Qanazlığı olan uşaqlar üçün qidalar

Qanazlığı olan uşaqlar üçün qidalarQanazlığı uşaqlarda ən ciddi sağlamlıq problemlərindən biridir. Əksər uşaqlar qan azlığından əziyyət çəkir.
Bəs valideynlər uşaqda rast gəlinən qan azlığının aradan qaldırılması üçün nələrə diqqət etməlidir? Əsasən hansı yaş aralığında uşaqlarda qan azlığı daha çox müşahidə edilir? Mövzu ilə bağlı pediatr Aytən İsmayılzadənin fikirlərini diqqətinizə çatdırır. Vitamin Fe
A.İsmayılzadə məlumat verir ki, uşaqlarda qan azlığı-anemiya daha çox dəmir əskikliyi ilə bağlı yaranır: "Əsasən 6-24 aylıq körpələrdə, məktəbəqədər uşaqlarda və yeniyetməlik dövründə rast gəlinir. Əgər hamilə və süd verən qadının dəmiri azdırsa, bu, körpədə də belə olacaq. Uşaqlarda inkişaf sürətli getdiyindən qida ilə alınan dəmir bu ehtiyacı ödəmir. Uşaq 6 ayadək dəmiri yetərli olan ananın südü ilə bəslənirsə, onun bu problemi olmur".
Pediatr bildirir ki, körpələrdə 6 ayından sonra əlavə qidalara keçildiyində taxıllı məhsullara, çaya üstünlük verildikcə dəmirin sorulması azalır və qan azlığı inkişaf edir: "Qidalardakı dəmirin 90 faizi inorqanikdir, onların yalnız 5 faizi sorula bilir. Qidalardakı dəmirin 10 faizi orqanikdir. Onun isə sorulması 20-30 % səviyyədədir. Qidalardakı dəmirin yalnız 10 faizi sorulduğundan 1 mq dəmir almaq üçün 10 mq dəmir qəbul edilməlidir. 10 yaş ətrafında inkişaf edən uşaqların dəmirə tələbatı hamilə qadınla eynidir — 18 mq. Ana südü laktoferrin və askorbin turşu hesabına dəmirin sorulmasında idealdır. İnək südü və süd məhsulları isə əksinə, sorulmasına mane olar".
A. İsmayılzadə xəbərdarlıq edir ki, valideynlər aşağıdakı məsələlərə diqqət etməlidirlər:
Körpəni mümkün qədər ana südü ilə qidalandırmağa çalışmaq. Əsasən də ilk dövrlərdəƏlavə qidaya keçərkən nələrin verildiyinə diqqət etmək
Düzgün bəslənmədikdə asanlıqla anemiyanin inkişaf edəcəyini bilmək
Buna görə artıq bir yaşadək qan testini etdirmək
"Uşağınızın hüceyrəsinin yaşamasını və onun da uşağınızı yaşatmasını istəyirsinizsə, onun dəmirini verəcəksiniz", — deyən pediatr vurğulayır ki, 8-15 aylıq körpədə dəmir azlığı onun psixomotor inkişafında geri dönməz iz qoya bilər: "Dəmiri az olan uşaq tez-tez xəstələnir, yorulur, yuxulayır, iştahı olmur, infeksiyalar qarşısında zəif olur. Həmçinin, öyrənmə qabiliyyəti və yaddaşı zəif olur, fiziki inkişafda geri qalır, əhvalsız, təngnəfəs, ürəyi tez çırpınan olur. İnək südü xüsusən dəmir azlığına gətirir. Həm kalsiumun dəmirin sorulmasına mane olması hesabına, həm də bağırsaq divarında inək südünə qarşı yaranan reaksiyada gizli qanama hesabına. C vitamini ilə zəngin məhsullar gün ərzində yeyilərsə, dəmirin sorulması da artar. Uşaqlarda sürətli inkişafla bağlı dəmir azlığını önləmək üçün 4-6 aydan etibarən 3 yaşına kimi 1mq/kq/ gün dozası ilə dəmir verilir. Vaxtından qabaq doğulan uşaqlarda isə dəmir depoları daha tez boşaldığından 2 aydan etibarın 2 mk/kq/gün olmaqla 3 yaşadək verilir. Dünyaya gələcək körpənin dəmir deposu hamilə qalmadan öncə nəzərə alınmalıdır. Gözün və ağızın selikli qişasının avazıması dəmir azlığına bağlı anemiyanın təzahürüdür. Uşağınızı özünüz də müayinə edib, ümumi qan analizi verə bilərsiniz".
A. İsmayılzadə tərkibində dəmir çox olan qidaların siyahısını təqdim edir:
Ət, balıq
Yumurta sarısı
Yaşıl tərəvəz və meyvələr
Qaraciyər, böyrək
Keçibuynuzu bəhməzi
Üzüm bəhməzi
Mərci, noxud, lobya
Qarabaşaq
Kişmiş, qoz, fındıq

Ailə və Uşaq     Baxılıb: 3027   Tarix: 11 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

.

Bu problem hamilə qalmağa mane olur

Hamilə qalaraq dünyaya övlad gətirmək hər bir qadının arzusudur. Ancaq bu bəzilərində elə də asan həyata keçmir. Bəzi qadınlar uzunmüddət hamilə qala bilmir və ya  düşüklə nəticələnir. Yaranan vəziyyətin səbəblərindən bir

.

Qadınları orqazma çatdıran 7 seks pozası

Seks həyatına bir az rəng qatmaq və daha çox həzzli hala gətirmək üçün hal-hazırda tətbiq olunan mövqeləri bir az modifikasiya etmək lazımdır. Budur, qadınların orqazma çatmalarını asanlaşdıran 7 seks pozası… Ən sadə sevişm

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Körpələrdəki bişməcə nədən yaranır, qarşısını necə alaq? - HƏKİM MƏSLƏHƏTİ

"Bişməcə (diaper dermatit) yeni doğulmuş uşaqlarda (ilk 2 il) tez tez rast gəlinir. Alt bezin olduğu nahiyələrdə, genital orqanlar hissələrində rast gəlinir". Bu barədə pediatr Gülnar Abdullayeva -a açıqlamasınd

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Ana südü xərçəngin dərmanıdır

Ana südü yeni doğulmuş körpənin qida ilə bağlı bütün tələblərini ödəyən zəngin qida məhsuludur. Aparıcı səhiyyə təşkilatlarının, o cümlədən, Amerika Pediatriya Akademiyası və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən

turlar.az

yemek reseptleri makiyaj etmek qaydalari gözəllik məhsulları paltarlar 2026 arıqlama bürclər və illər xiyar tursusu kosmetika qiz evi haxista birlik sperma kley lekesi kurtlar vadisi