Qardaşı qızını qaçırdığı deyilən əmi: "Arvadım məni döyürdü" - VİDEO

Qardaşı qızını qaçırdığı deyilən əmi: "Arvadım məni döyürdü" - VİDEOBir neçə gündür media gündəmindən düşməyən, qardaşı qızını qaçırdığı iddia edilən Həsən Səfərovla xanımı Həmidə İstiPressdə son qərarlarını veriblər.

Səfərov bildirib ki, onunu haqqında deyilənlərin hamısı yalandır. O, 6 il əvvəl tanışlıq yolu ilə Həmidə ilə ailə həyatı qurub. Həsənin iddialarına görə, onların tanışlığı və evlənməyi qarşı tərəfin təkidi ilə bir göz qırpımında olub. Ailə həyatlarınını ilk günlərindən həyat yoldaşı Həsənə hətta fiziki güc tətbiq edib. Amma onlar birgə yaşamağa davam ediblər.

Evliliklərinin 3-cü ilində övladları olmadığına görə Həkimə müraciət ediblər. Həkim bildirib ki, Həsən Səfərovun övladının olması mümkün deyil. Süni mayalanma ilə əkiz qız uşaqları dünyaya gəlib. Bundan sonra Həsənin ailə həyatı daha dözülməz olub. Özünün dediyinə görə, həyat yoldaşı onunla bərabər anasını da dəfələrlə döyüb. Bu davaların sonunda Həmidə xanım Beyləqana anasıgilə gedib. Sonradan onlar yenə barışıblar.

Həsən Səfərovun iddiasına görə, bu get-gəllər zamanı həyat yoldaşı ona müxtəlif şəxslərlə, hətta dostu ilə xəyanət edib. Ona görə də sonuncu övladlarının özündən olmasına inanmır və onu övladı kimi qəbul etmir.

Bu ilin mart ayında isə ailənin mübahisəsi Həsən Səfərovun evi tərk etməsi ilə nəticələnib. Həmidə Səfərova isə bu vaxt Həsəni öz qardaşı qızı ilə evdən qaçmaqda ittiham edib. Amma qarşı tərəf bunun yalan olduğunu, həmin gün yalnız qardaşı qızını qardaşı oğlu ilə birgə Bakıya yola saldığını deyir.

Həsən Səfərovu dinlədikdən sonra Həmidə xanımla telefon əlaqəsi saxladıq. Bu zaman Həmidə xanım həyat yoldaşının onun xəyanəti ilə bağlı iddialarının ağ yalan, böhtan olduğunu bildirdi. Bundan sonra hər iki tərəfin telefonda bir-birinə qarşılıqlı ittihamlar irəli sürdülər. Sonda isə cütlük artıq bir-birinə tab gətirmədiklərini bildirərək boşanmaq istədiklərini dedilər.

Yəni Həsən Səfərov və Həmidə əgər qərarlarından dönməsələr, yaxın günlərdə ailə həyatına nöqtə qoyacaqlar. Bundan isə daha çox zərər çəkəcək şəxslər üç körpə qız uşağı olacaq. Çünki onlar analarının yanında ata həsrəti ilə böyüyəcəklər.
Xanim.az Həsən Səfərovun müsahibəsini və Həmidə xanımla telefon əlaqəsi zamanı ittiham və qərarlarını sizə təqdim edir:

///İstipress

Xəbərlər     Baxılıb: 1932   Tarix: 15 aprel 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

turlar.az

kosmetik vasiteler gözəllik məhsulları makiyaj instagram ana və uşaq xallarin menasi elm haqqında aforizmlər atalar sozleri veten haqqinda kosmetika novruz cinsi birlik haqqinda azerb clpaq qadinlari nağıllar