Qarnımız tox olsa da, canımız xəstədir - Aqressiv qida, yoxsa?

Qarnımız tox olsa da, canımız xəstədir - Aqressiv qida, yoxsa?Akademik İ.R Pavlov aşkar etmişdir ki, hər qida maddəsinə müəyyən növ həzm şirəsi ifraz olunur; həzm prosesi mədə-bağırsaq traktının müxtəlif şöbələrində fərqli mühitdə (turş, yaxud qələvi) və fərqli zaman kəsiyində baş verir. Müvafiq olaraq, həzm prosesinin mükəmməl getməsi və qəbul olunan qidadan maksimum fayda əldə etmək üçün bir qida qəbulu zamanı minimum komponentdən istifadə məqsədəuyğundur (məs., yarma və tərəvəz, ağartı və tərəvəz, ət və tərəvəz...).
Orta əsrlərə aid olan "Çjud-şi" traktatında bu mövzuya aid oxuyuruq: "Bir-biri ilə uzlaşmayan qida növlərini qəbul etmək zəhər yeməyə bərabərdir. Balıq süd ilə, süd meyvə ilə, yumurta balıq ilə uyğun deyildir; noxud şorbası və toyuq əti qatıqla, bal isə bitki yağı ilə uzlaşmır. Turş qidanın üstündən süd içmək, əvvəlki qida həzm olunmamış yenisini qəbul etmək olmaz. Ekzotik (yad) və yerli-yerində qəbul edilməyən qida da zəhərdir".
Milli.Az bildirir ki, akademik A.M. Uqolev növ qidalanması, həzm və mikroflora, həmçinin, bağırsaq hormonal sistemi haqqında nəzəriyyəni inkişaf etdirmişdir; bu tədqiqatlara əsasən, insanın həzm sistemi müəyyən qida məhsullarının həzmi üçün uyğunlaşdırılmışdır; bu qidalar yad olduqda və ya dəyişdirildikdə orqanizm onları həzm edib mənimsəyə bilmir. Nəticədə müasir insanın ən böyük bəlalarından olan disbakterioz və onun fəsadı olan xroniki xəstəliklər inkişaf edir.
Son illər epigenetika elmi sürətlə inkişaf edir; bu elm ətraf mühit amillərinin insan genlərinə (DNT-yə toxunmadan) pozitiv və ya neqativ təsirini öyrənir.
Epigenetikaya əsasən, bu amillər genoma dəymədən insan irsiyyətinə əhəmiyyətli dərəcədə təsir edir. Bunlara bir çox faktorlar, məsələn, ekoloji, psixogen, elektromaqnit sahə və s. aiddir. Lakin insanın sağlamlığına təsir edən ən mühüm xarici faktor - qida faktorudur. Epigenetika baxımından, düzgün qidalanma zəif genləri gücləndirə, yanlış qidalanma isə güclü genləri zəiflədə bilər.
İllər öncə qidalanmada əsas problem təbii komponentlərin qəbulunda buraxılan yanlışlıqlarla, yəni onların artıqlığı və ya qıtlığı, balanslaşdırılmaması və yerli-yerində qəbul edilməməsi ilə bağlı idi (bunun nəticəsində yarananan qıcqırma və çürümə məhsulları orqanizmdə intoksikasiyaya səbəb olur). Son onilliklər isə bəşəriyyət daha qlobal və ciddi problemlə - aqressiv qida ilə üzləşib.
Qida insan üçün enerji mənbəyi olub, onun yaşamını təmin edir. Qəbul edilən qida günəş enerjisi, vitamin, makro- və mikronutriyentlərlə zəngin olmalıdır ki, hər bir hüceyrə kifayət qədər qidalı maddə alıb normal fəaliyyət göstərsin, əks-təqdirdə bu hüceyrə tədricən sönüb məhv olacaq və bu prosesi tək bir hüceyrə
deyil, bütün orqanizm səviyyəsində getdiyindən zamanla müxtəlif xəstəliklərə, vaxtsız qocalmaya səbəb olacaq.
Bu sadə prinsipin inkar edilməsi, insanın faydalıdan çox dadlıya üstünlük verməsi bu gün sağlamlıq yox, yalnız maliyyə güdən nəhəng bir industriyanın - kommersiya qidasının, yaxud aqressiv qidanın inkişafına güclü təkan vermişdir.
