Qan dövranını yaxşılaşdırmaq üçün 7 SADƏ MƏSLƏHƏT

Qan dövranını yaxşılaşdırmaq üçün 7 SADƏ MƏSLƏHƏTYaxşı qan dövranı insan sağlamlığında çox böyük rol oynayır. Qan bütün orqan və sistemləri oksigen və qidalı maddələrlə təmin edir.
Qan dövranı pozulduqda orqanizm "aclıqdan" və oksigen çatışmazlığından əziyyət çəkməyə başlayır. Bu isə müxtəlif pozulmaların inkişafına yol açır.
Təqdim etdiyimiz çox sadə məsləhətlərə əməl etməklə siz qan dövranınızı yaxşılaşdıra bilərsiniz.
- Ədviyyatlardan tez-tez istifadə edin.
Xüsusilə qara və qırmızı istiot, darçın, sarıkök, zəncəfil və həmçinin soğan, sarımsaq, kəklikotu və s. qan dövranını yaxşılaşdırır, mübadilə prosesləri sürətləndirir, antiseptik, antbakterial, virusəleyhinə, xərçəngəleyhinə təsir edir.
- Liftdən imtina edin, pilləkənlə qalxın.
Bu da çox təsirli vasitədir. Pilləkənlə qalxan insanın bədənində qan dövranı sürətlənir, ürək əzələsi məşq olunur. Həkimlərdə insanın fiziki formasını və ürəyin vəziyyətini yoxlamaq üçün xüsusi sadə test var - əgər siz dayanmadan 4-cü mərtəbəyə pilləkənlə qalxa bilirsinizsə, testin nəticəsi müsbət sayılır. Əks halda ürəyinizin vəziyyətini yoxlayın.
- Çox oturmayın.
İnsan uzun müddət ərzində oturanda onun qan dövranı kəskin pozulur. Oturaq işlə məşğulsunuzsa, tez-tez ayağa qalxın, gəzin, sadə hərəkətlər edin.
- Siqaret çəkməkdən imtina edin.
Bu pis vərdiş damarların güclü sıxılmasına səbəb olur ki, nəticədə qan dövranı pozulur. Bir faktı misal gətirək. Ətraflarda qan dövranının pozulması nəticəsində ağır qanqrenalarla (toxumaların çürüməsi) müşayiət olunan Bürqer xəstəliyi yalnız siqaret çəkən insanlarda inkişaf edir.
- Kontrast duş qəbul edin.
Kontrast duş (soyuq və isti suyun növbələşməsi) qan dövranını yaxşılaşdırır, insanı gümrah edir.
- Qidalanmanızda çoxlu meyvə, tərəvəz, göyərti olmalıdır.
Bu məhsullar orqanizmi vacib maddələrlə təmin edir, qanın tərkibini yaxşılaşdırır.
- Kifayət miqdarda təmiz su için.
Müasir insanların əksəriyyəti kifayət miqdarda təmiz su içmir. Bu isə xroniki susuzlaşmaya səbəb olur. Susuzlaşma nəticəsində qan qatılaşır. Qatı qan orqanizmdə daha çətinliklə dövr edir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1260   Tarix: 12 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

gelinlikler qadın geyimi gözəllik məhsulları mürəbbələr tanınmış qadın simalar çantalar gavalı salatı kosmetika irem derici vicdan dolca faydalı bilgilər vusale elizade