Qara ciyərin köçürülməsi. MARAQLI BİLGİLƏR

Qara ciyərin köçürülməsi. MARAQLI BİLGİLƏRQara ciyərin transplantasiyası (köçürülməsi) əməliyyatı bütün dünyada çox mürəkkəb sayılır.
Statistikaya əsasən, əməliyyat əksər hallarda uğurlu nəticələnir və xəstələrin bir çox hissəsi əməliyyatdan sonra 5, 10 və bundan artıq il yaşayır. Bu ilk növbədə xəstənin əməliyyatdan əvvəl vəziyyətindən, əməliyyata səbəb olan xəstəliyindən asıldır. Əməliyyatdan sonra insan daim həkimlərin nəzarətində qalmalı, hər il müəyyən analizləri verməli, müayinələrdən keçməli, daim müəyyən dərman preparatları qəbul etməlidir. Bütün bu tədbirlər xəstənin həyatını uzatmağa kömək edir. Bundan əlavə xəstə daim müəyyən pəhriz saxlamalı, spirtli içkilərdən tam imtina etməli, ağır fiziki  yükləmələrdən və güclü streslərdən uzaq olmalı, kifayət qədər dincəlməlidir.
Hal hazırda bu əməliyyatin metodikası çox yaxşı öyrənilib və ildən ilə daha da təkmilləşdirilir.
Qara ciyərin transplantasiyası bəzi anadangəlmə patologiyaları (öd yolları patologiyaları və s.), qara ciyər xərçəngi (digər orqanlara yayılmayıbsa), güclü zəhərlənmə nəticəsində qara ciyərin çatışmazlığı zamanı, sirrozun gecikmiş mərhələlərində tətbiq edilir.
Əməliyyat zamanı xəstəyə bütöv qara ciyər və ya qara ciyərin hissəsi köçürülə bilər. Bütöv orqan beyin ölümü təsdiq olunmuş meyitdən götürülür, dərhal xüsusi məhlula yerləşdirilir və soyudulur. Daha sonra qara ciyər mümkün qədər tez resepiyentin (qara ciyər köçürülən insanın) orqanizminə düşməlidir.
Qara ciyərin hissəsi də köçürülə bilər (əksər hallarda sol payın hissəsi götürülür). Bu zaman qara ciyər xəstənin sağlam qohumundan və ya yad insandan götürülür. Donor (qara ciyər verən) və resepiyentin qan qrupu və rezusları eyni olmalı, onlar həmçinin bəzi digər parametrlərə görə uyğun olmalıdır. Qara ciyər unikal orqandır - vaxt keçdikdən sonra qara ciyər öz ölçülərini və funksiyalarını tam bərpa edir. Orqanizmin heç bir digər orqanın belə xüsusiyyəti yoxdur.
Əməliyyat zamanı xəstənin işləməyən qara ciyəri xaric olunur və yerinə donorun qara ciyəri yerləşdirilir. Daha sonra damarlar və öd axarları birləşdirilir və tikişlər qoyulur. Əməliyyat 10 saata kimi davam edə bilər. Əməliyyatdan sonra xəstə 10-20 gün ərzində xəstəxanada həkimlərin nəzarəti altında qalmalıdır. Ağırlaşmalar baş verdikdə, bu müddət daha da çox ola bilər.
Yeni qara ciyər orqanizm üçün yad cismdir. İnsanın immun sistemi orqanizmə düşən istənilən yad cismləri tapıb onları məhv etməyə çalışır. Bu səbəbdən transplantasiya olunmuş orqan təhlükə altına düşür - immun sistemi ona hücüm edə bilər. Bu isə xəstənin ölümü ilə nəticələnə bilər. Bu səbəbdən əməliyyatdan sonra qara ciyəri köçürülən insan daim immun sisteminin fəaliyyətini zəiflədən xüsusi preparatlar qəbul etməlidir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1031   Tarix: 30 oktyabr 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

turlar.az

geyim seçimi geyim dəbləri adlarin menasi cennet almasi murebbesi paltarlar 2026 salatlarin hazirlanmasi bezedilmesi dostluq haqqında atalar sözləri kosmetika həmidə cinsi elaqe yemek reseptleri maskalar xanim.az