Təkanverici amillərdən biri də yer üzündə əhali sayının artması ilə əlaqəli təbii qida məhsullarının çatışmazlığıdır; bütün bu faktorlar işbazları yeni qida mənbələrinin axtarışına təhrik etmişdir. Bu növ qidaların istifadəsi əsasən 20-ci əsrin sonu - 21-ci əsrin əvvəlində - sənaye emalı keçmiş qida məhsullarının vüsət alması ilə çox geniş yayılmışdır.
Ucuz, keyfiyyətsiz məhsullardan alınan ərzaqlar əksər insanların ərzaq səbətinin xeyli hissəsini zəbt etdi. Nəzərə alsaq ki, hətta təbii məhsulların heç də hamısı faydalı deyil, bu süni qidanın hansı fəsad törədəciyini ehtimal etmək çətin deyil. Sənaye qidası yalnız bir məqsədə qulluq edir - şəkər, duz, yağ və kimyəvi qatqılar vasitəsilə iştahanın artırılmasına və müvafiq olaraq, belə qidalardan davamlı istifadə edilməsinə.
Bu növ dırnaqarası qidalar hansı təhlükənin daşıyıcılarıdır?
İlk olaraq, onlar çoxpilləli emal sobasından keçdiyindən canlı enerjidən məhrumdur.
Həmçinin, bu qida növləri ucuz, keyfiyyətsiz və hətta yararsız xammaldan hazırlandığından onların tərkibinə insan təbiətinə yad və bir çox hallarda toksiki təsir göstərən maddələr əlavə olunur.
Hazırda əsas toksin mənbələrindən biri də - "tullantı"qida və içkilərin qablaşdırıldığı plastik taradır: onların tərkibindəki ftalatlar və bisfenol endokrin, sinir, reproduktiv, immun sisteminə neqativ təsir göstərərək şəkərli diabet, piylənmə, ürək-damar və onkoloji xəstəliklərə səbəb ola bilər. Bisfenol strukturuna görə qadın cinsi hormonunun sintetik analoqudur; plastik qablar, butulkalar, o cümlədən körpələri qidalandırmaq üçün istifadə edilən butulkaların tərkibində mövcuddur.
Daima qida və suya sızan sintetik estrogenin təsirindən yarana biləcək problemlər:
- Süd vəzi və prostat vəzi xərçəngi
- Erkən cinsi yetişkənlik;
- Sonsuzluq
- Piylənmə;
- Düşük sayının artması;
- Diabet;
- Hiperaktivlik
- immun pozulmalar və s.
Avropada, digər ölkələrdə bir sıra istehsalçılar artıq uşaq yeməyi üçün istifadə edilən qabların istehsalında plastikdən imtina etmişlər. Ölkəmizdə bu işə nəzarətin olmadığından, düzgün seçim edərək, uşaqları, xüsusən də körpə və yeniyetmələri mümkün qədər bu bəladan qorumalıyıq.
Aqressiv qidalar sırasına çox geniş istifadə edilən və dırnaqarası qida məhsulu sayılan transyağlar da aiddir. Sintetik yolla alınmış bu yağlar gündəlik istifadə edilən ərzaqların əksəriyyətinin tərkibinə daxildir: marqarinlər, rafinəolunmuş bitki yağları və onların əsasında hazırlanmış bütün ərzaqlar (un məmulatları-tort, pirojna, pitsa, vafli, kreker, suxarik və s; ketçup, mayonez, çipslər, popkorn, bütün fast-food yeməklər..).
Transyağlar yuxarı və aşağı sıxlıqlı lipoproteinlərin mütənasibliyini dəyişərək, ürək-damar xəstəlikləri riskini xeyli yüksəldir; membran fosfolipidlərinin tərkibinə keçərək transmembran zülalların (reseptorların) fəaliyyətini, onların hormonlarla əlaqəsini pozaraq, siqnalların ötürülməsini və qidalı maddələrin hüceyrə daxilinə nəqlini əngəlləyir.
Fosfolipidlər immun hüceyrələr üçün xammal olduğundan iltihabi proseslərin biokimyəvi gedişi pozulur və xroniki iltihab inkişaf edir; mədəaltı vəzin insulinə qarşı həssaslığı azalır, piylənmə və onkoloji xəstəliklər riski yüksəlir.
