Qaraciyərinizin xəstə olduğunu göstərən - 10 ƏLAMƏT
Qaraciyər güclü, dözümlü orqan olsa da, müasir insanın qidası, həyat tərzi, vərdişləri onu sıradan çıxarmağa yönəlib. İndi çox insan qaraciyərindən şikayətçidir, çoxu qaraciyərinin vəziyyətindən xəbərsizdir, simptomlara əhəmiyyət vermir, sonda isə qaraciyərin tam sıradan çıxması ilə üz-üzə qalır.
Milli.Az medicina.az-a istinadən əsrin bəlası olan qaraciyər çatışmazlığına doğru yol alan simptomları təqdim edir.
Əgər sizdə bu simptomlardan azı 5-i varsa, o zaman təcili terapevt, hepatoloq və qastronenteroloqa getməlisiz. Bu əlamətlərin bəziləri o qədər qeyri-adidir ki, insan qaraciyərindən heç şübhələnmir.
1.Xəstəliyin başlanğıcında iştah azalır, tamam itir, yediklərinin dadını hiss etmirsən, aclıq hissi olsa da yeməyə həvəs olmur, yedikdən sonra ağırlıq, ağrı əlamətləri yaranır
2.Səbəbsiz əzginlik, yorğunluq, zəiflik, ürəkbulanma - xüsusən səhərlər və axşama doğru əlamətlərin kəskinləşməsi
3.Dəridə sarı, qəhvəyi ləkələnmə, səpkilər, xüsusən qanayan səpkilər, dərialtı qançır, qansızmalar
4.Əzələ, oynaq, sümüklər sızıldayır, ağrıyır
5.Gözlərdə, göz dibində, ağızda, boğazda quruluq
6.Dilin gücgü kimi hamarlaşması, mərmər effekti, tünd qırmızı rəng alması
7.Əl barmaqlarının formasının dəyişməsi, baraban çubuğuna bənzəməsi, barmaqların tam düz açılmasına maneə, barmaqların əsməsi
8.Kişilərdə süd vəzilərin böyüməsi, tüklənmənin pozulması
9.Ovucların saralması, rənginin dəyişməsi
10.Sidiyin rənginin və qoxusunun dəyişməsi, tündlük və kəskin qoxu
Bu əlamətlər qaraciyərlə əlaqəsini qan və sidik analizi ilə təsdiqini tapacaq. Analizlərdə dəyişikliklər göz önündə olacaq.
Milli.Az /news.milli.az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Hande Erçel sərbəst buraxıldı
Məşhur müğənni xəstəxanaya yerləşdirildi - Təcili əməliyyat olundu
Cansever əməliyyat olundu
Nanə əməliyyat olundu
Bu vərdişləriniz varsa, arıqlaya bilməyəcəksiz
Mədə xərçəngi xəstələrinin 5 ortaq xüsusiyyəti aşkarlandı
Türkandan iddialı plan: Dilarə ilə dünya səviyyəli duet
Yanından keçirik, amma şəfasınl bilmirik
Aralıqlı orucla bağlı mif dağıdıldı