Qarnınızda askarid qurdu olmasının əlamətləri

Qarnınızda askarid qurdu olmasının əlamətləriAskarid iri soxulcan tipli, quyruqlu parazit növüdür. Daşıyıcısı insan özüdür. Askarid yalnız insan orqanizmində çoxalır, yetişir.
Milli.Az xəbər verir ki, qurdun yumurtası həzm sistemi ilə orqanizmə düşür, fermentlərin təsirindən qabığını itirir və bütün orqanlara: qaraciyər, ürək, ağciyərlərə yayılır. Daha sonra sürvələr ağıza gəlir, ordan tüpürcək, ağız suyu və qida çeynəyərkən mədə-bağırsağa düşür. Uzunluğu 25 sm-ə kimi çata bilər.
Yumurtaları adi gözlə görünür. Bir dişi qurdda 27 milyon yumurta olur. Sutkada 240min yumurta qoyur. Dünyada 1,2 milyard insan bu qurdun daşıyıcısıdır. Daha çox yayda tərəvəz, meyvə, göyərti, giləmeyvə və torpaqdan keçir.
Əllərə düşdükdə sabunla diqqətli yuduqda yumurtaları asanlıqla təmizlənir. Eləcə də tərəvəz, meyvə, göyərti təmiz yuyulmalı, sirkəli suda saxlanmalı, 50 dərəcədən yuxarı istilikdə hazırlanmalıdır.
Qan dövranı ilə yumurta və sürvələr bir çox orqan, toxumalara, venalara, damarlara oturur. Bir askaridin ömrü 1 ildir. Sonra o ölür və bağırsaqla xaric olur.
Yumurtalar daha çox kənd, bağ yerlərində, tualetdə, torpaqda olur.
Medicina.az insanda askaridin olmasının əlamətlərini təqdim edir.
Həm uşaqlarda, həm böyük yaşlı insanlarda rast gəlinən askarid yoluxmanın və yayılmanın əhatəsi, vaxtı, dərəcəsindən asılı olaraq erkən və kəskin olur.
Erkən mərhələ yüngül keçir, ciddi əlamət olmur.
-Baş ağrıları
-Ümumi zəflik, yorğunluq
-Hərarətin qalxıb-enməsi
-Dəridə qaşınma, səpki, qızartı, yanma
-Öskürək, bəlğəm
-Təngnəfəslik, sinədə ağrı
-USM -də qaraciyər, dalaq, limfaların ölçüsünün böyüməsi müşahidə olunur
-Sürvələrin ağciyərlərə miqrasiyası bronxit, pnevmoniya, ürək-damar patologiyaları verə bilər
-Uşaqlarda, böyüklərdə bağırsaq dispepsiyası, diareya, qəbizlik, tez-tez nəcis, enterit
-Qarında, göbək nahiyəsində, anusda ağrı, qaşınma, yanma, barmaqları basarkən bəzi yerlərdə ağrı
-İştahsızlıq, hər qidanı qəbul edə bilməmək
-Ürəkbulanma, ağızdan su axma
-Süd məhsullarını həzm edə bilməmək
-Əsəb sistemi tərəfindən nevrotik sindrom, əsəbilik, dağınıqlıq, diqqət yayğınlığı, tez əsəbləşmək, küsmək, ağlamaq, həyəcan, yuxu pozulması, yuxuda qorxma, yuxuda hərəkətlər
-Askaridi olan uşağın immun sistemi zəifləyir, o, tez-tez xəstələnir, qrip olur, infeksiyalara yoluxur, ağzının içi yara olur
Diaqnoz üçün parazitoloq və ya pediart, terapevtə müraciət edib qan, nəcis analizi, yaxma, eləcə də USM olunur. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1493   Tarix: 12 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

gelinlikler qadın geyimi gözəllik məhsulları mürəbbələr tanınmış qadın simalar çantalar gavalı salatı kosmetika irem derici vicdan dolca faydalı bilgilər vusale elizade