Bütün ərzaq məhsullarına siraət etmiş toksin xassəli kimyəvi qida əlavələrinə rəngvericilər, konservantlar, qatılaşdırıcılar, dad və qoxu gücləndiricilər, şirinləşdiricilər və s. aiddir.
Bu maddələrin bəziləri hətta asılılıq yaradaraq, leqal narkotik adlandırılmışlar; məhz bu maddələrdir uşaqları su-çay yerinə şirin və rəngli içkilərə, ev yeməyi əvəzinə sosis-kolbasa-dönər-şaurmaya, təbii şirni-meyvədənsə qablaşmış keks-konfet-tort-suxariklərə meyilləndirən.
Belə qidalanan və kifayət qədər lazımlı nutriyent almayan uşaq orqanizmi öz resursları hesabına böyüsə də, təəssüf ki, sağlam olmur. Vüsət almış uşaq aqressiyası və hiperaktivliyi, allergiyalar birmənalı olaraq qida faktoru ilə əlaqəlidir. Müasir insan çox yeyir, lakin doymur - bunun da səbəbi lazımi inqrediyentlərlə təmin olunmayan orqanizmin dəyərli komponentləri nədə gəldi axtarmasındadır (məsələn, məlumdur ki, bəzi mikroelementlərin qıtlığı şirniyyata hərisliyə səbəb olur; nəticədə piylənmə, metabolik sindrom və s. patologiyalar inkişaf edir).
Çoxsaylı qida əlavələrindən biri- dad və qoxu gücləndirici olan natrium qlutamatdır (E-621). Qlütamin turşusu orqanizmdə sintez olunaraq sinir sisteminin fəaliyyətində iştirak edir. Təbii qlütamin turşusu dəniz kələmi, çuğundur, pendir, göbələk, pomidorun tərkibində mövcuddur.
Keçən əsrin əvvəllərində isə Yaponiyada qlutamatın sintezinə nail olunmuşdur və tezliklə bu qida əlavəsi inkişaf etmiş ölkələrdə yayılmışdır. Onun belə sürətlə yayılmasının səbəbi nədir? İstənilən qida maddəsinin dadını yaxşılaşdıran, gücləndirən bu kristallik toz "psevdoqida" istehsalçılarının bir nömrəli köməkçisinə çevrilmişdir.
Belə ki:
- qlutamat dil üzərindəki dad reseptorlarını atrofiyaya uğradaraq, təbii dadın qəbulunu, onun beyinə ötürülməsini blokada edir və qlutamatsız qida artıq dadsız, duzsuz, ətirsiz gəlir; nəticədə hər yeməyin dadının bir az da gücləndirilməsinə zərurət yaranır (evdə hazırlanan yeməkdən imtinanın və qablaşmış ərzaqlara meyilliyin əsas səbəbi, xüsusən də uşaqlarda). Əksər ərzaq məhsullarının tərkibində olduğundan qlütamatın çox miqdarda orqanizmə daxil olması sinir sistemini qıcıqlandıraraq hiperaktivlik yaradır, hormonal balansı pozur, perspektivdə isə piylənmə, allergik reaksiya, DNT-də, torlu qişada pozulmalara səbəb olur.
- keyfiyyətsiz (xəstə və ya tələf olmuş heyvandan alınmış, dəfələrlə donu açılmış ət məhsulları, çürümüş meyvə-tərəvəz, qurd-göbələyə yoluxmuş dənli bitkilər və s ) məhsuldan dadı, görünüşü normal olan ərzaq əldə etmək üçün istifadə edilir.
Nümunə üçün hamının çox sevdiyi ketçupların (mayonezin, kolbasanın, ərinmiş pendirin) hazırlanmasını izləsək, görərik ki, ketçup adı altında kimyəvi boya ilə rənglənmiş, nişasta ilə qatılaşdırılmış, transyağlarla zənginləşdirilmiş, qlütamatın köməyilə dada gəlmiş çox dadlı kimyəvi məhsul alınır.
Marketlərdə satılan və gündəlik istifadə olunan məhsullar sırasında, demək olar ki, əlavəsiz ərzaq yoxdur və qida kimyası (yaxud kimyəvi qida) onların hamısına aiddir. Bu ərzaqların hamısının təbii alternativləri var, sadəcə, bu sahədə maariflənmək və bir az əziyyətə qatlaşmaq lazımdır. Və sabah özümüz və uşaqlarımız tox olsa da, sağlam olacaqmı? sualına cavab özümüzdən asılıdır. /medicina.az
Milli.Az

