Qar sevindirdiyi kimi ağlatmağıda bacarır

Qar sevindirdiyi kimi ağlatmağıda bacarırQar sevindirdiyi kimi ağlatmağıda bacarır

Qar yağması hər birimizin səbrsizliklə gözlədiyi qışın ən maraqlı anlarından biridir.Yaşımızdan asılı olmayaraq qarın yağmasına hər birimiz çox sevinirik.Qarın yağmasını gənc və yaşlı nəsil uşaqlığını yada salaraq xoş anlar yaşayırlar,balacalarımız isə qartopu oynayaraq sevincli anlarını qeyd edirlər.Qarın yağması sevincli anlar yaşatdığı kimi,bəzi arzuolunmaz məqamlarıda yaşadır. Yəqin ki, qarda ayağı sürüşüb yıxılanlar az olmayıb.Bu zaman kəllə-beyin travmasından tutmuş, ayaq sümüklərinin sınması, çatlaması və hətta daha təhlükəli hallarla üzləşə bilərsiniz.

Bəs qarlı, buzlu, şaxtalı günlərdə yıxılmamaq üçün nə etməli? Bəzi tədbirlər alaraq qarın yaratdığı təhlükələrdən sovuşmaq mümkündür.

Kiçik, amma möhkəm addımlar atın

Yolların buz tutduğu zamanlarda ən yaxşı tədbir bir yerdən başqa yerə gedərkən tələsməməkdir. Ona görə də belə havalarda həmişəkindən yarım saat əvvəl evdən çıxmaq lazımdır. Yavaş-yavaş addımlayın və ayaqlarınızın yerə sərt şəkildə dəydiyindən əmin olun.

Düzgün ayaqqabı seçimi edin

Ayağınızın sürüşməsinin ən böyük səbəbi düzgün ayaqqabı seçməməyinizdir. Altı kələ-kötürlü olan və qara, buza ilişib qala biləcək ayaqqabılar alın. Həmçinin hərəkət qabiliyyətini azaldan dar geyimlər yerinə rahat və yumşaq paltarlar seçin.

Pilləkənlərindən enərkən diqqətli olun

Ən çox buz tutan yerlər pilləkənlər olur. Belə yerlərdə yıxılmaq riski yüksək olduğu üçün daha diqqətli olmaq lazımdır. Əgər tutacaq varsa, mütləq bu tutacaqlardan tutaraq çıxıb-düşün. Bu zaman əlinizin tutacağa yapışmaması və əllərinizin donmaması üçün mütləq əlcək geyinin. Ümumiyyətlə, qarlı havalarda evdən çıxarkən mütləq əlcək geyinmək lazımdır. Pilləkənlərdən çıxarkən və ya enərkən ayaqlarınızı uclara deyil, orta qisimlərə qoyun.

İki əlinizdə birdən torba daşımayın

Bütün tədbirlərə baxmayaraq, yenə sürüşsəniz, bu zaman əlləriniz və qollarınız köməyə gələcək. Qollar tarazlığın tənzimlənməsinə kömək edir, əllər isə yıxıldıqda üzünüzün yaralanmasını, həmçinin daha sərt şəkildə yerə dəyməyinizin qarşısını alır. Ona görə də qarlı havalarda iki əlinizdə birdən torba və ya əşya daşımayın. Həmçinin əllərinizi cibinizə qoyaraq yeriməyin. Əlləriniz üşüyürsə, əlcək taxın, əlləri cibə qoyma yıxılmaq rıskini artırır.

Qocalar daha diqqətli olmalıdırlar

Yaşlılar onsuz da asta sürətlə yeriyirlər. Ancaq onlar möhkəm addımlar atmaqda çətinlik çəkirlər. Klimaks dövründəki qadınlar yıxıldıqda omba sümüklərinin sınması ehtimalı yüksəkdir. Ona görə də, zəruri olmadıqca yaşlıların qarlı, buzlu havalarda çölə çıxmamaları məsləhətdir. Onları təkbaşına çölə buraxmaq olmaz. Mütləq yanlarında bir nəfər olmalıdır. Ancaq uşaqlarla qocaları bir-birinə yoldaş etməyin. Çünki belə halda hər iskinin yıxılmaq ehtimalı yüksək olur. Uşaq dəcəllik edə bilər, qoca onun qayğısına qalarkən addımlarına diqqət etməyərək yıxıla bilər. Odur ki, qocalarla uşaqlar belə aylarda daha çox diqqət tələb edirlər.

Yıxıldıqda yerdən dərhal qalxmayın

Yıxıldıqda mütləq xəstəxanaya müraciət edin. Yıxıldıqdan dərhal sonra ayağa qalxmayın. Çünki isti-isti ağrısı hiss edilməyən yerindən oynamış və ya sınmış sümüklər daha da təhlükəli hal ala bilər.

Maraqlı     Baxılıb: 2993   Tarix: 10 yanvar 2015
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası d

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

.

Bu xanımlara yüksək vəzifələr verildi

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin strukturunda dəyişiklik edilib. . xəbər verir ki, şöbə daxilində Media ilə iş və Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorları yaradılıb

.

Günlər 24 yox, 16 saat olub - İDDİA

"Günlər artıq 24 yox, 16 saatdır" fikri elmi baxımdan doğru deyil. Bu iddia dünyada sensasiya doğurub. xarici mətbuata istinadən xəbər verir ki, alimlər Yer kürəsinin fırlanma sürətini uzun illərdir dəqiq şəkild

.

Azərbaycanlı alim vəfat etdi - FOTO

Azərbaycanda alim ölüb. Ölkə.az-a istinadla xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının sabiq dosenti, texnika üzrə fəlsəfə doktoru Qayıbəl

.

2198 müəllim bu sadə suala cavab verə bilmədi - FOTO

Dövlət İmtahan Mərkəzinin müəllimlərin sertifikasiyası ilə bağlı apardığı testin bir sualının cavablı nəticəsi yayımlanıb. -a istinadla xəbər verir ki, iki mindən çox müəllim aşağıda təqdim edilən adi məktəbli sualına bel

.

Bu institutlar birləşdiriləcək - 2 yeni elmi müəssisə yaradılacaq

Ölkə başçısının "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" müvafiq sərəncamın

.

Tanınmış alim vəfat etdi - FOTO

Naxçıvanda tanınmış dilçi alim, dosent Əbülfəz Muxtaroğlu vəfat edib.  xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universiteti məlumat yayıb. Qeyd edək ki, Əbülfəz Muxtar oğlu Quliyev 1939-cu il iyunun 1-də Naxçıvan Muxta

.

Lalə Əlizadə vəfat etdi

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib. Bu barədə -a onun ailəsi məlumat verib. Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib. O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqd

turlar.az

kosmetik vasiteler hamilelikde qidalanma həkim məsləhəti yuxuyozma yay kolleksiyasi xına bəzəkləri həyat tərzi kosmetika maraqlı eqreb sanama aslan cekc pornuxa