Qanqren

QanqrenQanqren (yun. gangraina) - toxumanın, orqanın və ya bədənin bir hissəsinin çürüməsi (nekrozu). Toxumalara oksigen ya heç çatmadıqda, ya da cüzi miqdarda çatdıqda başlayır. Adətən ürəkdən çox aralı nahiyələrdə, məsələn, barmaqlarda, yaxud infarkt zamanı ürək əzələsində, ya da ağciyərdə olur. Qan damarlarığın trombozu, ateroskleroz, endarteriit və s. xəstəliklər, habelə mexaniki (travma), fiziki (yanıq, donma), kimyəvi (qatı turşu və qələvilərin təsirindən), şüa və s. amillərin təsiri nəticəsində baş verir.
Növləri
Qanqrenin 3 növü var: quru, yaş və qazlı qanqren.
Quru qanqren
Toxumalara qan axını birdən kəsildikdə və toxumalar quruduqda başlayır. Çürümüş toxuma bərkiyir, büzüşür, toxuma zülallarının laxtalanması, qan piqmentlərinin parçalanması nəticəsində tünd-qəhvəyi, yaxud qara rəng alır. Qan axını dayanan zonada şiddətli ağrı olur. Qanqren olan yer soyuyur, dərinin həssaslığı və nəbz itir. Toxumalar kənarlardan mərkəzə doğru ölgünləşir. Bədənin qanqrenli yerinin funksiyası pozulur. Bir müddətdən sonra, ölgün hissə ilə sağlam toxuma sərhədində reaktiv iltihab başlayır və ölgün hissənin qopması ilə nəticələnir. Daxili orqanların aseptik nekrozunda ölgün sahə tədricən yox olur, yerində sist əmələ gəlir.
Yaş qanqren
Yaş qanqrendə zədəli sahə boz-qonur rəng alır, toxumalar şişir, həcmi böyüyür. Adətən, yumşaq kütləyə çevrilir və çürüntü iyi verir, getdikcə çürüyür. Ölgün toxumalar bədəndən ayrılır. Orqanizm zəif olduqda çürümə məhsulları qana keçib sepsislə nəticələnir (bu, şəkər diabetində daha çox təsadüf edilir). Yaş anqrendə zədəli toxumaların üst qatının həssaslığı itir, dəridə ağrı olur. Temperetur yüksəlir.
Müalicəsi
Qanqreni törədə bilən səbəbləri aradan qaldırmaq, qan köçurmək, antibiotik vurmaq. Bunlar müsbət nəticə vermədikdə cərrahi əməliyyat.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1546   Tarix: 07 yanvar 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

hamilelikde qidalanma adlarin menasi kosmetik vasiteler tutun xeyri cinsi mövzular kicik biznes qurmagin yollari qadın müdafiəsi kosmetika ekizler hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz ariqlamaq novruza aid hakistalar tanisliq