Xəbərlər     Baxılıb: 854   Tarix: 05 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

.

Fasiləli oruc arıqlamaq üçün effektiv deyilmiş

Fasiləli orucun artıq çəkidən azad olmağa ciddi təsir göstərmədiyi müəyyən edilib. xəbər verir ki, bu barədə BBC-nin yaydığı məlumatda bildirilir ki, nəticələr Cochrane Database of Systematic Reviews jurnalında dərc oluna

.

Sahurda çay yerinə süd için

Ramazan ayında düzgün maye istehlakı orucun rahat tutulması üçün vacibdir. xəbər verir ki, mütəxəssislər bildirir ki, sahurda çay istehlakını azaltmaq lazımdır, çünki çay bədəndə maye itkisinə səbəb olur. Əvəzində süd, ayran

.

Sağlam qidalanmada dondurulmuş məhsullar nə qədər effektivdir? - AÇIQLAMA

Dondurulmuş qidalar gündəlik qidalanmada rahatlıq təqdim etsə də, onlar təzə məhsulların tam əvəzini vermir. Nutrisional baxımdan dondurulmuş meyvə və tərəvəzlər vitamin və minerallarını qoruyur, lakin hazır, işlənmiş v

.

Bu qabları yenidən istifadə etməyin - Ciddi xəbərdarlıq

Qatıq və dondurma qabları əsasən birdəfəlik istifadə üçün istehsal olunur. xəbər verir ki, bu qabların içinə isti yemək qoymaq və ya onları mikrodalğalı sobada qızdırmaq plastikin strukturunu poza və qidaya zərərli kimyəv

.

İmsaka durmayanların səhhətində bu risklər yaranır

Ramazan ayında sağlam və düzgün hesab etdiyimiz bir çox şey əslində sağlamlığımız üçün riskdir. Belə riskli vəziyyətlərdən biri də sübh tezdən yemək yemədən (imsak) oruc tutmaqdır. xəbər verir ki, Ramazanın gəlişi ilə qidalanm

.

Qışda sağlam qalmaq üçün beş vacib MƏQAM

Qış aylarında havaların soyuması ilə birlikdə mövsümi xəstəliklərin sayı artır. xəbər verir ki, mütəxəssislər bildirirlər ki, sadə qaydalara əməl etməklə soyuqdəymə və qrip riskini minimuma endirmək mümkündür. İlk növbəd

.

Ən yaxşı dieta: Qarınınız "ƏRİYƏCƏK"

Heyvan məhsullarının azaldılması və daha çox bitki mənşəli qidalar visseral yağdan qurtulmağa kömək edə bilər. Hamımızın bədənimizdə müəyyən miqdarda visseral yağ var. Gördüyünüz dərialtı yağdan fərqli olaraq, visserial ya

.

Dəsmalları digər geyimlərlə birlikdə yumayın – Xəbərdarlıq

Vaxta qənaət etmək üçün dəsmalları digər geyimlərlə birlikdə yumaq praktik görünsə də, mütəxəssislər bunu tövsiyə etmir. xəbər verir ki, əsas problem fərqli temperatur tələbləridir. Dəsmalların tam təmizlənməsi üçün ən az

.

Tatu görmə pozğunluğuna səbəb ola bilər

Son araşdırmalar göstərir ki, bəzi hallarda tatu (döymə) sağlamlıq üçün gözlənilməz risklər yarada bilər. xəbər verir ki, mütəxəssislər bildirirlər ki, xüsusilə keyfiyyətsiz boya və gigiyenik qaydalara əməl olunmaması müxtəli

turlar.az

geyim dəbləri gozel gorunmek sac duzumleri kişi dünyası hiperaktiv usaqlarin mualicesi yarpizin faydalari suni mayalanma ziyani kosmetika qoğalın nağlı qiz evi bedii edebiyyat toyuq salati geyim