşınan nahiyəni "cırmaqlamaqdan" çəkinin. Dırmaqlarınızla uşaqlıq yolu ətrafı dərini zədələməməyə çalışın.
- Şirin qidaları azaldın. Şəkər bəzi göbələklərin inkişafına təkan verir.
- Sərin, yumşaq və dar olmayan geyimə üstünlük verin.
- İsti və rütubətli havada çox qalmaqdan çəkinin.
- Qaşınma hissini unutduracaq məşğuliyyət tapın.
- Reseptsiz satılan anti-histamin dərmalardan istifadə edə bilərsiniz.
- Qaşınan nahiyəyə hidrokartizon məlhəmi sürtə bilərsiniz.

Sağlamlıq     Baxılıb: 21991   Tarix: 31 dekabr 2014
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

turlar.az

yay geyimləri 2026 hamiləlik sade makiyaj sekilleri genc aile balıq yağı qara qarağat uşaq yeməyi kosmetika novruz hakista sanama kökəlmək üçün novruz bayramina aid hakista vicdan